“Ermənistan Respublikası yaranandan bəri onun sənədlərində müddəalar var. Məncə, bütün geosiyasi dəyişikliklər və hadisələrə nəzər salınmaqla yenidən baxılmalıdır”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Biz başa düşməliyik ki, Ermənistan hara gedir və hansı məqsədlər güdür. Ermənistan vətəndaşı vətəninin harada başladığını və harada bitdiyini başa düşə bilməz. Ermənistan dağları, bəli, mənim vətənimdir, beşiyimdir, amma mənim Ermənistan Respublikası adlı dövlətim var, 1991-ci ildə onunla müstəqillik əldə etmişik, konkret sərhədləri var, hamımız onun vətəndaşıyıq və bunu başa düşmək lazımdır”.
“Konstitusiyaya dəyişiklik Azərbaycanın tələbidir, yoxsa danışıqlarla bağlıdır” sualına Alen Simonyan belə cavab verib:
“Azərbaycan Konstitusiyasında, Azərbaycanın hüquqi aktlarında da müddəalar var ki, onlara uyğun olaraq Konstitusiya dəyişdirilməlidir”.
Yeganə