"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Şeyx həzrətlərindən Qaregin(lər)ə “vətənpərvərlik şilləsi”: Azərbaycanda dini tolerantlığın nəbzi

08 Yanvar 2021 - 19:33
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanda dini tolerantlığın nəbzi heç vaxt indiki kimi şeyvurmayıb… Haqqında iftira atanlara Şeyx qədər səbrlə yanaşan ikinci şəxs də olmayıb…Sünni və şiələrin bir yerdə, bir məsciddə və eyni zamanda vəhdət namaz qıldığı Azərbaycandan başqa ikinci elə dövlət olmayıb…Çünki Azərbaycanda İslama nüfuz gətirən, dinimizi gözdən salmağa imkan verməyən bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə var.  O Şeyx ki, səbr və təmkin ünvanıdır. O fanat deyil, radikal deyil, şəxsini maddiyata görə düşünən deyil.  O, həya, abır simvoludur, haqqın adamıdır!

Bunu da oxuyun

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

2 rükət namazdı Şeyxin ən böyük var-dövləti 
Allahşükür Paşazadə üçün 2 rükət namaz qılmaq dünyanın ən böyük nemətidir. Şeyx həzrətləri illərdir bu nemətin xoşbəxtliyini yaşayır.  Allahla ibadətlə təmasa girməyi hər şeydən üstün tutmaq onun həyat prinsipi olub.  Şeyx həzrətləri heç vaxt var-dövlət, şan-şöhrət hərisi olmayıb. Şəxsiyyətinə pərəstiş etdiyi Həzrət Əli  (ə)  kimi o da qışın şaxtasında aldığı dəstəmazdan və yayın istisində tutduğu orucdan aldığı zövq qədər heç bir dünya malından zövq almayıb… Gözünü açandan Allah kitabını oxuyub. 
Qeyd olunduğu kimi, O, vəzifə hərisi deyil, fenomenal şəxsiyyət olaraq Bütün Qafqazın Şeyxidir. Bu fövqəl titulu ona mənsub olduğu xalqı, cəmiyyəti verib. Son zamanlar böhtanlarla dolu video kompaniyalarda   Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadənin 20 Yanvar şəhidlərinin anım günü ərəfəsində gündəmə gəlməsi də müəmmalı suallar yaradır.  1990-cı ilin 20 yanvarı uzaq tarix deyil, xalqımızın qəhrəmanlıq səlnaməsi olan yanvar hadisələrində bəzi “qəhrəmanlar” qaçıb gizlənəndə tribunada, o ağrılı-acılı günlərdə xalqın qarşısında Şeyx dayanmışdı. Onun fədakarlığını, xalqına, Vətəninə necə bağlı olmasını mərhum şairimiz Bəxtiyar Vahabzadə qədirbilənliklə xatırlayıb. 
                 Şeyxə qarşı mövsimi xarakter daşıyan “şantaj” və “tənqidlər”
Azərbaycan o ölkələrdəndir ki, siyasi mənsubiyyətindən və kimliyindən asılı olmayaraq hamı tənqid oluna bilər və necə ki olunur… Amma elə insanlar var ki, onların tənqidi sezonla olur. Yəni mövsimi xarakter daşıyan “şantaj” və “tənqidlər”.
Maraqlıdır, niyə məhz hər il yanvar ayında şeyxə qarşı kompaniyalara start verilir? Məqsəd nədir? Yalan dolu yazıların hazırlanmasında plan nədir? Şeyx haqqında hazırlanan materiallar tam fərqlidir. Əslində burda yenilik yoxdur, fakt yoxdur, sadəcə yeriməyən yalanlar var. Bu öz yerində…
“Kəfən geyinib”, sinəsi Vətəninin sinəsinə sipər Şeyxülislam
İftira atdığınız Şeyx özünü qanlı yanvarda rus gülləsinin qabağına atdı. Allahşükür Paşazadə daim  öz xalqının çətin günlərində onunla bir sırada olub, millətin taleyüklü məsələlərinə heç vaxt biganə qalmayıb, əksinə, haqq səsini dünyaya çatdırıb. 1990-cı ilin yanvar hadisələri  zamanı xalqın önündə O idi. Mənəvi rəhbər kimi SSRİ boyda imperiyanın qarşısına “kəfən geyinərək” çıxdı, sinəsini Vətəninin sinəsinə sipər edərək, xalqın önündə getməsini tarix unutmayacaq. Sizin unutmağınız elə də önəmli deyil. Tanrı sizə qəzəblə baxır.
41 yaşlı Allahşükür Paşazadə idi 1990-cı ilin yanvarında Bakıda baş vermiş amansız qətliamda, azğınlaşmış silahlı əsgərlərin qarşısında dayanan.  O idi şəhid  cənazələrinin qarşısında gedən, 41 yaşlı Şeyxülislam. 
41 yaşlı Şeyxülislamın missiyası
Şeyx Azərbaycanda İslamı gözdən salmadı, əksinə, ona nüfuz gətirdi. Bu faktdır. 
Şeyxin böyüklüyü, müdrikliyi, dünya çapında olması onun səbrindədir.  Onun Vətən savaşında apardığı işləri görməməzlikdən gələnlər diplomatiya və media səngərində hansı xidmətlər göstərdiyini nədən görmürlər?  Məhz onun xeyir-duası ilə QMİ-nin dörd imamı Vətən savaşına qatılaraq, düşmənlə  ölüm-dirim savaşına atılıblar. 
 QMİ-nin müharibədə rolu və “ruhani diplomatiyası”
Allahşükür Paşazadə və rəhbərlik etdiyi QMİ müharibənin ilk günündən müharibə ovqatını daşıyan bir quruma çevrildi. Ölkənin hər tərəfində Şeyxülislamın təyin etdiyi qazilər və imamlar əsgərlərin döyüşə yola salınma mərasimlərində, şəhid dəfninin təşkilində  öndə oldular. Şeyxülislamın müharibə dönəmində fəaliyyətinin bir qolunu “ruhani diplomatiyası” təşkil etməsini görməyənlər görəsən, ölkəmizə düşmən kəsilən hansı xarici misionerlərin dəyirmanına su tökürlər?
Döyüşlərin ilk günündə Ermənistanın növbəti silahlı təxribatı ilə başlayan hadisələrlə bağlı beynəlxalq təşkilatların rəhbərlərinə, xarici ölkələrin hökümətlərinə və dünya dini liderlərinə müraciət edən Allahşükür Paşazadə Azərbaycanın bu davasının haqlı və ərazilərini işğaldan azad etməsi üçün apardığını bəyan etməsi, deyəsən, bədxahların ürəyincə olmadı.
BMT-nin Baş Katibinə, ATƏT-in fəaliyyətdə olan sədrinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanına, Moskva və Bütün Rusiya Patriarxı Kirilə, Bütün Gürcüstanın Patriarxı II İliyaya, Roma Papası Fransiskə, İslam Əməkdaşlığı Təşkilatının baş katibinə və digər nüfuzlu qurumların başçılarına ünvanlanan bu müraciətlər və verilən reaksiyalar Azərbaycanın haqlı mövqeyinin təsdiqi oldu. Nüfuzlu dini qurumların, din xadimlərinin Azərbaycanın apardığı ədalətli mübarizəsinə dəstəyi ölkəmizin bu müstəvidə “beynəlxalq çətiri”nin qurulması üçün vacib məqamlardan oldu.
  Şeyx həzrətlərindən Qaregin(lər)ə “vətənpərvərlik şilləsi”
Bu 44 gündə erməni kilsəsinin münaqişəyə dini rəng vermək cəhdi ilk gündən fiaskoya uğradı. Katolikos 2-ci Qareginin Qarabağda hərbi əməliyyatları dünya ictimaiyyətinə “xristian erməni xalqına” olan hücum kimi təqdim etmək cəhdləri alınmadı. QMİ sədri Qareginin müraciəti ilə bağlı verdiyi bəyanatda erməni kilsəsini qızışdırıcı fəaliyyətdə ittiham edərək din xadiminin təcavüzə bəraət verməsini və xalqları qarşıdurmaya sövq etməsini pislədi. Şeyx Allahşükür Paşazadə Qareginin bütün mənfur niyyətlərini alt-üst etdi, necə deyərlər, əleyhimizə atdığı hər addımında Şeyx həzrətlərinin ona vurduğu “vətənpərvərlik şilləsi”ni gördü. Bu Vətən müharibəsində haqq savaşımıza mane olan bütün qareginlər zərərsizləşdirildi. Çünki bizim yolumuz haqq yoluydu. Bu sırada QMİ sədrinin Türkiyəyə səfəri yaddaqalan oldu. Səfər iki ölkənin vəhdətinin nümayişi olaraq bədxahların bütün cəhdlərinə rəğmən Türkiyə və Azərbaycan dini rəhbərlərinin birliyini, iki qardaş ölkənin vahidliyinin təcəssümünü göstərdi. 
Şəhid dəfnləri ilə bağlı yazılan iftiralar
Bu gün Şeyx haqqında əks-təbliğat aparan bəzi insanlar şəhid adından istifadə edərək, onun haqqında mənfi imic formalaşdırmağa çalışırlar.Yuxarıda qeyd etdiyim kimi, O 1990 -cı il 20 yanvar qırğınından tutmuş bu günə qədər şəhid mövzusuna həssaslıqla yanaşıb. Tədbirlərdə hətta özü olmadığı təqdirdə nümayəndələrini göndərib. Rusiya-Azərbaycan sərhəddində, Dərbənd yaxınlığında karantindən iki gün əvvəl 600 nəfərdən çox azərbaycanlı çətinliklə üzləşib. Rusiyanın ayrı-ayrı bölgələrində və Dağıstanda müxtəlif sahələrdə çalışan soydaşlarımız ölkəmizə qayıtmaq istəsələr də, mövcud karantin rejimi, sərhədlərin bağlanması səbəbindən bəzi problemlərlə üzləşməli olublar. Minlərlə azərbaycanlını xəstəliklə mübarizədən xilas etdi, amma istəmədi adı hallansın. “Nə olar, vətənimin övladıdır, mənim də borcum onlara kömək etmək, Cənab Prezidentin siyasətinə dəstək vermək” prinsipi ilə.  
Reklamı özünə haram buyuran dini lider
Şeyx Allahşükür Paşazadə heç vaxt özünü reklam etməyib. Bu, birmənalı belədir.  Onun xoşməramlı həyatını izlədikcə bir daha bunun şahidi olursan.  Azərbaycana, ölkə başçısına sadiqliyi onun fəaliyyətinin ana xətti olub. Titulu, daşıdığı ad və soyadı onun ən böyük reklamıdır. O, Allah adamıdır, bəsirət ünvanıdır. Allah adamı Onun bəndəsi üçün elədiklərini heç vaxt dilə gətirməz, necə ki, gətirmir. Çünki bu onun tərbiyə və əxlaqıdır. Məhz bu baxımdan Şeyx həzrətləri reklamı özünə heç vaxt yaxın buraxmayıb. Allahına, Prezidentinə, xalqına bağlılığı kifayətdir. 
Bir də maraqlıdır, axı niyə sizə çatmır ki, şəhid sözünün müqəddəsliyini Şeyx hamıdan gözəl bilir və onun qədər bu mövzuya həssas insan yoxdur. Allahşükür Paşazadə şəhid sözünün təkcə ş hərfinin mənası, izahı ilə bağlı bir ay dayanmadan və yorulmadan danışar. Çünki bu məktəbin banisi, bir haqsızın qarşısına çıxan, zülmə boyun əyməyən sevimli Peyğəmbər övladıdır. Məhz şəhid adına olan sonsuz məhəbbəti idi SSRİ kimi imperiyanın üstünə şığıyan, o məktəbin müqəddəsliyini dərk etməsi idi, qorxmadan şəhid övladlarının qarşısında məğrur duruşunun sirri. Onun bu Vətənə bağlılığı da məhz bu məktəbə sevgisindəndir. 
Bu 44 günlük Vətən savaşında şəhidlərimizin müqəddəsliklə qarşılanması,  QMİ-nin rayon şöbələrində qədirbilənliklə  yola salınması istiqamətində şeyxin qazi və imamlarla hər gün təması var idi.   Gerçəkliyi mifləşdirib uydurma qəhrəmanlar yaratmaq, müqəddəslərə çamur atmaq heç kimə başucalığı gətirməyib. Ədalətli olun, dostlar! Yazırsınız və deyirsiniz ki, guya Şeyx həzrətlərinin hektarlarla üzüm və ya başqa sahələri var. Əminsiniz? O zaman Şeyx həzrətləri birmənalı şəkildə bəyan edir ki, həmin tarlanı bu barədə danışanlara bağışlamağa hazırdır. Günü bu gündən gedib ona sahib çıxa bilərlər. Əlavə şərhə ehtiyac varmı? Yazanda və danışanda sadəcə məsuliyyətli olun. Bu qədər kifayətdir məncə.

Previous Post

Şeyx həzrətlərindən Qaregin(lər)ə “vətənpərvərlik şilləsi”: Azərbaycanda dini tolerantlığın nəbzi

Next Post

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

Bənzər yazılar

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də...

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Elchi.az -ın "Sveriges Radio"ya istinadən...

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52

ABŞ əvvəllər Almaniya tərəfindən alınmış və dəyəri 29,6 milyon dollar olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə 10 ədəd...

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46

Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP ("Tramp marşrutu") layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün iclas keçirib. Elchi.az...

Next Post
“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

Son xəbərlər

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb

17 Sentyabr 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.