Şimali Koreyadan qaçmağa çalışan 5 nəfərin ölkənin Çinlə sərhədində minalara basdığı bildirilib.
Elchi.az xəbər verir ki, mərkəzi ofisi Cənubi Koreyanın paytaxtı Seulda yerləşən Daily NK, Şimali Koreyadakı mənbələrə əsaslanaraq oktyabr ayında Şimali Hamgyong əyalətinin Musan bölgəsi yaxınlığındakı ölkə sərhədindən 5 nəfərin Çinə qaçmağa çalışdığını bildirib.
Xəbərdə qaçmağa çalışanların sərhədə yaxın ərazidə minalara basdığı, lakin sözügedən şəxslərin taleyi ilə bağlı məlumat verilmədiyi bildirilib.
Mənbələr sentyabr ayında bölgədən qaçmaq istəyərkən üzərinə basdıqları minaların partlaması nəticəsində 3 nəfərin həyatını itirdiyini bildirib.
Hesabatda qeyd olunub ki, Şimali Koreyalılar öz ölkələrində “iqtisadi vəziyyətin pisləşməsi səbəbindən pul qazanmaq üçün” Çinə qaçmağa cəhd etmiş ola bilərlər.
Şayəstə Hüseynova