Slovakiya Rusiyanın yeni müttəfiqi ola bilər

103

Slovakiya sentyabrda keçiriləcək parlament seçkilərindən sonra Rusiyanın yeni müttəfiqi ola bilər.
Elchi.az xəbər verir ki, bu barədə The Guardian qəzetinin köşə yazarı Con Kampfner məlumat verib.
Onun sözlərinə görə, rəy sorğularına inansaq, seçki “Moskvaya təriflər yağdıran və Viktor Orbanı təqlid edən” Robert Fikonun (Slovakiyanın keçmiş baş naziri) qayıdışı anlamına gələ bilər. Kampfner hesab edir ki, belə olan halda Avropa İttifaqı və NATO-da “yeni fitnəkar” peyda ola bilər.
Qəzetin köşə yazarı yazır ki, Fiko seçilərsə, hazırda Kiyev rejimini dəstəkləyən Slovakiyanın siyasətində “180 dərəcə dönüş təhlükəsi” var. O qeyd edib ki, Fiko parlament seçkilərində qalib gələrsə, ölkə Moskvaya yardım göstərməyə başlaya bilər.

Nuranə Məmmədova