"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Sosial siyasət kursunda əlillərin müdafiəsi mühüm yer tutur

03 Dekabr 2014 - 13:15
in MANŞET
FacebookVatsap
3 dekabr – Beynəlxalq Əlillər günü ilə əlaqədar bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Əlillərin stolüstü10429252_779132105479160_5045629582789386218_n idman oyunları üzrə IV Ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının, əlil ictimai birliklərinin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbiri giriş sözü ilə açaraq, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Əlillər gününün qeyd edildiyini, əlilliyi olan şəxslərə dövlət qayğısının artırılmasının ölkəmizin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən olduğunu bildirib. Nazir Ümummilli lider Heydər Əliyevin bu təbəqədən olan insanlara göstərdiyi böyük diqqət və qayğıdan söz açıb, Azərbaycan Prezident cənab İlham Əliyevin daim güclənən sosial siyasət kursunda əlilliyi olan şəxslərin sosial müdafiəsinin mühüm yer tutduğunu vurğulayıb: “Yalnız onu qeyd etmək kifayətdir ki, cənab Prezident tərəfindən əlilliyi olan şəxslərin, sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı son bir ildə ümumilikdə 10-dan çox Fərman və Sərəncam imzalanıb. Bu sənədlərə əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün təyin edilməsinə, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizinin əlilliyi olan şəxslər olduğunu qeyd edən nazir Azərbaycanda bu göstəricinin 5,6 faiz, yəni 530 min nəfər təşkil etdiyini, ölkəmizdə əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının əsas səbəbi kimi respublika əhalisinin əsasən gənc olduğunu bildirib: “Qeyd olunan şəxslərin maddi təminatı daim gücləndirilir. Hazırda əmək pensiyası alanların 28,2%-i, sosial müavinət alanların 58,3 faizi, Prezident təqaüdü alanların 68,3%-i əlilliyi olan şəxslərdir. Əlilliyə görə sosial müavinətlərin orta aylıq məbləği 2004-cü illə müqayisədə 8,1 dəfə, sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətin aylıq məbləği 7,4 dəfə, əmək pensiyalarının orta aylıq məbləği isə 9 dəfədən çox artırılıb”.
S.Müslümov əlilliyi olan şəxslərin avtomobil və mənzillə təminatı işlərinin sürətləndiyini qeyd edib: “Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən bu ilin ötən dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan 1453 nəfər əlilliyi olan şəxs avtomobillə təmin olunub. Həmçinin bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verilib. Hazırda bu insanlar üçün ölkənin müxtəlif bölgələrində yeni çoxmənzilli və fərdi evlər inşa edilir. Cənab Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamı ilə bu ilin əvvəlinədək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin olunacaq”.
Nazir bildirib ki, ƏƏSMN-nin tabeliyindəki müvafiq müəsissələrdə hər il orta hesabla 8 min nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə, 5 min nəfərə yaxın belə şəxs isə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunur. Təkcə bu il ərzində 76 nəfər əlilliyi olan şəxsin, 85 nəfər sağlamlıq imkanları məhdud uşağın xarici ölkələrdə reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Eyni zamanda nazirliyin sifarişləri əsasında icra olunan layihələr çərçivəsində müxtəlif bölgələrdə sağlamlıq imkanları məhdud uşaqlara çoxşaxəli reabilitasiya xidmətləri göstərilir: “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sının icrasına dair Azərbaycanın bu ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında təqdim edilən ilk məruzəsi razılıqla qarşılanıb. Eləcə də hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsinə həmin Komitə tərəfindən müsbət rəy verilib. Bu layihə, həmçinin qeyd olunan Konvensiyanın müddəalarının icrası məqsədilə hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi ictimai müzakirə üçün ƏƏSMN-nin rəsmi saytında (mlspp.gov.az) yerləşdirilib”. Nazir əlilliyi olan şəxslərin peşə reabilitasiyası yönündə də işlər aparıldığını, ötən ilin dekabrında dövlət başçısının iştirakı ilə açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bu sahədə önəmli rol oynadığını, hazırda Bakının Sabunçu rayonunda nazirliyin sifarişi ilə gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin də inşa edildiyini bildirib: “Əvvəllər əlillik müayinəsi aktından çıxarış blanklarında “əmək qabiliyyətsiz” sözünün yazılması əlil şəxslərin məşğulluğuna maneə yaradırdı. Artıq əlillik arayışlarında bu söz yazılmır və onlar üçün əmək zəmanəti qeyd olunur. Bununla da belə insanların öz fiziki imkanlarına uyğun işlə təmin olunmaq imkanı var”. Nazir əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasında Heydər Əliyev Fondunun fəal iştirakından söz açıb: “Fondun dəstəyi ilə əlilliyi olan şəxslərə İKT-dən istifadə imkanlarının yaradılması üçün müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri, həmçinin ƏƏSMN-nin Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində uşaqlar üçün nümunəvi şərait yaradılıb”.
Əlilliyi olan şəxslərin yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən də bəhs edən S.Müslümov bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının təşkili də bu işlərin davamıdır: “Nərd, dama, şahmat, stolüstü tennis və qol güləşi (armrestlinq) idman növləri üzrə zona yarışlarında min nəfərə yaxın şəxs arasında fərqlənən 103 nəfər, o cümlədən 95 nəfər əlil şəxs və 8 nəfər sağlamlıq imkanları məhdud uşaq final mərhələsində iştirak edib. Final turunun iştirakçılarının mehmanxanada yerləşdirilməsi, onların yarışların keçirildiyi yerə aparılıb-qaytarılması xərcləri dövlət hesabına ödənilib. Artıq bu yarışın qalibləri məlumdur. Bu gün – Beynəlxalq Əlillər günündə biz yarışın yalnız qaliblərini deyil, əslində bütün iştirakçılarını sevindirmək istəyirik. Bu yarışlarda əsas məqsəd əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların idmana maraqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği, onlarda özünə inam hissinin və özünü cəmiyyətdə təsdiqləmək əzminin yüksəldilməsidir”.
Tədbirdə çıxış edənlər Beynəlxalq Əlillər günündə belə bir tədbirin keçirilməsinin ümumən bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında belə tədbirlərin təşkilinin xüsusi önəm kəsb etdiyini vurğlayıblar. Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, ümumən yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub.

 

Bunu da oxuyun

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Milli Məclisin iclası başlayıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Previous Post

Sosial siyasət kursunda əlillərin müdafiəsi mühüm yer tutur

Next Post

ABŞ “xəlifə” Bağdadinin psixoloji portretini hazırlayır

Bənzər yazılar

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılcadan ölüm halı qeydə alınıb

03 Noyabr 2026 - 12:11

Nyu-York ştatının şimalındakı kənd yerində bir uşaq qızılcadan vəfat edib. Elchi.az-ın məlumatına görə, rəsmilər bazar ertəsi "Associated Press" agentliyinə bildiriblər...

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

03 Noyabr 2026 - 11:05

Milli Məclisin növbəti iclası başlayıb. Elchi.az xəbər verir ki, iclasının gündəliyinə 10 məsələ daxil edilib.

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Next Post

ABŞ "xəlifə" Bağdadinin psixoloji portretini hazırlayır

ABŞ "xəlifə" Bağdadinin psixoloji portretini hazırlayır

Son xəbərlər

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43
AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib

03 Noyabr 2026 - 21:35
“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

“Yuventus” Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır

03 Noyabr 2026 - 20:28
İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

İsrailin Maliyyə Nazirliyi ABŞ-nin hərbi yardımı dayandırması barədə bildiriş almayıb

03 Noyabr 2026 - 20:26

Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib

03 Noyabr 2026 - 20:24
Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

Daşkənddə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib – FOTO

03 Noyabr 2026 - 19:28
Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 16 milyonu ötüb

03 Noyabr 2026 - 19:23
Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

Messi mərhum futbolçu de Migelin ailəsinə başsağlığı verdi

03 Noyabr 2026 - 19:09
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir

03 Noyabr 2026 - 18:53
Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

Zelenski Putinə zəng edib-etməyəcəyi ilə bağlı suala cavab verib

03 Noyabr 2026 - 18:47
Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

Tramp İsrailə 4 milyard dollarlıq yardımın dayandırıldığını elan etdi

03 Noyabr 2026 - 18:14
İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

İran: Hörmüzqan əyalətində ABŞ-a məxsus 2 pilotsuz uçuş aparatını vurduq

03 Noyabr 2026 - 17:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.