"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək”-Qüdrət Həsənquliyev

16 Fevral 2026 - 10:00
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

Bunu da oxuyun

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

– Qüdrət bəy, Prezidentin Münhenə və Belqrada səfərləri barədə fikirlərinizi öyrənmək istərdik.

– Azərbaycan çox aktiv xarici siyasət aparır. Prezident, birinci vitse – prezident, Milli Məclisin sədri çoxsaylı səfərlərə gedir, tərəf müqabilləri ilə ikitərəfli görüşlərdə və müxtəlif platformalarda Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə çalışırlar, bunun üçün böyük zəhmət çəkilir. Hər səfər insanın enerjisini alır, sağlamlığına təsir edir. Təyyarə ilə tez-tez səfər edən insanlar bunu bilir. Torpaqlarımız işğaldan azad ediləndən sonra tarixi qələbəmizi beynəlxalq müstəvidə möhkəmləndirmək üçün bu səfərlərə böyük ehtiyac var. Yaxşı xatırlayıram, Azərbaycan birinci Qarabağ savaşı zamanı necə təklənmişdi. Təbii müttəfiqimiz qardaş Türkiyədən belə gözlədiyimiz dəstəyi ala bilmirdik. ABŞ işğalçı Ermənistana yox, işğala məruz qalan Azərbaycana sanksiya tətbiq etmişdi. İndi bəzi ölkələrlə münasibətlərimizdə gərginlik yaşansa da, Azərbaycanın güclü müttəfiqləri, dostları, strateji tərəfdaşları var. Prezident Münhen təhlükəsizlik konfransında da, “France 24”ə verdiyi müsahibədə də bəyan etdi ki, Azərbaycan həmişə ona qarşı olan ədalətsiz hücumlardan müdafiə olunub. Prezident qeyd etdi ki, Fransa bizə münasibətdə ədalətsiz fəaliyyətinə son qoyacaqsa münasibətləri bərpa etməyə hazırıq.
Bəzi təxribatçı ünsürlərə də layiq olduqları cavab verildi.
Bəzi liderlərin dünyada mətbuatın mövcud durumu ilə bağlı dilə gətirmədiyi həqiqətlər belə deyildi. Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Prezident Ermənistanla müharibənin bitməsindən, kommunikasiya xətlərinin açılmasından, ticari, humanitar əlaqələrin yaranmasından, eyni zamanda erməni faşistlərin layiqli cəzalandırılmasından danışdı.
Baxın, ABŞ, Fransa, Rusiya, İran, Ermənistan, Gürcüstanla və bəzi Qərb ölkələri ilə zamanla münasibətlərdə yaranmış gərginlik, fikir ayrılıqları yalnız həmin dövlətlərin bizə münasibətdə ədalətsiz davranışları səbəbindən baş verib. Torpaqlarını işğaldan azad etmiş Azərbaycan indi ona qarşı yönələn təzyiqlər barədə açıq danışmaq gücündədir. Azərbaycan gücləndikcə ona qarşı təzyiqlər və təxribatlar da artmaqdadır. Amma dövr dəyişib. Azərbyacan 90-cı illərin Azərbaycanı deyil. Bu səfərlər həm də iqtisadi əlaqələrin güclənməsi üçündür. Belqradda strateji əməkdaşlıq şurasının ilk iclası keçirildi. Serbiya ilə iqtisadi əlaqələr daha da inkişaf etdiriləcək.

– Yaxın zamanlarda iqtisadiyyatımızın daha da gücləndirilməsi üçün böyük islahatlar aparılacağını gözləyirsinizmi?

– Çox yaxın zamanda olmasa da sosial və geosiyasi vəziyyətin dəyişməsi ilə islahatların qaçılmaz olacağına inanıram. İqtisadiyyatımıza böyük investisiyaların qoyulmasına, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə, biznesin aşağı faizlərlə kreditləşdirilməsinə, mülkiyyətin qorunmasına ciddi ehtiyac yaranıb. İslahatlar üçün ölkəmizdə əlverişli şərait mövcuddur. İctimai – siyasi sabitlik, təhlükəsizlik təmin edilib, valyuta ehtiyatları və islahatlar üçün xalqın hökumətə dəstəyi var. Amma böyük islahatlara cəmiyyət də hazır olmalıdır. Ölkəmizdə diskusiyya mədəniyyəti, tolerantlıq, demokratik vərdişlər arzuladığımız səviyyədə deyil. Fikir versəniz görərsiniz ki, demokratiyadan yana olduqlarını söyləyən xalq hərəkatının “ünlü” simaları, ictimai-siyasi fəallar polemikalar zamanı adi fikir ayrılıqlarına görə bir-birini, hətta qarşı tərəfin dünyasını dəyişmiş valideyinlərini belə təhqir edirlər. Başqalarının uğurlarına yox, uğursuzluqlarına sevinirlər. Bir qrup insan düşünür ki, xalqımız indikindən daha artığına layiqdir. Digər qrup isə hesab edir ki, İlham Əliyev xalqımıza layiq olduğundan daha böyük uğur qazandırıb. Reallıq isə odur ki, hələlik xalqımızın sosial inkişaf səviyyəsi indikindən artığına nail olmağa imkan vermir. Hökumət islahatlar olarsa əldə olunanların itirilə biləcəyi təhlükəsindən çəkinir. Amma onu da nəzərə almalıyıq ki, islahatların çox gecikdirilməsi, islahatların aparılmasından daha riskli olacaq. Bizi gözləyən çağırışlara cavab vermək üçün güclü və rəqabətədavamlı bazar iqtisadiyyatına sahib olmalıyıq.

Previous Post

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Next Post

Astarada 64 kq narkotik dövriyyədən çıxarılıb – VİDEO

Bənzər yazılar

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə "əla" münasibətlərə malik olduqlarını və bu ölkədən xeyli miqdarda neft idxal etdiklərini bildirərək, Venesuelanın...

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28

Finlandiya Prezidenti Aleksander Stubb Rusiya lideri Vladimir Putinə məhz indi zəng etməsini ABŞ-ın təşəbbüsləri fonunda Avropa ölkələrinin danışıqlarda daha fəal...

Next Post
Astarada 64 kq narkotik dövriyyədən çıxarılıb – VİDEO

Astarada 64 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Alimlər qədim Misir mumiyalarını qoxulamağa başlayıb

Alimlər qədim Misir mumiyalarını qoxulamağa başlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

28 Oktyabr 2026 - 12:26
DYP elektroskuter istifadəçilərinə müraciət edib

DYP elektroskuter istifadəçilərinə müraciət edib

28 Oktyabr 2026 - 12:20
Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Oktyabr 2026 - 12:13
Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

28 Oktyabr 2026 - 12:07
Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51
ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

28 Oktyabr 2026 - 11:37
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

28 Oktyabr 2026 - 11:24
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib

28 Oktyabr 2026 - 11:15
Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

28 Oktyabr 2026 - 11:09
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

28 Oktyabr 2026 - 10:57
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2026 - 10:43
Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

28 Oktyabr 2026 - 10:34
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

28 Oktyabr 2026 - 10:32
Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

28 Oktyabr 2026 - 10:23
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28 Oktyabr 2026 - 10:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.