Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Belarusa işgüzar səfərə gəlib.
Elchi.az xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Siyartonun səfəri çərçivəsində onun Belarusun xarici işlər naziri Sergey Aleynik və iqtisadiyyat naziri Aleksandr Çervyakovla danışıqları planlaşdırılır.
Macarıstanlı nazir deyib ki, o, Budapeştin Ukrayna üzrə erkən sülh danışıqlarının zəruriliyi ilə bağlı rəsmi mövqeyini təqdim etməyi planlaşdırır.
Yeganə