Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrailin hücumlarında humanitar yardım işçilərinin öldürülməsinə reaksiya verərək, bunu “vicdansızlıq” adlandırıb.
Elchi.az xəbər verir ki, Quterreş “X” sosial media hesabında mövzu ilə bağlı mesaj paylaşıb.
“İsrailin dəhşətli hava hücumları nəticəsində Qəzzada World Central Kitchen (WCK) işçilərinin həlak olduğunu” xatırladan Quterreş, “Bununla bu qarşıdurmada həlak olan humanitar yardım işçilərinin sayı 196-ya çatıb”,-deyə açıqlama verib.
Quterreş onlardan 175-nin BMT işçisi olduğunu və humanitar yardım işçilərinin öldürülməsinin vicdansız olduğunu bildirib.
Nuranə Məmmədova