EN RU

Direktor vəzifəsinə işə qəbul üzrə yeni – Qaydalar

>

 

Bunu da oxuyun

Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.

Təhsil Nazirliyindən Elchi.az-a verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.

Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 1-15 aprel 2017-ci il tarixlərində həyata keçiriləcəkdir. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslərwww.miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.

Elchi.az

Bənzər yazılar

Novxanıda anım günü

Novxanıda anım günü

Abşeron rayonunun Novxanı kəndindəki “Hacı Səfəralı” məscidinin ərazisindəki mərasim evində Anım Günü ilə bağlı ehsan verilib. Ehsan məclisindən öncə Ümummilli...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com