Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər.
Elchi.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodin Milli Məclisinin sədri Sahibə Qafarova ilə Qarabağda vəziyyətin nizamlanmasına dair müzakirə zamanı deyib.
O, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həllinə nail olunmadığını deyib.
“Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, – deyə Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.
Zəngəzur dəhlizi bu vaxt açılacaq – Türkiyəli nazir
Zəngəzur dəhlizi 2028-2029-cu illərdə fəaliyyətə başlaya bilər. Elchi.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu “TGRT...