Yanğının ilkin səbəbi kimi elektrik cihazında qısaqapanma deyilir.
Elchi.az xəbər verir ki, Sevastopolda tikinti kabinələrində baş verən yanğında ölənlərin sayı 8 nəfərə çatıb. Məlumatı TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyi cümə axşamı, 2 fevral 2023-cü il tarixində təsdiqləyib.
Agentliyin həmsöhbəti qeyd edib ki, son məlumatlara görə, dağıntılar altında daha insan yoxdur.
Sevastopol qubernatoru Mixail Razvojaev teleqram kanalında qurbanların da olduğunu bildirib. Onun sözlərinə görə, iki işçinin tibbi yardıma ehtiyacı olub.
“Onların vəziyyəti stabildir, onlara bütün lazımi yardımlar göstərilir”, – Razvojaev əlavə edib.
Yanğının ilkin səbəbi kimi elektrik cihazındakı qısaqapanma göstərilir. Dəqiq səbəb ekspertizanın nəticələrindən sonra məlum olacaq.
Şayəstə