"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şokolad da acı dadır – Zahid Orucun yazısı

18 Dekabr 2015 - 10:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Şokolad da acı dadır – Zahid Orucun yazısı
“Poroşenkonun Ukraynası” ifadəsi Maydan inqilabından sonra qurulmuş yeni hakimiyyətin siyasi arxitekturasını dolğun əks etdirmədiyindən ayrı termindən yararlanmalı olacağıq. Əvvəlcə gəlin bir az tarixə qayıdaq. 
Bolşeviklər Leninin rəhbərliyi altında çarizmin qəbrini qazanda Rusiyada bir neçə yeni hökumət qurulmuşdu, lakin fəhlə-kəndli sinfi adından çıxış edən burjuyların və  ağqvardiyaçı generalların ikihakimiyyətliyini hətta nəhəng təbliğat maşınına və ideoloji buxovlar qurmaq qabiliyyətinə malik olan qırmızı imperiyanın dövründə də yaddaşlardan tamam silmək mümkün olmadı. İnsanlar dara düşən kimi Denikini, Kolçakı, çox sonralar Trotskini, Buxarini xatırlayır, onları istibdadın və hərbi kazarma sisteminin alternativi kimi görürdülər.
Müasir Ukraynada isə ən azı 4 qüvvə hakmiyyət mərkəzi kimi çıxış edir – Donbasdakı müharibə partiyası, Yatsenyukun Xalq Cəbhəsi və onu müdafiə edən qüvvələr, Poroşenkonun oliqarxiya ilə çulğalaşmış, həm də Qərblə işbirliyində xüsusi canfəşanlıq göstərən maliyyə-iqtisadi qrupları və millətçi-şovinist hərəkatlar son inqilabın törəməsi kimi ölkənin taleyinə qərar verir. Kiyevdə əyləşən və dövlətin müxtəlif qollarına nəzarət uğrunda savaş aparanların cəmisi iki il əvvəl Yanukoviçi devirənlər olduğuna şübhə etməyə bilmirsən. Axı “Moskvanın adamını – tiraniya təmsilçisini” devirəndə xalqa vəd olunan gələcək bu deyildi.
O vaxt Müstəqillik meydanında həyatını itirən 100 nəfər şəxsin ruhu qarşısında and içənlər diktaturadan sonra əsl xalq hakimiyyətini quracaqlarına söz vermişdilər.İndi hamının gözü qarşısında o vaxtkı soyuq yanvar günlərinin baş qəhrəmanları -Saakaşvili və Avakov ana söyüşlərini prezidentin önündə, özü də hər ikisi rus dilində əsl demokartik leksikon kimi təqdim etməyə çalışır, dövlət tərbiyəsinin və ərkanının nədən ibarət olduğunu hər kəsə nümayiş etdirirlər. Baş nazirin üzünə çırpılan “sən oğrusan” kəlməsi rəsmi məclisin teatral ovqatını nə qədər qaldırsa da,ondan sonra atılan inqilab fincanına və sensurasız təhqirlərə görə prokurorluq orqanlarından heç bir reaksiya verilməməsi təəccüb doğurmur. Bundan sonra digər idarəetmə qollarının müstəqilliyinə kimi inandıra bilərsən?
Bilirsiz, “iflasın bir addımlığına gəlmiş ölkə”nin hökumət rəhbəri Saakaşvilini susdurmaq üçün nə deyib? Dünyanın ən yüksək “islahatçı lider” kimi qəbul etdiyi şəxsi, barışmaz antikorrupsiyaçını və antisovet simvolu olan sabiq gürcü prezidentini  “ölkəndə necə yaxşı məhkəmə qurmusan ki, səni vətəndaşlıqdan məhrum edirlər” deyə suçlayan Yatsenyuk onu sahib olduğu dünyəvi addan məhrum etməyə çalışarkən hansı nöqtəyə zərbə vurduğunu yaxşı bilir. Saakaşvilinin bir neçə aydır irəliyə sürdüyü ittihamlarsa səngimək bilmir.
Bu onun baş nazirlik kreslosu uğrunda mübarzə aparması haqqında Xalq Cəbhəsi təmsilçilərinin parlamentdə onun əleyhinə başlatdıqları kampaniyadan sonra daha da sərtləşib və sistemli xarakter alıb. Hökumət rəhbərini Kolomoyski və Rinat Əhmədov kimi milyarderlərlə işbirliyində, müxtəlif qara  biznes dövriyyələrinə şəriklikdə ittiham edən “qızılgül lideri”nə qarşı elə onun öz ölkəsindəki rəqiblərinin əliylə Odessada heç də Monako stilli Avropa cənnəti qurulmadığını Ali Radada deputat Qolubov tərəfindən gündəmə gətirmişdilər. Guya müxtəlif xarici müğənnilər Odessaya qastrollara büdcə vəsaitləri hesabına gəlir, Saakaşvilinin Gürcüstandan özü ilə gətirdiyi   legioner komandasının üzvlərinin aviabiletləri və istirahət xərcləri xeyriyyə fondları adı ilə yaradılmış qara kassadan ödənilir və sair. Lakin əsl fəlakətin və cəngəllik qanunlarının hökm sürdüyü dogma vətənində Saakaşvilinin üzərinə silahla və kompromatlarla gələnlər onu qorxuda bilməmişdilər. Kiçik bir əyalət şəhərində onu ləkələmək və siyasi meydandan asanlıqla çıxarmaq mümkün deyil.
Rusiya boyda bir düşmənin bütün informasiya axınları onu basdıra bilməyibsə, Avakovun siyasi rejissorlarının quraşdırdıqları və adi gözlə baxanda saxtalığı üzə çıxan videofaktlar heç bir ukraynalıya təsir edə bilməz. Daha qlobal miqyasda götürdükdə isə, keçmiş sovet məkanında inqilab simvolu olan bir şəxsin məğlubiyyəti Qərbin siyasi laboratoriyalarının işinin dayanması anlamına gələrdi ki, bu da ağlasığmazdır.
Bəli, Odessa indi mühüm siyasi mərkəzə çevrilib. Onun əhali sayının Gürcüstandan geri qalmasına baxmayın.Baş nazirin müavini, yaxud antikorrupsiya idarəsinin rəhbəri təyin olunmaqdan imtina edərkən gürcü lideri hansı hədəfi seçdiyini yaxşı bilirdi. Bütün dünyada qəbul olunan siyasi imic və Amerikanın açıq-aşkar yardımı sayəsində o, Nulandın siyahısı ilə formalaşan hazırki Maydan hökumətinin istənilən müqavimətini qırmağa qadirdir.
Digər tərəfdən, Odessada kəsişən maraqlar onu daima ölkə idarəçiliyində baş fiqura çevirəcəkdi. Gömrük-keçid məntəqəsi, dəniz limanı ətrafında qurulmuş infrastruktura sahiblənmək istəyən müxtəlif güc mərkəzləri, ölkə əhəmiyyətli çoxlu müəssisə və şirkətlər əsas daşıyıcı naqillərin məhz burada qovuşduğunu yerli ukraynalılara aydın göstərirdi. Bütün hallarda 5 il oturaqlığı olmadığından nə prezident, nə də deputatlıq kreslosu uğrunda vuruşa bilməyən Saakaşvili Sezar kimi hərbi döyüşü qazanaraq hakimiyyət olimpinə doğru getməyə məhkumdur.
Qısa müddət ərzində Odessa Kiyevin siyasi nailiyyətləri üçün əsl mayak rolunda çıxış edir. Hər halda korrupsiya sxemlərini dağıtmaq üçün bütün köhnə komanda üzvləri işdən qovulub, prokurorluq və polis sistemi gürcü modelində yenidən qurulub, gömrük təşkilatı elektron qaydada şəffaf xidmətə keçib, Dnestryanı bölgədən gələn qaçaqmalçılar ordusu minimuma endirilib, 26 rayon rəhbərliyinə keçirilən seçki üçün müsabiqə elan edilib və qubernator şəxsən özü son seçim raundunda iştirak edib, Gürcüstanda ad çıxarmış polis nazirinin müavini Lordkipanidze vilayətin eyniadlı qurumuna rəhbərlik edir, David Cakvarelidze və Xatiya Cekaleidze də öz müsbət gürcü təcrübələrinə görə Ukrayna DİN və Baş Prokurorluğunda yüksək vəzifələrə təyin olunublar. Lakin Saakaşvili təkcə hakimiyyətlə bu simbioz birləşməyə arxalanmır.
O, temperamentinə və siyasi miqyasına görə ümumxalq lideri statusunda qəbul olunduğunu hər addımda nümayiş etdirir. Faktiki olaraq, iqtidarda siyasi azlığın nümayəndələri təmsil olunduğundan və onların nüfuzu hər gün aşağıya düşdüyündən siyasətçilər içərisində yeganə BİR ADAMın – istər qastrolçu adlandır, istər sirk ustası, ya da dahi siyasi texnoloq, yalnız O-nun bütün quldurlara və korrupsionerlərə qarşı mübarizəsi səmimi qəbul olunur. Saakaşvili prezidentlə qovğaya girməsə də, hamı yaxşı bilir ki, qızılgül inqilabının lideri dövlət başısından daha nüfuzludur və güclü beynəlxalq dayaqlara malikdir.
Bununla yanaşı, iki illik hakimiyyətin günahlarını təkcə Yatsenyukun üzərinə yıxmaq düzgün olmazdı. Ölkədə ÜDM-in ilin sonunadək 5.4 faiz əvəzinə 15 faiz aşağı düşəcəyini Dünya Bankı bəyan edib, xarici borclar iri şirkətlərin öhdəlikləri ilə birgə 143 milyard dollardan yuxarıya qalxıb, həyat səviyyəsi keçmiş illərlə müqayisədə qat-qat geriləyib, qrivenin dəyərsizləşməsini son aylar durdurmaq mümkün olsa da xaricdən asılılığın və Rusiya ilə ticari dövriyyənin kəskin azalmasının fonunda inflyasiyanın 50 faiz olacağı qaçılmazdır.
Qərbin yardımları da hamıya nümayiş etdirilən yüksək qəbullara və dəbdəbəli diplomatik həmrəyliklərə rəğmən Ukraynanı defoltdan xilas etmək gücündə deyil.Yanvar ayından BVF ilə aparılan danışıqlar nəticəsində gözlənilən 17.5 milyard dollarlıq yardım islahatların radikal xarakter daşımadığına görə növbəti dəfə təxirə salınıb.Bunun ardınca qurum Moskva qarşısında Kiyevin borcunu dünən rəsmi olaraq tanıdı – 3milyard dollar. Avrokomissar Donald Tusk isə Brüsseldən Poroşenkonu yenə də əliboş qaytardı: vizasız gediş-gəliş indi mümkün olmayacaq.
Bir yandan da Donbas ölkənin büdcəsini yeməkdə davam edir. Hər gün hərbi xərclərin bir neçə milyon dollara çatdığı bildirilir. Söhbət yeni texnikaların alınmasından, fərarilərin sayı 50 min nəfərdən artıq olduğu üçün müxtəlif şirnikləndirici vasitələrlə silahlı qüvvələrə arxa cəbhə yaramaq vəzifəsindən,  inqilaba gedənlərlə müqayisədə sayı on qat az olan müharibə döyüşçülərinin hər gün real yardıma ehtiyaclarının qarşılanmasından, köçkünlərin yerləşdirilməsindən, yaralıların, həyatını itirənlərin aiələlərinin ayaqda saxlanmasından gedir.
Poroşenko müharibəni siyasi rəqibləriin başı üzərində qılınca çevirməyə çalışsa da, o, tarixi Fransa sərkərdəsi ola bilmir.Parlamentdə yer almış səhra komandirlərinin hamısı vətənə xidmətləri müqabilində pay aldıqlarını iddia edirlər. Özü də Yatsenyuka hücum edən təkcə Saakaşvili deyil.”Qaz kraliçası” ləqəbini qoruyub saxlayan Yuliya Timoşenko “narıncı inqilab”ın memarlarından olan hazırki baş nazirin onun həbsdə olduğundan istifadə edib hakimiyyət tortunun böyük hissəsini özünə götürdüyünü hələ də sinirə bilmədiyindən Radanın son iclasında hökumətə etimad votumu üçün səsəvermədən öncə  Yatsenyuku cinayət məsuliyyətinə cəlb etməyi təklif edib. Bəli, “ölkənin salındığı uçurum”un cəzası bu olmalıdır.
Amerikadan gələn direktivlər isə Poroşenkonun əl-qolunu tamamilə bağlayır. Bayden parlamentdə xəbərdarlıq etdi ki, koalisiya dağılsa, Qərbdən əlinizi üzün. Başa düşdünüz yəqin – yeni baş nazir axtarışları və ya seçkilərə getmək haqda planlar cızmaq Ağ Evin nəzərlərinə görə bütün inqilab hökumətini iflasa uğradardı.Avropanın siyasi institutları da eyni qənaəti bölüşürlər.
Sadəcə desovetləşmə adı ilə heykəlləri uçurmaq, dərsliklərdə Rusiyanın izini silmək və milli ləyaqət pamfletlərini oraya doldurmaqla, Banderanın ruhunu dirçəltmək üçün hər gün meydanlarda kahin ayinlərinə bənzər mərasimlər düzənləməklə demokratiya qurulmaz. Lüstrasiya qanuni ilə nə qədər adamı çölə töküb yeni komanda yaratdılar. Lakin onlara qiyməti Saakaşvili yaxşı verib -Yanukoviç dövründə demokratiya bundan yuxarı olub.
Dünən Avakov son klinçdə rəqibinə atdığı bir fincan suya və söyüşlərə görə xalqdan gələn qəzəb selini qarşılamaq üçün  böyük bir müraciətlə çıxış edib. O, az qala yeni Ukrayna demokratiyasının Zevsi kimi inqilab məşəlini əlində daşıyarkən xalq mücadiləsində iştirak edənləri mükafatlandırmaqda heç bir cinayətə yol vermədiyinə, kseonfobiyaya uğramadığına, ətrafında qanunsuz silahsız birləşmələr yaratmadığına hamını inandırmağa çalışır. Lakin varlılardan, yaxud keçmiş hakimiyyət mənsublarından yağmalanmış vəsaitlərin bir hissəsinin devrimçi qüvvələrə paylanmasını izah etməkdə çətinlik çəkən nazir əsl sovet komissarı qiyafəsində çıxış etdiyinin fərqində deyil.
Düz 23 il əvvəl Azərbaycan da eyni ssenari ilə inqilab balalarını taxta çıxararkən milli polis nazirimiz demokratik inqilab cəbhəsinin yetirmələrini mükafatlandırmaqla məşğul idi. Düz bir il ərzində xalq  çiyin verdiyi qüvvələri zorla saxlamağa çalışsa da sonra ayağı altına atıb onları əski kommunistlərdən daha betər cəzalandırdı.
İndi Ukrayna inqilabı növbəti iflasa doğru yaxınlaşır. Saakaşvilinin dediyi “simasını itirmişlər” əslində Maydanın vitrininə çıxanların hamısına aiddir. Ləyaqət uğrunda mübarizə və Avromaydançılıq ölkəni 20 fazilik torpaq itkiləri, kasıblıq, ədalətsizlik və sərvətlərin talanması ilə üz-üzə qoydu.Yerli seçkilərdə saxta yekunlar hesabına çıxarılan 34 fazilik xalq iştirakı çoxluğun bu dövləti müdaifə etmədiyinin güzgüsüdür.
Tarix inqilabın təkcə qanunlar və yeni üsul-idarələr deyil, həm də gilyotinlər istehsal etdiyini yaxşı bilir. Kralı edam edənlər  Lüdovikin cəsədi üzərindən keçib yeni inqilabi hökumət yaratmışdılar. Lakin sonra onların üstünə göndərilən yoxsul kütlə Robespyeri, mütləqiyyət tərəfdarlarını, konstitusiyalı monarxiyaçıları və triumviratçıları taxt-taca sahib edincə bəlli oldu ki, bütün düşmənlərini adi qaydada edam etməyə Konventin vaxtı çatmır, yeni edam qurğusuna ehtiyac duyulur. Budur, təp-təzə baş kəsən alət artıq tam gücü ilə işə düşüb..Ölkədə yeganə istehsal siyasi rəqiblərinin və inqilab əleyhdarlarının hər gün gizli polisin əliylə tapılıb öldürülməsi hesabına anbaan artır. Xarici düşmənlərə qarşı mübarizəyə bir az fasilə vermək də olar, təki ölkə termidorçulardan, yakobinçilərdən və jirondistlərdən təmizlənsin. On il ərzində Fransa inqilab maşınının sürətlə irəliyə getməsi üçün xalqın önünə çıxan liderlər böyük məramlar, yüksək ideallar naminə nə qədər desəniz qan  tökməyi bacardılar. Nəhayət,hərbi sərkərdə Napoleon cəsədi ortada qalmış vətənə sahib durmaq üçün qılıncını Parisdə qınına qoymağa söz verdi. Lakin yeni imperator dünya ağalığına baş vurunca Bastiliya qalasına hücum edənlərdən heç biri sağ qalmadı.
İndi Avakovun söyüşləri inqilab keşikçiləri üçün siyasi edamlara hazılığın bir siqnalıdır. Yox, o, Fransanın əzəmətli polis naziri Jozef Fuşe ola bilməz. Lakin avroinqilabın tonqalını qalayanlar indi həmin ocaqda bir-birini yandırmağa hazırdılar.
Vaxtilə Yanukoviç əleyhinə Kiyevi bürüyən qara tüstü yenidən qayıdır. Əksəriyyətində Amerika pasportu olan siyasi elita kapitulyasiyaya məhkumdur. Poroşenko hər gün meydan liderlərinin ona necə acılar bəxş etdiyini yaxşı görür.
Siyasət, yovşan kimidir. Ətri olsa da, onu yemək olmur. Bir vaxtlar Ukraynanın ən böyük şokolad istehsalçısı indi özü və xalqı üçün acılıq gətirir. Robespyerin dediyi kimi, inqilabı xilas etmək üçün min adamı belə qurban vermək artıq gecdir. 3-cü Maydan şokoladsız olacaq!
Zahid Oruc, Milli Məclisin deputatı
Previous Post

Milli Məclis toplanır – Gündəlikdə 40 məsələ var

Next Post

Rusiyanın döyüş təyyarəsi yenə hava sahəsini pozdu – Rəsmi açıqlama

Bənzər yazılar

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Məlumata görə,...

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Next Post

Rusiyanın döyüş təyyarəsi yenə hava sahəsini pozdu - Rəsmi açıqlama

Rusiyanın döyüş təyyarəsi yenə hava sahəsini pozdu - Rəsmi açıqlama

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.