“Sosial şəbəkələrdə aktivliyimizi saxlamaq üçün biz hər gün social mediadan aktiv istifadə etməliyik. Hər gün hekayə bölməsində paylaşım etməliyik, amma postlara və reelslərə gəldikdə isə bunu planlı şəkildə etməliyik, həm işimiz asan olur həm də İzləyicilər paylaşım günlərini asanlıqla bilirlər”. Bu fikirləri Elchi.az-a açıqlamasında Sosial Media Məsləhətçisi Ələmdar Manafov deyib.
O, qeyd edir ki, süni yolla izləyici artırmaq qəbul edilməzdir:
“Amma bəzi insanlar tez tanınmış şəxs olmaq üçün bunu edirlər və bu da əlbəttə ki, bizim statistikaya təsir edir. Məsələn bizim 1000 izləyicimiz var və izləyicilərin 100-ü realdırsa və həmən insanların reaksiyasına görə statistika az olanda bizim səhifə statistikasına təsir edir. Müasir dövrdə sosial şəbəkələrə qazanc yolu kimi də baxmaq olur. Çünki, əvvəl biz reklam etmək üçün TV verilişlərinə üz tuturduq və bu da daha çox xərc demək idi, ancaq indiki zamanda yeni başlayan və kiçik biznes qurmaq üçün sosial şəbəkələr bizə kömək edir, amma böyük şirkətlər TV verilişləri ilədə reklam edirlər. Əsas məsələ biznes qurmaq Şəxsi brendinqi yaratmaq olsa hər kəs öz biznesini qura biləcək, amma tez pul qazanmaq haqqında fikirləşsələr biznesləri uğursuz olacaq”.
Havar Şəfiyeva