Almaniyanın xarici işlər və müdafiə nazirləri Annalena Burbock və Christine Lambrecht gələn il Kiyevə silah tədarükü üçün büdcədə nəzərdə tutulduğundan 1,5 milyard avro daha çox vəsait ayırmağı xahiş edirlər. Elchi.az xəbər verir ki, bu barədə şənbə günü Der Spiegel jurnalı Almaniyanın maliyyə naziri Kristian Lindnerə göndərdikləri məktuba istinadən məlumat yayıb.
2023-cü ilin büdcəsində Kiyevə 700 milyon avroya yaxın hərbi yardım nəzərdə tutulub. Burbock və Lambrecht 2,2 milyard avroya qədər artım tələb edirlər.Onlar yazır ki, yalnız belə bir büdcə ilə Almaniya “beynəlxalq tərəfdaşların ondan gözlədiyi məsuliyyəti öz üzərinə götürdüyünü konkret və aydın şəkildə göstərə bilər”.