NATO-nun baş katibi Yens Stoltenberq Rumıniya prezidenti Klaus İohannis ilə söhbətdən sonra özünün “X” mikrobloqunda yazıb və müttəfiqləri Ukraynaya daha çox sursat və hava hücumundan müdafiə vasitələri ilə təmin etmək üçün daha çox pul ayırmağa çağırıb.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Biz Klaus İohannislə Ukraynaya dəstək məsələsi ilə bağlı yaxşı telefon danışığı apardıq. Mən bütün müttəfiqləri Ukraynanı daha çox sursat və hava hücumundan müdafiə avadanlığı ilə təmin etmək üçün daha çox maliyyə vəsaiti ayırmağa çağırıram. Rumıniya NATO-nun şərq qanadının müdafiəsində əsas rol oynayır və Ukraynanı dəstəkləməyə sadiqdir”, – deyə Stoltenberq yazıb.
Yeganə