"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Şeyx aksiya ilə bağlı Roma Papasına məktub göndərdi

22 Dekabr 2022 - 15:02
in GÜNDƏM
FacebookVatsap

Vətəndaş cəmiyyəti təmsilçilərinin buna etiraz olaraq bir həftədən artıq davam edən təbii sərvətlərin talanması və ekologiyaya ciddi ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiyası dinc xarakter daşıyır və Laçın-Xankəndi yoluna maneə yaratmır.

Bunu da oxuyun

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

Vasif Talıbov YAP-dan çıxarılır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Elchi.az xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Roma Papası Fransiskə ünvanladığı məktubda yer alıb.

Məktubda deyilir:

“O Bir Olan Yaradanın Adı ilə!

Zati-müqəddəsləri!

Cənabınızı səmimiyyətlə salamlayır və Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud münasibətlərin yüksək səviyyəsindən məmnunluğumu ifadə etməkdən şərəf duyuram. Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə Bakıda və Vatikanda görüşləriniz Müqəddəs Taxt-Tacla Azərbaycan arasında bütün sahələrdə dərin əməkdaşlığın möhkəm təməlidir. Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrinin yaradılmasının 30 illiyinin qeyd olunduğu bu il münasibətlərimiz üçün əlamətdar oldu. İlin əvvəlində ali dəvətinizlə Vatikana səfərim, Zati-müqəddəslərinizlə baş tutan görüşümüz unudulmaz və səmərəli oldu. Sizin Azərbaycana 2016-cı il həvari səfərinizdən sonra Vatikana səfərim, il ərzində Qazaxıstanda, Bəhreyndə bəşəri qardaşlıq mühitində görüşlərimiz, heç şübhəsiz, Roma Katolik Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsi, ümumilikdə müsəlman-xristian dialoqu prosesinə dəyərli töhfələrdir.

Zati-müqəddəsləri! Sizin dinlərarası dialoqa verdiyiniz xüsusi önəm, dünyada sülh naminə münaqişələrin aradan qaldırılması istiqamətində səyləriniz olduqca təqdirəlayiqdır. Dünyanın ən müxtəlif nöqtələrində baş verən hadisələrə hər zaman dərin məzmunlu münasibət sərgiləməyiniz dini lider olaraq üstün özəlliyinizdir və Bir Olan Yaradanımıza inananların ürəklərində dərin əks-səda yaradır. Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri kimi Bazar günü moizələrinizi milyonlarla insan diqqətlə izləyir. Bu əsnada, son moizənizdə Qafqaz bölgəsində baş verənlərə dair toxunduğunuz məqamla bağlı Sizi məlumatlandırmağı özümə mənəvi borc sayıram.

Zati-müqəddəsləri! Sizin Cənubi Qafqazda vəziyyətlə bağlı narahatçılığınızı bölüşürəm. Həqiqətən, narahatedici məqam ondan ibarətdir ki, bölgədə davamlı sülh və təhlükəsizliyin təmini ilə bağlı təhlükələr qalmaqdadır.

Məlumunuz olduğu kimi, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində dünya birliyi tərəfindən tanınan, 30 ilə yaxın müddətdə qonşu Ermənistan tərəfindən işğal altında olmuş əzəli torpaqlarını azad etdi. Əldə olunmuş üçtərəfli razılaşmaya görə, Qarabağın ermənilər yaşayan hissəsində 5 illik müddətə Rusiya sülhməramlıları yerləşdirildi. Fərqindəyik ki, Zati-müqəddəslərinizi narahat edən məqam Qarabağdakı erməni azlığını Ermənistanla birləşdirən humanitar məramlı Laçın-Xankəndi yolunun guya bağlanılması ilə bağlı ermənilərin Katolikos-Patriarxı II Qareginin Cənabınıza və digər dini mərkəz və kilsə rəhbərlərinə ünvanlandığı müraciətdəki, hər zamankı kimi, qeyri-səhih, qərəzli informasiyadan qaynaqlanır.

Ali diqqətinizə çatdımaq istərdim ki, adıçəkilən yol heç bir zaman Azərbaycan tərəfindən qapadılmamışdır. Bunu edən rus sülhməramlılarıdır və Azərbaycan hakimiyyəti tərəfindən dəfələrlə rəsmi şəkildə bəyan edilmişdir ki, Azərbaycan tərəfindən Laçın yolu ilə avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb, yol boyu hərəkət rejimi əvvəlki qaydada davam edir, vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin təşkili Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür. Lakin Azərbaycanı dünya ictimaiyyətinin nəzərində qaralamaq, qeyri-humanist səciyyədə təqdim etmək məqsədi ilə Ermənistan tərəfi məkrli dezinformasiyalar yayır, ölkəmizə qarşı qərəzli təbliğat aparır və uydurma iddialar irəli sürür. Çox təəssüf edirik ki, erməni siyasilərinin təsiri altında Erməni Apostol Kilsəsi bu işdə xüsusi fəallıq göstərir.

Zati-müqəddəsləri! Həqiqət bundan ibarətdir ki, aparılan araşdırmalara görə Qarabağın sülhməramlıların məsuliyyət daşıdığı bölgəsində “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında qanunsuz istismar fəaliyyəti həyata keçirilir. Müstəqil fəallar tərəfindən bu fəaliyyətin monitorinq olunması haqqında sülhməramlılar vasitəsilə öncədən müvafiq razılaşmanın əldə edilməsinə baxmayaraq, ekoaktivistlər separatçı rejim tərəfindən həmin obyektlərə buraxılmamışlar. Vətəndaş cəmiyyəti təmsilçilərinin buna etiraz olaraq bir həftədən artıq davam edən təbii sərvətlərin talanması və ekologiyaya ciddi ziyan vurulmasına qarşı şüarlarla keçirilən aksiyası dinc xarakter daşıyır və Laçın-Xankəndi yoluna maneə yaratmır.

Hazırda etirazçılar göstərilən yataqlara yerində baxış keçirilməsini, qanunsuz istismarın dayandırılmasını, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini və dəymiş zərərin nəticələrinin aradan qaldırılmasını tələb edirlər. Ekoaktivistlərin dinc etiraz aksiyasının humanitar böhrana səbəb olması barədə Ermənistan tərəfinin, özəlliklə, Eçmiədzinin iddiaları qətiyyən həqiqətə uyğun deyildir, belə ki, humanitar dəhliz fəaliyyətdədir. Etiraz aksiyasının keçirildiyi yerdən çəkilən videolarda görünür ki, humanitar yük daşıyan və təcili tibbi yardım maşınları sərbəst hərəkət edə bilir və bunun üçün aksiya keçirənlər tərəfindən hər bir şərait təmin olunur. Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının humanitar problemləri olduğu halda, onların müraciətlərinin operativ şəkildə həlli üçün qaynar xətt yaradılıb.

Əsl problem ondadır ki, bu humanitar dəhlizdən sui-istifadə olunaraq Qarabağdakı erməni separatçılarına silah-sursat, hərbi məqsədli yüklər, minalar daşınır. Təsadüfi deyil ki, sülhə dair üçtərəfli Bəyanatın imzalanmasından sonra üç yüzə yaxın mülki Azərbaycan vətəndaşı yeni basdırılmış minalardan zərər çəkmiş – ya həlak olmuş, ya ömürlük əlil olmuşlar. Son vaxtlar torpaqlarımızda 2021-ci il Ermənistan istehsalı olan 350 mina aşkar edilib. Ən son mina qurbanları 14 dekabr tarixində Kəlbəcər rayonunda 8 azərbaycanlı oldu.

Zati-müqəddəsləri! Siz Azərbaycanı ziyarət etmiş, çoxmillətli, çoxkonfessiyalı ölkəmizin mültikultural dəyərləri və ənənələri ilə tanış olmaq, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcıları olan vətəndaşlarımızın mehriban ailə kimi yaşadıqları, öz dini-mənəvi ehtiyaclarını sərbəst şəkildə həyata keçirdiklərini, bütün dini konfessiyaların dövlətin diqqət və qayğısından bərabər şəkildə faydalandığını şəxsən müşahidə imkanına malik olmusunuz. Siz Azərbaycan dövlətinin ölkəmizdə və ölkə xaricində ənənəvi dini dəyərlərə ehtiramlı münasibətinin, diqqət və himayəsinin canlı şahidisiniz. Multikultural ölkəmizdə yaşayan 30 mindən artıq erməni kimi, bir o qədər sayda Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır və hər bir Azərbaycan vətəndaşının malik olduğu hüquq və azadlıqlardan, imtiyazlardan və ölkəmizin sərvətlərindən istifadə haqqına malikdirlər. Lakin onlar qanunsuz rejimin girovuna çevrilmişlər. Ermənistanın bəzi siyasi xadimlərinin ritorikası, diasporanın təzyiqləri, habelə Erməni kilsəsinin revanşizm əhval-ruhiyyəsini körükləyən bəyanatları kövrək sülhü təhdid edir. Bu cür bəyanatlar Azərbaycan hakimiyyətinin yerli etnik ermənilərlə dialoquna xidmət etmir.

Halbuki, Azərbaycan reinteqrasiya prosesinin başa çatması üçün belə bir dialoqda ən maraqlı tərəfdir. Biz sülh arzulayırıq, sülh quruculuğu işləri ilə məşğuluq, işğal dövründə xarabalığa çevrilmiş Qarabağın dirçəldilməsi, infrastrukturunun yenidən qurulması, vandalizmə uğramış məscid və kilsələri bərpa etmək yönündə gərgin iş aparırıq. Bu, Qarabağda yaşayan azərbaycanlıların və ermənilərin ümumi təhlükəsizliyinə və iqtisadi rifahına xidmət edən genişmiqyaslı layihələrdən bütün bölgə yararlanacaqdır. Davamlı sülh və əmin-amanlığın bərqərarı ümdə istəyimizdir.

Hər zaman bütün məsələlərə ədalət meyarı ilə yanaşan Zati-müqəddəslərinizi bu həqiqətlərlə tanış edərək, Sizdən təvəqqe edirik ki, Uca Yaradanımızın buyurduğu kimi, müqəddəs sülh amalları yolunda səy göstərən bizlərə haqq işimizdə yardımçı olun. Ali nüfuzunuzla bölgəmizdə dayanıqlı sülh üçün səylərinizi və dualarınızı əsirgəməyin!

Zati-müqəddəsləri! Fürsətdən istifadə edərək, Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizi – dünya katoliklərinin liderini möhtəşəm bayramınız – İsa Məsihin Mövludu – Milad münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Cənabınıza və bütün ardıcıllarınıza Uca Yaradandan xeyir-dualar diləyir, Sizə uzun ömür, möhkəm can sağlığı və dəyərli fəaliyyətinizə rəvac təvəqqe edirəm. Qoy Bir Olan Yaradanımız Yer üzünü və bəşəri bəlalardan hifz etsin, dünyamıza sülh və rifah əta etsin! Amin!”

Previous Post

Şeyx aksiya ilə bağlı Roma Papasına məktub göndərdi

Next Post

Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı

Bənzər yazılar

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ın VII qurultayından sonrakı dövrdə fəaliyyəti barədə hesabat...

Vasif Talıbov YAP-dan çıxarılır

Vasif Talıbov YAP-dan çıxarılır

02 Oktyabr 2026 - 14:21

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir. Elchi.az Teleqraf-a istinadla xəbər verir ki, qurultayda Naxçıvan Muxtar...

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

02 Oktyabr 2026 - 13:34

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII...

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir....

Next Post
Putin Xersonla bağlı əmr verdi

Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı

Putin Xersonla bağlı əmr verdi

Putin Vardanyanı Rusiya vətəndaşlığından çıxardı

Son xəbərlər

YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib

YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib

02 Oktyabr 2026 - 16:20
YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşib

YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşib

02 Oktyabr 2026 - 16:17
“Bakı Metropoliteni”nə yeni səlahiyyət verilib

“Bakı Metropoliteni”nə yeni səlahiyyət verilib

02 Oktyabr 2026 - 16:10
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib

Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib

02 Oktyabr 2026 - 16:04
Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00
Aİ Mertsin istefasına hazırlaşmağa başlayıb

Aİ Mertsin istefasına hazırlaşmağa başlayıb

02 Oktyabr 2026 - 15:51
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

02 Oktyabr 2026 - 15:42
Aİ ABŞ-a olan inamı itirib

Aİ ABŞ-a olan inamı itirib

02 Oktyabr 2026 - 15:30
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? – VİDEO

02 Oktyabr 2026 - 15:24
Sosial Xidmətlər Agentliyi 3010 nəfərə evdə xidmət göstərir

Sosial Xidmətlər Agentliyi 3010 nəfərə evdə xidmət göstərir

02 Oktyabr 2026 - 15:16
Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

Avrozonada inflyasiya sentyabrda 3,8%-ə çatıb

02 Oktyabr 2026 - 15:08
“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00
YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

YAP-ın ötən dövrdə fəaliyyəti yüksək qiymətləndirilib

02 Oktyabr 2026 - 14:51
Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

02 Oktyabr 2026 - 14:42
4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

4 Oktyabr – Zəfərimizin yaratdığı yeni tarix

02 Oktyabr 2026 - 14:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.