İsveç Türkiyə ilə bağlı silah sanksiyasını ləğv etməsinə baxmayaraq, hələ də terrorçuları dəstəkləyir.
Elchi.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Terrorçular hələ də orada mövcuddur. İndi onlar öz qərarlarını verməlidirlər. Terrorçular üçün sığınacaq olmamalıdır, onları qarşılamağa son qoymalıdırlar”, – Akar bildirib.
H.Akar, həmçinin, Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəsinin davam edəcəyini qeyd edib.
Qeyd edək ki, İsveç ötən həftə Türkiyəyə qarşı silah sanksiyasını ləğv edib. Rəsmi Ankara bu ölkədən terrorçuların təhvil verilməsini də tələb edir.
Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın
İsraildə müxalifət blokunun tərkib hissəsi olan "Yisrael Beytenu" ("İsrail – Bizim Evimiz") partiyasının lideri Aviqdor Liberman, Baş nazir Benyamin Netanyahunu...





















Son şərhlər