"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sandıqdan çıxsam neylərsən?

08 Oktyabr 2015 - 01:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

DİN-in şəxsi heyəti Zəfər parkında olub

 

 

Sədaqət xalanın məni həyəcanlı səslə çağırmağından, sonra isə  “divardan keç, gəl” işarəsindən anladım ki, qonşumgildə yenə fövqəladə vəziyyətdir. Onsuz da, bu divar bizim aramızda simvolik işarət daşıyırdı, di gəl ki, Sədaqət xalanın bir neçə dəfə elədiyi “aradan qapı qoyaq” təklifinə, avropalı həmsədrlər demiş, “tərəflər isti yanaşmamışdı”. Məhi kişi demişdi, “həyətin bir qapısı olar”. Di gəl, belə vaxtlarda, divardan atdanmaq bizim köhnə adətimiz idi.

 

Yayın payızla ilk təmas etdiyi vaxtlar idi. Bu vaxtlar kəndlərdə böyük bir dilemma yaşanır: yayda həyətə qoyulmuş stolu yığışdırmalı, yoxsa yox? Hər an yağış yağma ehtimalını nəzərə alan camaat yay qurtaran kimi bu çətin sualın əlində girinc olur. Qonşumgildə də vəziyyət eyni idi. Həyətdə, böyük heyva ağacının altındakı stol hələ ki, dururdu, amma vay o durmağa. Nə üstündə örtüyü vardı, nə də yanında stullar. Stolun ətrafında isə Sədaqət xalanın iki oğlu ayaq üstəcə durub, qabaqlarındakı nəlbəkisiz stəkandan çay içirdilər. Elə bu görüntü bilməyə bəs edirdi ki, qonşumun sıxıntısı oğlanları ilə bağlıdır.

 

– Gəl , ay məllim, gəl, bunları başa sal. Gəl, gör nə danışır yenə bunlar? Məni də dədələrinin yanına göndərməsələr əl çəkmiyəcəklər, (itin balaları).

 

Bəli, qonşum söyüşü ürəyində elədi, amma mən yaxşı bilirdim ki, bu cümlələrin o söyüşsüz heç bir dadı duzu qalmır. Di gəl, Məhi kişi rəhmətə gedəndən sonra Sədaqət xala heç gizlində də uşaqların dədələrini söymürdü.

 

– Nə olub, ay arvad, niyə yenə aləmi qatmısan bir-birinə? Neyləyiblər?

– Ta neyləyəcəklər? İkisinin da başına hava gəlib. Sən hələ bu ağıllımıza bax (əliylə qardaşların böyüyü Bağırı göstərir). Deyir, deputat olacam! Bu birisi də ondan betər. Neçə gündü yenə başlayıb: “Get mənə söz al…”

 

Hə, məsələnin motivləri aydın idi. Bağır çoxdanın “siyasətçisi” idi. Neçə dəfə seçkilərdə müşahidəçi-filan kimi iştirak etmişdi. Guya müxalifətçi idi. Di gəl, hər seçkidən sonra başlayan hay-küy dönəmində, üzv olduğu partiyadan çıxır, ara sakitləşən kimi də ya elə o partiyaya qayıdır, ya da başqasına üzv olurdu. Hətta bir neçə dəfə Bakıda çıxan qəzetlərdə adı, şəkli də çıxmışdı – “Rayon fəalları bizim partiyaya keçdi” – tipli başlıqlarla.

 

Tağıya gəldikdə isə qara sevdaydı onunku. Özdə lap uşaqlıqdan. Bir dəfə soruşmuşdum ki, ən böyük arzusu nədir? Gözlərini qıyıb, məlum səmtə tərəf uzun uzadı baxıb demişdi: “Yekə bir sintezator almaq, dinamiklərini də qızgilin evinə tərəf qoymaq”.

 

Musiqiçi istedadı vardı, indi də elə toylarda oxumaqla dolanırdı.  Di gəl, məsələ bu idi ki, qonşum çətin yerə ilişmişdi. Qızın atası o vaxt kəndin icra nümayəndəsi idi, indi biraz da böyüyüb rayona başçı olmuşdu.

 

– Mənim dərdimə bax, a kişi! Günümə, dirliyimə bax! İki uşağın ikisinin də başı xarab olub. Biri deputatlıq eşqinə düşüb, o biri də “iraykom” qızı istiyir!

 

Sədaqət xala bir dəqiqənin içində stola örtük də sərmişdi, stulları da gətirmişdi. İndi də əlində mənə çay gətirə-gətirə deyirdi bu sözləri. Yazıq arvadın ümidi mənə idi, gərək ümidini qırmayam. Ta neyləmək olar, başlayaq, görək nə çıxır…

 

– Ayə, nə deputatlıq sevgisidi bu, ay kişi?

– Niyə olmasın, ay məllim? Rayonda məni tanıyan nə qədər adam var gör?! Məndən yaxşını seçəcəklər?

– Yaxşı, hər şey bir yana, axı sən yaxşı bilirsən bizim deputatımız kimdi. Heç olarmı ki, Hacı Tapar seçilməyə?

– Maraqlanmışam məllim, onu “vurmaq” istiyirlər bu dəfə. Mənim namizədliyimi verməyim, elə hökumətə də sərf edəcək. Baxma da, mən səs toplaya bilərəm axı. Qaldı da ki, olsun da, qoy desinlər, “Bağırın rəqibi filankəsdir!”. Gör necə yaxşı səslənir e: “Kəndçi oğlu Bağır, Hacı Tapara qarşı”

– Yaxşı, bəs pul-paranı hardan tapacaqsan? – Gördüm alınmır, qonşumu zəif nöqtəsindən vurmağa çalışdım.

– O da asandı, məllim. Qərb ənənələrindən istifadə edəcəm. İanə toplayacam. Kimin qəlbindən nə qopur versin.

 

İstədim deyəm, “sən o yanındakı gözəl qızın canı…” sözlərini unutma pul istəyəndə, bu üsul üçün bu sözlər açar sözdür. Demədim, dedim, başa düşər, xətrinə dəyər.

 

– Yaxşı, şüar nə fikriləşmisən?

– Hələ tam fikirləşməmişəm. Amma yaxşı bir cavanlıq şəklim var, onu verəcəm, yanında da adımın baş hərflərindən düzəldilmiş sözlər. İndi ən modda olan odu.

 

Daha saxlaya bilmədim özümü. Necə qəhqəhə çəkdimsə, Sədaqət arvad da, Tağı da səbəbini bilmədən mənə qoşuldu.

 

– Ay sənin oyunun olsun, qonşu. Sənin adın cəmi cümlətanı beşcə hərfdir, onun da ikisi ilə bizim dildə söz başlamır eee…

 

Bağır necə qaşqabağını sallayıb susdusa, dedim, ta bitdi bunun işi, döndüm Tağıya.

 

– Sən danış görüm, yenə xeyir ola? Uşaqlıqdan düşübsən dalınca, görürsən ki, sənə yaxınlıq vermir. Niyə bu yazıq arvadı boş yerə xalqın qapısına göndərmək istəyirsən? O da ya evə buraxalar, ya yox. Onlar bizə tay adam deyil axı, rayonun yiyəsidi, imkanlıdı…

 

– Yox e, qonşu. Qızın rayı var.

– Nə rayı? Nədən bildin? Necə hiss elədin?

– Odey, o gün toyda girdi oynamağa. Mən də bilərəkdən, “Sandığa girsəm neylərsən?”i oxumağa başladım. Bir sındırdı ki, gəl görəsən! Bax, razı olmasa, o mahnını niyə oynasın ki? Özü də gülürdü!

 

Söz bu yerə çatanda, Bağır birdən ayağa durdu. Əlini-əlinə vurub dedi:

 

– Tapdım, məllim, tapdım! Şüarım “Sandıqdan çıxsam, neylərsən?” olacaq. Bilirsən axı, Türkiyədə seçilməyə “sandıqdan çıxmaq” deyirlər. Beləcə, həm rəqiblərimə gizli mesaj verəcəm, həm də yeni şüarla, xalqın sevgisini qazanacam.

 

Əl çəkmədim, bir xeyli izah elədim ki, sən camaata deməlisən ki, sandıqdan çıxsan neyləyəcəksən. Sən də ki, ay bəxtəvər, nə eləyə bilərsən axı? Pulun yox, paran yox, vəzifən yox…

 

Söhbətimiz  lap ATƏT-in həmsədrlərinin iclasına dönmüşdü. Heç bir razılıq əldə olunmadı. Axırda heç olmasa bunlardan birini dayandırmaq üçün “priyom” işlətdim. Dedim, indi onsuz da seçki qabağıdır. Belə vaxtlar vəzifəli adamlar üçün məhərrəmlik kimi bir şeydir, heç bir işə başlamazlar. Ağlına batdı. Danışdıq ki, seçkidən sonra elə bu tərkibdə, burda görüşək. (Bax bu, əsl həmsədr toplantısı oldu ha!)

 

Seçkinin səhərisi günü xəbər çıxdı ki, Sədaqət xala demiş, “iraykomun qızını” prokurorun oğluna nişanlayıblar. Divardan atılıb keçdim qonşuya. Heyva ağacının dibindəki stol yox idi, əvəzində Tağı həyətin o başından bir kötük gətirib qoymuşdu, üstündə oturub siqaret çəkirdi. Bağırsa həyətin o başında, mobil telefonla xısın-xısın danışırdı. Danışığını bitirib, mənə tərəf gəldi. “Mən demişdim” sözündən zəhləm gedir. Di gəl, başqa necə başlayasan axı, söhbətə? Sağolsun Tağı, başa düşən oğlan imiş, qoymadı heç ağzımı açım.

 

– Cəhənnəmə getsin, gora getsin. Heç vecimə də deyil. Özü də indiyəcən demirdim e, məllim. Mən o qıza neçə dəfə göz vurmuşam. Hələ bir dəfə də toydan gedəndə qaranlığa salıb…

 

– Dayan görək, a kişi. Ta yaxşı, nə olub-olub, xalqın qızıdı, hətta xalqın nişanlısıdı, yaraşmaz axı.

Yaxşı, Bağır sən nə deyəcəksən? Mən sənə dedim axı…

Sözümü hirs hikkəynən elə kəsdi ki, elə bil, mənim yaratdığım qrup vermişdi bunun namizədliyini.

– Bilirsən necədi, məllim? Elə mən də …

 

Sədaqət xalanın əsəbi tonda müdaxiləsi Bağırın sözünü ağzında qoydu.

– Kəsin ayə, barı ta indi dinmiyin, it balaları! (Bu dəfə ucadan, həm də xüsusi şövqlə söydü).

 

Amma düzünü deyim, hələ də mənə qaranlıqdı. Bağır o cümləni necə bitirəcəkdi?

Previous Post

Sandıqdan çıxsam neylərsən?

Next Post

“Ay səni dovşan yesin!” – HEKAYƏ

Bənzər yazılar

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36

Lerik rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu...

Next Post

“Ay səni dovşan yesin!” - HEKAYƏ

“Ay səni dovşan yesin!” - HEKAYƏ

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.