Baş katib izah edib ki, alyans ölkələri hərbi xərcləri artırıb.
Elchi.az xəbər verir ki, Şimali Atlantika Alyansı öz ölkələri üçün dərhal hərbi təhlükə görmür. Bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
Alyansın baş katibi Brüsseldə keçirdiyi mətbuat konfransında deyib: “NATO ölkələri özləri üçün heç bir təcili hərbi təhlükə görmürlər”.
Stoltenberqin sözlərinə görə, izahlardan biri NATO ölkələrinin hərbi xərcləri kəskin şəkildə artırmasıdır.
Şayəstə Hüseynova