"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

SON ERMƏNİ TƏXRİBATI: GECİKMİŞ YAZI VƏ YALNIZ BİR SUAL…

27 Yanvar 2015 - 21:32
in aktual-banner, BannerVeteninfo, KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Səhərdir. Evimə  zəng gəlir. Cavab verirəm. Dəstəyin o biri tərəfindən yaxın dostumun həyəcan dolu səsi eşidilir:1982084_1402255040048199_4636153083868218123_n
-Sən, bütün bunları hardan bilirdin…
                                                ***
Bu barədə üç-dörd gün qabaq danışmışdıq, daha doğrusu, məndən erməni tərəfinin azərbaycanlı diversantlarla bağlı yaydığı davamlı dezinformasiyalara şərh istəmişdi. Öz aramızda, adi dialoqlarla müşahidə olunan söhbət zamanı narahatlığımı ifadə etdim: “Düzdür, ermənilərin məlumatları həqiqətə söykənmir, amma ən qısa müddətdə cəbhədə itkilərimiz olacaq”.
Xeyr! Bu öncəgörmə deyildi! Sadə məntiqin, mürəkkəb additiv  informasiya qanunun həyatımızdakı real və kədərli inikası idi.
                                                ***
Mən bu məqaləmi dostumla söhbətdən həmən sonra, həlak olan hərbi qulluqçularımızın sağlığında yazmışdım. Onları qorumaq üçün…
Təəssüf, gecikdim! Günahkaram!
İndi təsəllimi yalnız bu yazını (ən zəruri redaktələrdən sonra) onların müqəddəs ruhuna ithaf etməkdə tapmıram, həm də günahlarımın bağışlanmasına ümid bağlayıram. Bundan artığına gücüm çatmır…
                                                   *** 
Müasir informasiya texnologiyalarının inkişafı ilə kütləvi intellektual göstəricilər arasındakı qeyri-mütənasiblik “piyada və atlı” anlamına qədər (bəlkə bir az ondan da artıq) – təzadlı və kritik həddədək böyüyüb. Mövqe fərqləri ilə müşahidə olunan ölüm-dirim savaşı leqal qarşılıqlı anlaşma statusunun liberal qarşılıqlı təzadlara məğlubiyyətlə nəticələnib.
İkincinin təmiz qələbəsi özünü çox gözlətməyib: hər hansı fikrin ifadəsi zamanı dünya güclərinin səs tembrində müşahidə olunan qabarıq dəyişiklik artıq təbii qarşılanır.
Əslində isə müxtəlif yüksəklikdə qərarlaşan, amma ən yaxın mövqeləri bölüşən eyni adlı səslər arasındakı interval bir-neçə oktava artıb.
Lakin bu, son deyil…
                                     ***
 
Soyuq müharibə, onsuz da, hələ tam formalaşmayan qanunlarını tez-tez ya dəyişir, ya da ciddi redaktələrlə təqdim edir. İndi o, zərbəni (yaxud əks-zərbəni) ən müasir silahlarla yüklənmiş peşəkar əsgərlərin, düşünən “canlı” texnikaların müşahidəsi ilə endirir.
Fikir verin, Ukrayna cəbhəsində Rusiya özünü analoqu olmayan hərbi texnologiyalarla sığortalayır:
– “Xinqan” – bütün elektrik batareyalarını uzaqdan-uzağa sıradan çıxarır;
 
– “Altair” – radarların, RLS-lərin istifadəsini mümkünsüzləşdirir; 
 
– “Rtut” – mərmiləri havada idarə edir, hədəfdən yayındırır;
 
– “Kosuxa”, “Avtobaza” sistemləri pilotsuz təyyarələrin kodunu asanlıqla qırır…
Və bu zaman əsas söz sahibinin niyyəti, adətən, birinci şəxsin təkində ifadə olunur; 2-ci, 3-cü, hətta 4-cü… şəxslər tribunaya  yalnız epizodik hallarda yaxınlaşır.
İnformasiyanın eyni anda ən müxtəlif, ən ucqar məkan və məntiqi bölüşməsi onun hüdüdsuz təsir radiusunu və imkanlarını stimullaşdırır. Bu, iddiaların açıq şəkildə diktəsi deməkdir: yəni, mən sərhəd tanımıram!..
Dinamiklik – çevik mövqe manevrləri əsl həqiqətə doğru uzanan yolu ya sərtləşdirir, ya da tamamilə keçilməz edir, birdəfəlik qapayır.
Ancaq bu da son deyil…
                                                ***
İnformasiya siyasətinin əsas xarakterik xüsusiyyəti yalnız kosmik sürətlə – dinamika ilə məhdudlaşmır. Bu xüsusda o, bərkimiş mövqeyini, həm də elastikliklə, özü də eyni statusda paylaşır:
– informasiya heç vaxt göründüyü kimi olmur;
– informasiya heç vaxt olduğu kimi görünmür;
– informasiya – (enerjidir) heç vaxt “ölmür”, yalnız bir şəkildən başqa şəklə düşür.
Və  öz missiyasını əsasən birinci variantda – eşidildiyi, qəbul olunduğu və şüuraltında mövqe tutduğu ilk anda daha dolğun şəkildə yerinə yetirir; hətta biz onu unutduğumuz zaman elə ilk fürsətdəcə “dirilir”, davranışımızı, ifadə formalarımızı, mövqeyimizi müəyyənləşdirir və ciddi nəzarət altında saxlayır.
Bir sözlə, informasiya bizə əmrlər, göstərişlər verir və hədəflərimizi tanıdır!
Çünki informasiya yalnız idarə olunmur; o, həm də idarə edir…
                                                  ***
İnformasiya, daha çox “onu dünyaya gətirən”, yaxud hamıdan öndə qarşılayan şəxsə – obyektə yenilir və bu zaman birinci və (çox vaxt) sonuncu dəfə xarakterinə “xəyanət” edir: görünməmiş itaətkarlıq sərgiləyir.
Yəni kosmik sürətinə, dinamikasına, sərtliyinə və nəhayət, elastikliyinə baxmayaraq, o, hamıdan və hər şeydən çox ilk qarşılaşdığı şəxsi tanıyır və həmin obyektin ağlına, xarakterinə, çevik düşüncə tərzinə müvafiq şəkildə “formalaşır”, inikas edir, müqavimət göstərir, mübarizə aparır.
İnformasiya – öz sahibinin itaətkar qulu, peşəkar döyüşçüsü, sədaqətli sərkərdəsidir…
 
İnformasiya – öz sahibinin siması və tribunasıdır…
                                                  ***
Bütün bunlar, informasiya uğrunda mübarizəni daha da qloballaşdırır. Diqqət! Yalan, iftira, ikiüzlülük, şər-böhtan üzərində qurulan informasiya səltənəti özünü artıq doğrultmur.
Maddiyyata söykənən, yaxud maddiyatla alınan “ömür”, sığortalanan mövqe, qazanılan şans kulminasiya nöqtəsində bütün maskaların yırtılması, aşılanması ilə tənəzzülə uğrayır:
Yalan, iftira, ikiüzlülük, şər-böhtan üzərində qurulan informasiya səltənəti finişdə elə öz sahibinin üstünə uçur, elə öz sahibinin qatilinə çevrilir. Çünki müqavimətə davam gətirmək zorunda deyil!
Yəni informasiyanı bərkimiş immun sisteminə malik etibarlı silaha çevirmək niyyətində bulunanlar, nələrini istəyirlərsə verə bilərlər, bircə yalana, iftiraya, ikiüzlülüyə, şərə-böhtana meydan verməməlidirlər.
İnformasiya yalnız iki halda yaşamaq hüququ qazanır: o, ya həqiqəti əks etdirməlidir, ya da həqiqətlə “döyüş”də müqavimətə davamlı arqumentlərlə “silahlanmalıdır”.
                                                ***
Heç bir informasiya havadan yaranmır. O molekula – atomlardan ibarət mikrohissəcikdir, amma özündə materialın bütün xassələrini ifadə edir.
Yəni, formalaşdığı ilk gündən şüurlu şəkildə “düşünən” hüceyrə qısa zaman kəsiyində zəruri  təyinatları rüşeymə ötürür: hər bir informasiya bizə, gələcəkdə baş verməsi ehtimal olunan hadisələrin ilk anonsunu çatdırır.
Nəhayət, sonda adi bir misal: sözlər səslərdən ibarətdir, elə deyilmi. Biz onları səs-səs, yəni hərf-hərf yazırıq; sonra səs-səs, hərf-hərf yazdığımız sözləri oxuyuruq və bununla  kodları “sındırmış” oluruq. Yəni, informasiya həm səs, həm də rəqəm şəklində deşifrəyə meyllidir.
Bütün bunların arxasına isə, mürəkkəb additiv informasiya qanunu ilə yanaşı, həm də informasiyanın axtarışı və qorunması nəzəriyyəsi, o cümlədən ikili say sistemi kimi nəhəng riyazi bloklar dayanır.
Çəkini, məsafəni, vaxtı, miqdarı rəqəmlərin vasitəsilə ifadə etmək mümkün olduğu kimi, informasiyanın yükünü də rəqəmlərlə müəyyənləşdirmək gerçək həqiqətdir.
                                 ***
Ona görə də son vaxtlar guya azərbaycanlı diversantların cəbhə xəttini keçməsi kimi uydurulmuş saxta erməni məlumatları qulaqardına vurulmamalı, adekvat münasibətlə, düşünülmüş güclü əks-təsirlə qarşılanmalıdır.  Bu məlumatlara ironiya və sarkazımla yanaşmaq bütün hallarda təhlükəlidir. Çünki onların hər biri məqsədli şəkildə yaranır və gələcəkdə baş verə biləcək hadisələrin əsas bazası rolunu oynayır. 1990-cı illərin əvvəllərində yaşanmış uğursuz təcrübəni və onun acı nəticələrini nə tez unutduq!
Mən başa düşürəm, heç kim bacardığından artığını edə bilməz. Amma söhbət dövlətimizin, xalqımızın milli təhlükəsizliyindən gedəndə güzəştə yer qalmır…
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist,
Prezident təqaüdçüsü, 
ehtiyatda olan polkovnik-leytenant
P.S. Doğrusu, bu gün də narahatam. Narahatlığımı isə hələlik yalnız ümumi qaydada ifadə edirəm və Müdafiə Nazirliyinin mətbuat xidmətindən sadəcə, özüm üçün kiçik bir arayış istəyirəm: lütfən, məlum hadisələrlə bağlı yaydığınız son rəsmi məlumatda yer alan “eybəcər erməni təxribatı” ifadəsinə aydınlıq gətirin ki, sonradan baş verəcək hər hansı “göyçək erməni təxribatı” ilə bağlı təsəvvürlərimi formalaşdırmaq imkanım olsun.
Bilirəm, elə bunun özü də bəzi bədxahlarımı yenidən “hərəkətə” gətirəcək.
Mənə qarşı əsl varvar kimi davrananlar Müdafiə Nazirliyi ilə aramızda sədd çəkdiklərini düşünməsinlər. Bizim problemimiz yoxdur. Peşəkar hərbçi kimi son nəfəsədək ordumuzun yanında olmaq vətəndaşlıq borcumdursa, müvazinətimi saxlamaq, həmişə formada görünmək həyatımın fəlsəfəsidir.
Dediklərimin və yazdıqlarımın arxasında imzam dayanır: “Mənim Ali Baş Komandanım”, “Qraçik Muradyana açıq məktub”, “Vurulmuş düşmən helikopteri və biz”,  “Serj Sarkisyanın heç yerdə görmədiyiniz portreti, yaxud yas yerindən reportaj”, “Gvorkyanlar ailəsinin sirri və çağdaş mediamız”…
Bəsdirmi? Sıranı artıra da bilərəm. Bunlar əsgəri olduğum dövlətə və xalqa sonsuz sədaqətimin, inamımın ifadəsidir.
Ancaq bəzi mədəniyyətdən dəm vuranların mədəniyyətdən, əxlaqdan danışanların əxlaqdan, peşəkarlıqdan “dərs” keçənlərin peşəkarlıqdan kənar hərəkətləri, inanın,  milli təhlükəsizliyimizə real təhdiddir.
Belələlərinə məsləhətim var: lütfən, abırlı olun və ləyaqətli insanlara çamur atmayın. Hamıya özünüz kimi qiymət verdiyiniz yetər!
Təqdimatınıza ehtiyacımız yoxdur. 
Çünki siz heç özünüzü tanımırsınız!.. 
Previous Post

SON ERMƏNİ TƏXRİBATI: GECİKMİŞ YAZI VƏ YALNIZ BİR SUAL…

Next Post

Qarabağ qazilərinin saytı fəaliyyətə başladı

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

İtaliyanın Rusiyadakı hərbi attaşesi ölkədən çıxarılıb

20 İyul 2026 - 20:44

İtaliyanın Rusiyadakı hərbi attaşesi heç bir səbəb göstərilmədən ölkədən çıxarılıb. Elchi.az  xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

17 İyun 2026 - 23:15

Moskva vilayətinin Sergiyev-Posad şəhər dairəsindəki Vixrevo aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə...

Next Post

Qarabağ qazilərinin saytı fəaliyyətə başladı

Qarabağ qazilərinin saytı fəaliyyətə başladı

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.