ŞOK: Bağdadinin vurulma anı üzə çıxdı - VİDEO

Öldüyü deyilən, ancaq daha sonra səs qeydləri yayımlanan Bağdadinin vurulduqdan dərhal sonrakı görüntüləri ortaya çıxıb.
AzNews.az xəbər verir ki, Mosul yaxınlığında keçən həftə ABŞ-ın təşkil etdiyi hava hücumunda öldüyü iddia edilən İŞİD lideri Əbubəkr Əl Bağdadinin yaralı olduğunu əks etdirən video sosial şəbəkədə paylaşılıb.
Bu video İraqın Balad televiziyasında da efirə verilib. Videodan görünür ki, İŞİD yaraqlıları hücumdan sonra Bağdadinin yanına gəlir və onu yaralı yerdə uzanan görürlər.
Bir müddətdən sonra özünə gələn Bağdadi hadisə yerindən uzaqlaşdırılır.