“Qərb ölkələri Ukrayna vasitəsilə Rusiya ilə hibrid müharibə aparır. Dost olmayan ölkələr neonasistlərin köməyi ilə nəhayət “Rusiya məsələsi”ni indi həll etməyi planlaşdırır”.
Elchi.az-ın xəbərinə görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.
Rusiya XİN başçısı bildirib: “Biz geosiyasi döyüşün episentrindəyik”.
Lavrov həmçinin qeyd edib:
“1941-ci ildə olduğu kimi, indi də bizə qarşı nasist ideologiyadan istifadə olunur. Bu ideologiya indiki Kiyev rejiminin mərkəzində yerləşir”.
Yeganə