"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Sergey Lavrov: “Dağlıq Qarabağla bağlı bir çox məsələlər razılaşdırılıb”

31 Mart 2017 - 12:47
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Sergey Lavrov: “Dağlıq Qarabağla bağlı bir çox məsələlər razılaşdırılıb”

 Elchi.az APA-nın Rusiya Xarici İşlər naziri Sergey Lavrovla müsahibəsini təqdim edir.

– Sergey Viktoroviç, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından 25 il ötür. Hazırkı mərhələdə iki ölkə arasında əlaqələri necə qiymətləndirirsiniz?

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

– Ölkələrimiz arasında diplomatik əlaqələr 25 il əvvəl qurulub və bu vacib yubileyi aprelin 4-də qeyd edəcəyik. Lakin yaxşı məlumdur ki, Rusiya və Azərbaycan xalqları arasında əlaqələrin əsrlərlə tarixi var. Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaşdır. Əməkdaşlığımızın əsasında bərabərhüquqluluq və mehriban qonşuluq prinsipləri, çoxəsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət dayanır. 25 il ərzində bu irsi iki fundamental sənəd – 1997-ci il 3 iyul tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə və 2008-ci il 3 iyul tarixli Dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannaməyə söykənərək qorumağı və çoxaltmağı bacarmışıq.

Məmnuniyyətlə qeyd edirik ki, Rusiya-Azərbaycan münasibətləri bütün istiqamətlər üzrə irəliləməkdə, keyfiyyətcə yenilənməkdədir. Ölkələrimizin dövlət başçıları arasındakı qeyri-rəsmi etimadlı dialoqun ümumi səylərdə oynadığı rolu qiymətləndirməmək mümkün deyil. İqtisadi sahədə əhəmiyyətli uğurlar əldə olunub, 2014-cü ildə qarşılıqlı ticarət həcmi üzrə 4 mlrd. dollarlıq rekord səviyyəyə çıxmışıq. Doğrudur, sonra milli valyutaların “oynaması”nın neqativ effekti öz sözünü dedi. Hazırda ticarət-investisiya mübadilələrinin aktivləşməsi üzərində çalışırıq. Bu məqsədlərə regionlararası əlaqələrin, iki ölkənin biznes cəmiyyətlərinin imkanlarının potensialının maksimum cəlb olunmasına ümid edirik. Dəyişməz prioritetlərimiz sırasında bizə miras qalan ümumi mədəni və təhsil məkanının möhkəmləndirilməsinə üstünlük verilməklə humanitar sahədə əməkdaşlıq var. Müasir cəmiyyətin inkişafı ilə bağlı aktual problemlərin müzakirəsi üçün birgə layihəmiz – Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və dünyada geniş qəbul olunan Bakı Beynəlxalq Humanitar Forumu özünü nüfuzlu meydança kimi qəbul etdirə bilib.

Rusiya və Azərbaycan təkcə dost deyil, həm də Qafqaz və Xəzərdə qonşudur. Ona görə də təkcə ikitərəfli əsasda deyil, həm də çoxtərəfli formatlar çərçivəsində faydalı dialoqu inkişaf etdiririk. Rusiyada səmimi olaraq cənub qonşunu sabit, inkişaf edən və geniş əməkdaşlıq üçün açıq olan dövlət kimi görmək istəyirlər. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə dərinləşməsi xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edir.

– Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Rusiya xarici siyasətinin prioritetlərindən biridir. Ötən illərdə olduğu kimi münaqişənin nizamlanması istiqamətində heç bir addım atılmayıb. Bu münaqişənin həll olunmaması ATƏT-in Minsk qrupunun həmsədri və ən əsası region ölkəsi kimi Rusiyanı narahat edirmi?

– Əlbəttə ki, narahat edir. Qonşu regionda baş verənlərə biganə deyilik. Biz orada sülh və sabitliyin bərqərar olması, sərhədlərin açılması, qaçqınların geri qayıtması və iqtisadi-ticarət əlaqələrinin bərpasında maraqlıyıq. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli qeyd-şərtsiz xarici siyasət prioritetlərimiz sırasındadır. “Nizamlanma üçün heç bir addım atılmayıb” fikri ilə razılaşa bilmərəm. Qarabağ mövzusu problemin həlli üçün kollektiv və fərdi səylər göstərən beynəlxalq vasitəçilərin daim diqqət mərkəzindədir. Rusiyaya gəldikdə, ötən il prezident Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda problemə həsr olunmuş üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ problemi Putinin Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlərində önəmli yer tutur.

Konkret olaraq bu məsələ Serj Sarkisyanın martın 15-də Moskvaya səfəri zamanı müzakirə olunub. Xarici siyasət idarələrinin rəhbərləri də kənarda qalmırlar. Mövzu ilə bağlı fevralda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, martın əvvəlində isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla məzmunlu söhbət aparılıb. Nəzərə almaq lazımdır ki, Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır. Bununla belə deyə bilərəm ki, bir çox aspektlər artıq razılaşdırılıb. Bir neçə məsələ qalıb, lakin onlar ən mürəkkəbidir. Konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə iş davam edir.

– Ötən ilin aprel hadisələrindən sonra münaqişənin sülh yolu ilə həlli üçün Rusiyanın fəal vasitəçilik səylərini müşahidə etdik. Rəsmi səviyyədə səsləndirilməsə də, mediada “Lavrov planı”nın mövcudluğundan çox danışılır. Belə bir plan olubmu? Əgər olubsa, onun taleyi barədə nə deyə bilərsiniz?

– Dəfələrlə açıq şəkildə bildirmişəm ki, heç bir “Lavrov planı” mövcud deyil. Hazırda müzakirə olunan ideyaların əsasını ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir. Onlar yaxşı məlumdur. Tərəflər ümumən bu təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər. Bu təklifləri dəyişdirmək və ya həmsədrlərin hazırladığı sxemi kardinal şəkildə dəyişən hansısa yeni planlar təklif etməkdən söhbət getmir. Əsas məsələ balanslaşdırılmış siyasi həll tapmaqda tərəflərə kömək etməkdir. Bu, hüquqi öhdəliklərdən ibarət sənədlərin hazırlanması mərhələsinə keçməyə imkan verəcək.

– Rusiya və ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisləri bu yaxınlarda Bakıda görüşdülər. Bu görüş Azərbaycanın siyasi və ekspert dairələrində yüksək qiymətləndirildi. Vaşinqton və Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində əməkdaşlığının güclənməsi mümkündürmü?

– Fevralın 16-da Azərbaycan paytaxtında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimov və ABŞ Birləşmiş qərargah rəisləri komitəsinin sədri Danford arasında görüş keçirilib. Görüşdə iki ölkənin xüsusən Yaxın Şərq regionunda terrorçuluq əleyhinə əməkdaşlığı məsələləri müzakirə olunub. Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ nizamlanması üzrə əsas danışıqlar platforması olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir.

Bu heyətdə “üçlük” 1997-ci ildə formalaşıb və o vaxtdan onun işi komanda yanaşması şəklində qurulur. Artıq tərəfləri nizamlanmanın əsas aspektləri üzrə kompromis axtarışına stimullaşdıran yüksək səviyyəli birgə bəyanatlardan söz açdım. Xarici siyasət idarələrimizin xətti ilə dayanıqlı qarşılıqlı fəaliyyət qurulub. Bariz nümunə ABŞ dövlət katibinin təşəbbüsü ilə ötən ilin aprel hadisələrindən sonra Rusiyanın xarici işlər naziri və Fransanın Avropa işləri üzrə dövlət nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan sammitinin keçirilməsidir. Bu görüşdə münaqişə zonasında vəziyyətin sabitləşdirilməsi ilə bağlı önəmli məsələlər nəzərdən keçirilib. Öz növbəsində amerikalı və fransalı həmsədrlər Sankt-Peterburq görüşünün yekun hissəsinə dəvət olundular. Hər üç həmsədr öz aralarında fəal əməkdaşlıq edirlər. Regionu müntəzəm şəkildə ziyarət edən hər üç həmsədr Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlarda vahid mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu cür komanda yanaşması onun göstəricisidir ki, beynəlxalq münaqişələrin aradan qaldırılmasında necə əməkdaşlıq etmək lazımdır. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vaşinqton və Parislə sıx qarşılıqlı fəaliyyətimiz davam edəcək.

– Rusiya Avrasiya inteqrasiyasında Azərbaycanın iştirakını necə görür? Moskva Bakının Avrasiya İqtisadi İttifaqına qoşulmasını arzu edirmi?

– Azərbaycanın Avrasiya inteqrasiyasında mümkün iştirakını biz yalnız alqışlaya bilərik. Avrasiya İqtisadi İttifaqının 2 illik fəaliyyəti dövründə onun üzvlərini sayı 3-dən 5-ə yüksəlib. Bu, onu təsdiqləyir ki, ittifaq üzv ölkələrə ciddi üstünlüklər vəd edir və bu üstünlüklərə yalnız iqtisadi məkana çıxış imkanı əldə edərək nail olmaq mümkündür. Bu gün Avrasiya İqtisadi İttifaqı 182 milyondan çox əhaliyə malik tutumlu ümumi bazardır və bu çərçivədə “dörd azadlıq” təmin olunub: mal, xidmət, kapital və əmək resurslarının maneəsiz hərəkəti. Xarici iqtisadi maraqların reallaşdırılmasının faydalarını ayrıca qeyd etmək lazımdır: bu cür güclü inteqrasiya birliyinin tərkibində olmaqla, üçüncü tərəflərlə təmaslar zamanı bu maraqları müdafiə etmək daha effektiv hala gəlib.

Elchi.az

Previous Post

Sergey Lavrov: “Dağlıq Qarabağla bağlı bir çox məsələlər razılaşdırılıb”

Next Post

Direktor vəzifəsinə işə qəbul üzrə yeni – Qaydalar

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Direktor vəzifəsinə işə qəbul üzrə yeni - Qaydalar

Direktor vəzifəsinə işə qəbul üzrə yeni - Qaydalar

Son xəbərlər

Rezidenturaya qəbul imtahanının II mərhələsi üçün qeydiyyat başlayır

Rezidenturaya qəbul imtahanının II mərhələsi üçün qeydiyyat başlayır

22 İyul 2026 - 17:13
Aİ Böyük Britaniyaya Ukrayna üçün silah istehsalı sifarişlərində iştirak icazəsi verdi

Aİ Böyük Britaniyaya Ukrayna üçün silah istehsalı sifarişlərində iştirak icazəsi verdi

22 İyul 2026 - 17:05
Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 131 milyon manat ödənilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 131 milyon manat ödənilib

22 İyul 2026 - 16:57
Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb

22 İyul 2026 - 16:37
Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

22 İyul 2026 - 16:30
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib – FOTO

22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib – FOTO

22 İyul 2026 - 16:23
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb

Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb

22 İyul 2026 - 16:17
Orban Macarıstanın bütün yeni prezidentlərini qeyri-legitim hesab edir

Orban Macarıstanın bütün yeni prezidentlərini qeyri-legitim hesab edir

22 İyul 2026 - 16:00
Bakı metrosunda iş rejimi dəyişdirilir

Bakı metrosunda iş rejimi dəyişdirilir

22 İyul 2026 - 15:46
Abituriyentlərin diqqətinə! – 2027-ci ildən xarici dil imtahanı belə keçiriləcək

Abituriyentlərin diqqətinə! – 2027-ci ildən xarici dil imtahanı belə keçiriləcək

22 İyul 2026 - 15:30
Onlar vizadan qarşılıqlı azad edildi – Qanun

Onlar vizadan qarşılıqlı azad edildi – Qanun

22 İyul 2026 - 15:14
“ABŞ Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə hazırdır” – Rubio

“ABŞ Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə hazırdır” – Rubio

22 İyul 2026 - 15:00
Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

22 İyul 2026 - 14:53
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

22 İyul 2026 - 14:52
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

22 İyul 2026 - 14:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.