Avropa Şurasının rəhbəri Çarlz Mişel hesab edir ki, Aİ çətin günlər və ciddi çağırışlara cavab axtarışları ilə üz-üzədir.
Elchi.az “TASS”a istinadən xəbər verir ki,o, bu barədə Bolqarıstan, Hollandiya, İsveç və Çexiyadan olan yüksək vəzifəli şəxslərin Avropa Parlamentinə seçkilərdən sonra icmanın yeni siyasi dövrünün prioritetlərini müzakirə etmək üçün toplaşdığı Vilnüsdə jurnalistlərə bildirib.
“Bizi inanılmaz çətinliklər və çağırışlar gözləyir”, – o etiraf edib: “ Avropa İttifaqını gücləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır ”.
Onun sözlərinə görə, Aİ Kiyevə yardımını qeyd-şərtsiz təsdiq etməlidir.
Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Bunun üçün bütün mümkün maliyyə və hərbi resursları səfərbər edəcəyik və siyasi yardımdan istifadə edəcəyik”, – Mişel qeyd edib. “Vahid bazar bizim üçün çox vacibdir. Onu gücləndirmək və daha çox sərmayə qoymaq lazımdır”, – Avropa Şurasının rəhbəri bildirib.
Onun fikrincə, Avropa layihəsinin əsasının – demokratiya prinsiplərinin qorunub saxlanması da az əhəmiyyət kəsb etmir.
“Biz vahid qalmalıyıq, layiqli qlobal güc olaraq qalmalıyıq” -Mişel bildirib.
Nuranə Məmmədova