Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər.
Elchi.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodin Milli Məclisinin sədri Sahibə Qafarova ilə Qarabağda vəziyyətin nizamlanmasına dair müzakirə zamanı deyib.
O, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həllinə nail olunmadığını deyib.
“Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, – deyə Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.
Bakıda “17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası” keçirilib
Bakı şəhərində "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Təlim-Tədris üzrə işçi qrupunun fəaliyyəti üzrə seminar keçirilib. Bu barədə Elchi.az-a...





















Son şərhlər