Rusiya ordusunun zərbələri Ukrayna Silahlı Qüvvələrinə böyük itkilər verdi, xüsusən, demək olar ki, bütün hava hücumundan müdafiə sistemləri itirildi. Elchi.az xəbər verir ki, bu barədə keçmiş analitiki Larri Conson “Judging Freedom” “YouTube” kanalına danışıb.
Onun sözlərinə görə, son dörd ayda Ukrayna Silahlı Qüvvələri hava hücumundan müdafiə sistemlərinin əksəriyyətini itirib. İndi Ukrayna Rusiya aviasiyasının uçuşlarını heç bir şəkildə dayandıra bilməz.
Conson Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin təsirsiz olduğunu qeyd edib. Nəticədə, bu, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin böyük itkilərinə səbəb olur.
Havar Şəfiyeva





















Son şərhlər