"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Sirli ölümlər: Lənkəranskinin dostları aradan götürülür? (ARAŞDIRMA)

24 Dekabr 2016 - 12:39
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

 

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Dekabrın 9 -da, saat 5:00 radələrində Ələt-Astara magistralının rayonun Qumbaşı kəndi ərazisindən keçən hissəsində dəhşətli yol qəzası olub. Lənkəran şəhər sakini Mirhüseyn Mirəziz oğlu Ocaqovun idarə etdiyi “Opel-Astra” idarəetməni itirərək, yolun sağ tərəfində dayanmış “Qazel” ilə toqquşub. Daha sonra yolda hərəkətdə olan digər “Ford” markalı minik avtomobili qəzaya uğramış “Opel-Astra”ya çırpılıb.

“Opel-Astra”nın müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişini, Lənkəran şəhər sakini, 32 yaşlı Anar Telman oğlu Rəhmanov və sürücüsü Mirhüseyn Ocaqov avtomobildən çıxarılaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salınıb. Lakin Anar Rəhmanov yarı yolda dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Mirhüseyn Ocaqovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. İlkin versiya kimi qəzanın yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

Bu hadisə ilə bağlı  qəribə məlumatlar daxil olub. Bildirilir ki, qəza zamanı həyatını itirən mərhum Anar Rəhmanov Lənkəranda çox tanınmış, nüfuzlu bir gənc olub. O, bir neçə il həbsxanada məhkum həyatı yaşayıb. Bir müddət öncə isə azalığına qovuşub. O da bildirilir ki, mərhum Anar Rəhmanov bir neçə ay öncə İstanbulda öldürülən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin (Canıyev) yaxın “adamı” olub.

“Son vaxtlar Lənkəranda qəribə hadisələr baş verir. Lənkəranskinin yaxın adamları bir-bir yoxa çıxır, həbs olunur, bəziləri isə qəribə formada ölür. Bəlkə də Lənkəranskinin yaxın ətrafına qarşı kimlərsə əməliyyat keçirir. Anar Rəhmanov da tanınmış, hörməti olan bir gənc idi. Ona “Krıtı Anar” deyirdilər. Onu hər kəs Rövşənin yaxın adamı kimi tanıyırdı. O, təxminən 7-8 il həbdsə yatıb. Bu ilin iyun ayında isə azadlığa buraxılmışdı. Kriminal aləmdə də hörməti vardı. Onun ölümü çox müəmmalı şəkildə baş verdi. Bəlkə də bu, Rövşənin adamlarına qarşı hazırlanmış bir hadisədir”.

Mərhum Anar Rəhmanovun yas məclisində də hadisə ilə bağlı qəribə fikirlər səsləndirilib. Bildirilir ki, A.Rəhimovun olduğu “Opel-Astra”nın sürücüsü hadisədən sonra yoxa çıxıb: “Televiziyada sürücü Mirhüseyn Ocaqovun da ağır vəziyyətdə Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirildiyi qeyd olunur. Halbuki, o, xəstəxanaya aparılmayıb. Hazırda heç kəs sürücünün yerini bilmir”.

Deyildiyinə görə, “Krıtı” Anarın üstündə olan pul, telefonları və bəzi əşyaları yoxa çıxıb. Onu da Rövşənin məzarının yaxınlığında, Kiçik Bazar qəbirstanlığına dəfn ediblər. Dəfndən bir neçə saat sonra qəbrstanlığa yad, əvvələr heç kəsin görmədiyi insanlar gəlib, ziyarət edib, gediblər. Onların “oğru aləmi”nin nümayəndələri olduğu söylənilir.

Lənkəran Şəhər Mərkəzi Xəstəxanasından AzVision.az -a hadisənin baş verdiyini təsdiqləyiblər: “Anar Rəhmanov xəstəxanaya gətirilən zaman artıq keçinmişdi. Morqa göndərdik. Həmin tarixidə xəstəxanamıza, qəbul şöbəsinə və yaxud reanimasiyaya heç kəs gətirilməyib”.

Lənkaran şəhər hüquq-mühafizə orqanları isə AzVision.az -a yalnız qəza faktını təsdiqləməklə kifayətləndilər.

Amma məsələ təkcə bununla bitmir. Dekabrın 21-də axşam saatlarında Lənkəran-Boradigah yolunun Masallının Türkoba kəndindən keçən hissəsində dəhşətli qətl hadisəsi törədilib. Lənkəran rayon sakini, 23 yaşlı Murad Əfqan oğlu Quluzadə 37 yaşlı Rusiya Federasiyası vətəndaşı İsmayılov Fariz Maşallah oğlunun sürdüyü avtomobilə avtomatla 10 dəfədən çox atəş açıb. Fariz İsmayılov hadisə yerindəcə keçinib. Hadisədən sonra M.Quluzadə könüllü şəkildə Lənkəran polis şöbəsinə gələrək, təslim olub və hadisəni törədərkən istifadə etdiyi “UZİ” markalı silahı, 7 ədəd gülləni təhvil verib. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz də aşkar edilərək, götürülüb.

Daha sonra məlum olub ki, qətlə yetirilmiş Fariz İsmayılov lənkəranlı kriminal avtoritet “Piter Elçin”in qardaşıdır. Bu ilin iyun ayında Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən güllələnərək, qətlə yetirilib.

23 dekabrda gecə saat 3 radələrində isə Hollandiyada yerləşən “Staay Food Group Holding” topdansatış tərəvəz bazarında insident baş verib. Silahlı naməlum şəxslər topdansatış meyvə bazasına hücum ediblər. Sözügedən tərəvəz bazasına çeçen əsilli “kriminal avtoritet”, kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirov nəzarət edir. Onun Türkiyədə qətlə yetirilən ən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olduğu bildirilir. Lənkəranskinin ölümündən sonra ona məxsus bəzi obyeklərə rəhbərlik edir.

Hücum zamanı “kriminal avtoritet”in əsas cangüdənlərindən biri yaralanıb. Silahlı şəxslər də xəsarət alıblar. Hadisə yerinə gələn Amsterdam polisi “kriminal avtoritet”ə silahlı hücum edən iki nəfəri saxlayıb. Onların 30-35 yaşlarında olan azərbaycanlı və çeçen olduqları bildirilir.

Bu ilin oktyabr ayının ikinci həftəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Muradovda “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkarlanaraq, götürülmüşdü. Mediada Seyfəddin Muradov Lənkəranın “palajeniyasına baxan şəxs” kimi təqdim edilib. Onun da Rövşən Lənkəranskinin (Canıyev) yaxın adamı olduğu bildirilir.

Daha bir həbs xəbəri isə ölkə xaricindən – yəni Rusiyanın Tula şəhərindən gəlib. Belə ki, şəhər polisinin keçirdiyi əməliyyat zamanı 2 “qanuni oğru” saxlanılıb. Saxlanılan şəxslər Lyoşa Tulski və Roman Barindir. Onlar da Rövşən Lənkəranskiyə yaxın şəxslər kimi tanınıblar. L.Tulski R.Lənkəranski tərəfindən Tula bazarına nəzarətçi (“smotryaşiy”) təyin edilibmiş. Onların üzərində 2 ədəd tapança və narkotik vasitə aşkar edilib.

Kriminal aləmdə “Hacı Beyləqanski” kimi tanınan “qanuni oğru” Hacıbaba Talıbxanlı isə bir neçə ay öncə Türkiyədə həbs edilib. Rövşən Canıyevin “sağ əli” sayılan Hacı Beyləqanski Lənkəranskinin qətlində şübhəli bilinərək, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bir müddət öncə isə azadlığa buraxılıb.

“Rosbalt” agentliyinin bir müddət əvvəl yaydığı məlumata görə isə, Rövşən Lənkəranskinin öldürülməsində məqsəd Moskvada güllələnən “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq olub. Mənbənin məlumatına görə, Rövşən Canıyev İstanbulda öldürüldükdən sonra Rusiya xəfiyyələri qətlin yaxından araşdırılmasına başlayıblar. Məlum olub ki, “göyərti kralı”nın öldürülməsinə iki killer cəlb olunub və həmin şəxslər Lənkaranskinin klanının üzvü olublar.

Bundan başqa, gizli agentlər onu da aydınlaşdırıblar ki, “göyərti kralı” Canpoladın öldürüləməsini Lənkəranski şəxsən tapşırıbmış. Canpolad Şamiloğlu qətlə yetirildikdən sonra onun qohumları və tərəfdarları Rövşən Lənkəranskiyə qarşı “qan intiqamını” elan edərək, barəsində ölüm hökmü çıxarıblar. Hökmün icrası deyəsən, hələ də davam edir.

Previous Post

Sirli ölümlər: Lənkəranskinin dostları aradan götürülür? (ARAŞDIRMA)

Next Post

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Next Post

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Son xəbərlər

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

04 Noyabr 2026 - 12:28
AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

04 Noyabr 2026 - 12:17
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

04 Noyabr 2026 - 12:08
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

04 Noyabr 2026 - 11:57
Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

04 Noyabr 2026 - 11:46
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

04 Noyabr 2026 - 11:35
Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

04 Noyabr 2026 - 11:27
İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

04 Noyabr 2026 - 11:12
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

04 Noyabr 2026 - 11:00
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

04 Noyabr 2026 - 10:51
UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

04 Noyabr 2026 - 10:43
Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

04 Noyabr 2026 - 10:38
Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

04 Noyabr 2026 - 10:24
Tramp İranla bağlı qərarını müdafiə edir

Tramp İranla bağlı qərarını müdafiə edir

04 Noyabr 2026 - 10:16
2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

04 Noyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.