"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Şeyx “İmam Qarafi” mükafatına layiq görüldü

19 Oktyabr 2023 - 18:33
in CƏMİYYƏT
FacebookVatsap

2023-cü ilin 18 oktyabr tarixində Misir Ərəb Respublikasında (MƏR) işgüzar səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya Fətva Evləri Qurumları Baş katibliyinin MƏR Prezidenti Əbdülfəttah Əl-Sisinin himayəsi altında keçirilən “Fətva və üçüncü minilliyin çağırışları” mövzusunda konfransında iştirak edib.

Bunu da oxuyun

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

QMİ-dən Elchi.az-a bildirilib ki, tədbirdə Misirin Baş müftisi Şövqi Əllam, Vəqflər naziri Məhəmməd Muxtar Cuma, Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi Məhəmməd Əl-Duveyni, Livanın müfisi Əbdüllətif Dəryan, Birləşmiş Ərəb Əmirlikləri Fətva evinin Baş katibi Ömər Əl-Darai, Əlcəzairin Dini işlər və vəqflər naziri Yusif Bilməhdi, Fələstin Prezidentinin dini işlər üzrə müşaviri – qazilqüzat Mahmud Əl-Həbbaş, Qazaxıstan Müsəlmanları ruhani idarəsinin sədri – müfti Nauruzbay Taqanulı, Özbəkistan müsəlmanları idarəsinin sədri – müfti Nuriddin Xoliknazarov, 50-yə yaxın ölkənin dövlət, din və ictimaiyyət xadimləri, MƏR-dəki müsəlman ölkələrinin səfirləri işirak ediblər.

BMT Sivilizasiyalar Alyansının Xüsusi nümayəndəsi Miqel Moratinosun və Avropa İttifaqının İslamofobiyaya qarşı mübarizə üzrə koodinatoru xanım Məryun Ləlisin videomüraciətləri dinlənilib.

Misirin Baş müftisi Şövqi Əllam, Dünya Fətva Evləri Qurumları Baş katibliyinin bu Konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşkilatın ali fərqlənmə – “İmam Qarafi” mükafatına layiq görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu, ümumən sayca Dünya Fətva Evləri Qurumları Baş katibliyinin 3-cü belə təqdimatıdır.

Öz çıxışında Şeyxülislam A.Paşazadə Azərbaycan xalqının və dövlət başçısı İlham Əliyevin salamlarını toplantı iştirakçılarına yetirərək bu mükafata görə öz təşəkkürlərini ifadə edib. O, həmçinin Fələstin ilə İsrail arasında yaranmış qarşıdurmada minlərlə dinc mülki əhalinin qətlə yetirilməsi ilə əlaqədar dərin narahatlıq ifadə edərək, silahların tezliklə susdurulmasına və münaqişənin beynəlxalq hüquq və BMT qətnamələri çərçivəsində həllinə çağırıb.

QMİ sədri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra işğaldan azad edilmiş bölgələrimizdə aparılan bərpa və yenidənqurma işləri barədə tədbir iştirakçılarına məlumat verib. O, işğaldan azad olunmuş ərazilərimizdə minalardan təmizləmə işlərinin hələ də davam etdirildiyini, mənsubiyyətindən asılı olmayaraq dağıdılmış və vandalizmə məruz qalmış məscid və digər məbədlərin bərpa olunduğunu və yenilərinin inşa edildiyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri Fətva evinin Baş katibi Ömər Əl-Darai öz çıxışında Şeyxülislamı bu mükafat münasibətilə təbrik edərək, ona BƏƏ Fətva Şurası sədri və Abu-Dabi Sülh fondunun prezidenti Şeyx Abdallah bin Beyyahın şəxsi salamlarını çatdırıb və onun cari ilin noyabrında Abu-Dabidə keçiriləcək sülh fondunun 10-cu yubiley tədbirlərində iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Eyni tarixdə Şeyxülislam A.Paşazadənin konfrans çərçivəsində MƏR Vəqflər naziri Məhəmməd Muxtar Cuma və Əlcəzairin Dini işlər və vəqflər naziri Yusif Bilməhdi ilə söhbəti baş tutub. Əlcəzairli nazir Azərbaycanın Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərini yüksək qiymətləndirərək bunun tarixi hadisə və ikitərəfli əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edən amil olduğunu vurğulayıb. M.M Cuma, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi münasibətilə səmimi təbriklərinin Azərbaycanın dövlət başçısına çatdırılmasını rica edib.

Tədbir çərçivəsində MƏR Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şeyx Əli Cuma ilə görüş keçirilib. Misir parlamentinin nümayəndəsi bu yaxınlarda Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarovanın MƏR-ə səfərinin nəticələrini məmnunluqla qeyd edərək yaxın zamanda Azərbaycanı ziyarət edəcəyini bildirib. O, ölkəsinin daim Azərbaycanı dəstəklədiyini ifadə edib və hazırda birgə layihələrin həyata keçirilməsi ilə məşğul olduqları barədə məlumat verib. Ə.Cuma onun salamlarının və ölkəmizin suverenliyinin tam bərpası münasibətilə təbriklərini Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edib. Öz növbəsində, Şeyxülislam erməni təbliğatının, xüsusilə də erməni kilsəsinin anti-Azərbaycan kampaniyaları apardığı barədə həmsöhbətinə məlumat verib. Cənab Ə.Cuma bununla əlaqədar qeyd edib ki, bu kimi təxribatçı fəaliyyətlər bizim dost münasibətlərimizə xələl gətirə bilməz.

Həmin gün QMİ sədrinin Misirin Baş müftisi Şövqi Əllam ilə də görüşü baş tutub. Ş.Əllam bir daha Şeyxülislamı ali mükafatın təqdim olunması münasibətilə təbrik edib. Şeyxülislam bu mükafatın Azərbaycan dövlətinə və xalqına olan dost münasibətin təzahürü kimi dəyərləndirdiyini qeyd edib.

Daha sonra Şeyxülislamın Misir Qipti kilsəsi rəhbərinin müavini yepiskop İrmia ilə görüşü baş tutub. QMİ sədri 44 günlük Vətən müharibəsindən və son antiterror əməliyyatından sonra erməni diasporasının və erməni kilsəsi tərəfindən anti-Azərbaycan təbliğatının artdığının müşahidə olunduğunu və erməni katolikosu II Qareginin Dünya kilsələr şurasına və ümumən xristian dini liderlərinə yalan və böhtan xarakterli məlumatlar göndərdiyindən xəbərdar olduğunu həmsöhbətinin diqqətinə çatdırıb. O, erməni təcavüzünün ağır nəticələri, işğal olunmuş ərazilərimizdə törədilmiş vandalizm aktları, məscidlərimizin tam əksəriyyətinin dağıdılması, onların həqarətə məruz qalması və orada İslamda haram sayılan heyvanların saxladıldığını, eyni zamanda xristian məbədlərinin də dağıdılması və mənsubiyyətinin dəyişdirilməsi faktları, habelə bölgəmizdə hazırda cərəyan edən proseslər barədə yepiskop İrmiaya məlumat verib. Şeyxülislam xüsusi olaraq qeyd edib ki, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Qarabağ bölgəsində mülki əhaliyə qarşı heç bir təzyiq göstərilməyib və onlar bu ərazini könüllü olaraq tərk ediblər.

Şeyxülislam A.Paşazadənin, həmçinin Misir parlamenti spikerinin sabiq I müavini, hazırda “Nəqibul Əşraf” – Şəriflər cəmiyyətinin rəhbəri Seyyid Mahmud Əl-Şərif ilə görüşü keçirilib. Cənab Şərif Şeyxülislama təqdim olunan mükafatın “hamımıza” verilən dəyər kimi qiymətləndirib. O, öz çıxışlarında həmişə Azərbaycanı dəstəklədiyini bildirərək, onun salamlarının və qələbə münasibətilə təbriklərinin Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya çatdırılmasını xahiş edib. Əl-Şərif Azərbaycana səfəri zamanı dövlət başçımız tərəfindən qəbul edildiyini və təltif olunduğunu xüsusi minnətdarlıqla qeyd edib.

Fətva Evləri Qurumları Baş katibliyinin “Fətva və üçüncü minilliyin çağırışları” Konfransında və ikitərəfli görüşlərdə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov da iştirak edib.

Previous Post

CNN jurnalisti Zelenski üçün qaçılmaz reallığa diqqət çəkib

Next Post

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni şirkət yaradıb

Bənzər yazılar

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

30 Sentyabr 2026 - 16:49

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında...

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:45

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin iclasında...

Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

30 Sentyabr 2026 - 16:40

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə...

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:37

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az xəbər verir...

Next Post
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni şirkət yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni şirkət yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni şirkət yaradıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni şirkət yaradıb

Son xəbərlər

Prezident Vladimir Zelenski Norveçin Baş ilə telefon danışığı aparıb

Prezident Vladimir Zelenski Norveçin Baş ilə telefon danışığı aparıb

30 Sentyabr 2026 - 17:40
Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

30 Sentyabr 2026 - 17:32
Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

Hikmət Hacıyev Litva səfiri ilə görüşdü

30 Sentyabr 2026 - 17:25
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında “İkitərəfli Hərbi Əməkdaşlıq” planı imzalandı

30 Sentyabr 2026 - 17:20
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

30 Sentyabr 2026 - 17:12
İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

İsrail “Flydubai” uçuşlarının dayandırılmasını tələb edir

30 Sentyabr 2026 - 17:04
Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

30 Sentyabr 2026 - 16:57
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

30 Sentyabr 2026 - 16:49
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:45
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

30 Sentyabr 2026 - 16:40
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

30 Sentyabr 2026 - 16:37
Hərbçilərin əməkhaqları 22,8% artacaq

Hərbçilərin əməkhaqları 22,8% artacaq

30 Sentyabr 2026 - 16:24
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqləri keçirib

30 Sentyabr 2026 - 16:16
Səfir: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq

Səfir: Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələyə qədəm qoyuruq

30 Sentyabr 2026 - 16:08
Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

Peskov təsdiqlədi: “S-400-lərin Türkiyədən köçürülməsi…”

30 Sentyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.