İsrailin müdafiə naziri Yoav Qalant yəhudi dövlətinə qarşı təhdidlərə cavab olaraq Livanı və Hizbullah hərəkatını daş dövrünə qaytarmaqla hədələyib. Elchi.az xəbər verir ki, bu barədə “The Times of Israel” yazır.
Qalant Hizbullah lideri Həsən Nəsrullaha müraciət edərək ona İsraili təhdid etməməyi tövsiyə edib, çünki bu, səhv olardı.
“Burada gərginlik və ya münaqişə olarsa, biz Livanı daş dövrünə qaytaracağıq. Biz tərəddüd etməyəcəyik və bütün gücümüzdən istifadə edəcəyik” deyə o, Livanı yer üzündən silməklə hədələyib.
Qeyd edək ki, aprelin 6-da Livandan İsrailə doğru bir neçə raket atılıb. Bundan əvvəl Livanın Hizbullah qruplaşmasının müraciətləri olub.
Havar Şəfiyeva