Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynanı Belqrad üçün dost ölkə adlandıraraq, prezident Vladimir Zelenskinin özünü elan etmiş Kosovo Respublikasının müstəqilliyinin tanınmaması mövqeyindən çıxış etdiyini vurğulayıb. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
O, Ukraynanın Serbiyanın heç vaxt münaqişəsi olmayan dost dövlət olduğunu əlavə edərək, ölkələr arasında heç bir problemin olmayacağına ümid etdiyini bildirib.
Vuçiç bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberqi Metohiya və Kosovoda serblərin təhlükəsizliyini təmin etməyə çağırıb.
Havar Şəfiyeva