Almaniya kansleri Olaf Şolz “İran hökumətinin etdikləri qəbuledilməzdir. Kim öz xalqına atəş açır” deyib.
Elchi.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi İrandakı hadisələrlə bağlı açıqlama verən Şolz, “İran hökumətinin etdikləri qəbuledilməzdir, kim öz xalqına atəş açır? İran hökuməti bunu edir” dedi.
Aİ Liderlər Zirvə toplantısında Ukrayna ilə həmrəyliklərini bir daha ifadə edəcəklərini bildirən Şolz, Ukraynanın enerji infrastrukturunun bərpası üçün maliyyə və humanitar yardımları müzakirə edəcəklərini vurğulayıb.
Olaf Scholz, enerji qiymətlərinə yuxarı limit qoyulması mövzusunda ortaq bir həll tapmağı hədəflədiklərini ifadə edərək, bu mövzuda razılaşmaya yaxın olduqlarının yaxşı xəbər olduğunu qeyd etdi.
Şayəstə