NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyaya səfəri zamanı bildirib ki, Şimali Atlantika Alyansı dövlətləri artıq Ukraynanı qəbul etməyə razılaşıblar, lakin bu məsələ hazırda gündəmdə deyil və uzaq perspektivdədir
Elchi.az-ın xəbərinə görə, Stoltenberqin qeyd etdiyi kimi, NATO üzvləri əvvəllər Ukraynanın Alyansa qoşulması barədə razılığa gəliblər.
Eyni zamanda NATO-nun baş katibi bunu uzaq perspektiv”adlandırıb. O, vurğulayıb ki, hazırda Alyansın Ukraynaya suveren və müstəqil dövlət kimi sağ qalmasına kömək etmək üçün ona dəstək verməsi vacibdir. Bundan əlavə, Stoltenberq bildirib ki, münaqişə başa çatdıqdan sonra bunun bir daha baş verməyəcəyinə dair zəmanətlər, o cümlədən Kiyevin hərbi potensialını gücləndirməklə əldə etmək lazımdır.
Yeganə