Stremousov: Xersondan 80 min insanın təxliyə edildiyini elan etdi

71

Elchi.az xəbər verir ki, Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousovun sözlərinə görə, təhlükəsizlik məqsədilə 80 mindən çox sakin bölgədən təxliyə edilib.

“Çoxlu insan getdi. Təxminən 80 min insan təxliyə edildi. Biz Xersonu tərk etmək istəyən hər kəsə kömək edirik”, – Stremousov TASS-a istinadən bildirib.
Stremousov özü əlavə edib ki, Xersonu tərk etməyib.
Noyabrın 7-də vilayət administrasiyasının nümayəndəsi sonuncu gəminin Dnepr çayının sağ sahilindən yola düşdüyünü elan edərək əlavə edib ki, təxliyə davam edir və yerli sakinlərin sağ sahildən keçə biləcəyi bir neçə başqa nəqliyyat növü var. Stremousov vurğulayıb ki, hakimiyyət vətəndaşları Xersona qayıtmaqdan və orada qalmaqdan qəti şəkildə çəkindirir.

Şayəstə