"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sandıqdan çıxsam neylərsən?

08 Oktyabr 2015 - 01:54
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

 

 

Sədaqət xalanın məni həyəcanlı səslə çağırmağından, sonra isə  “divardan keç, gəl” işarəsindən anladım ki, qonşumgildə yenə fövqəladə vəziyyətdir. Onsuz da, bu divar bizim aramızda simvolik işarət daşıyırdı, di gəl ki, Sədaqət xalanın bir neçə dəfə elədiyi “aradan qapı qoyaq” təklifinə, avropalı həmsədrlər demiş, “tərəflər isti yanaşmamışdı”. Məhi kişi demişdi, “həyətin bir qapısı olar”. Di gəl, belə vaxtlarda, divardan atdanmaq bizim köhnə adətimiz idi.

 

Yayın payızla ilk təmas etdiyi vaxtlar idi. Bu vaxtlar kəndlərdə böyük bir dilemma yaşanır: yayda həyətə qoyulmuş stolu yığışdırmalı, yoxsa yox? Hər an yağış yağma ehtimalını nəzərə alan camaat yay qurtaran kimi bu çətin sualın əlində girinc olur. Qonşumgildə də vəziyyət eyni idi. Həyətdə, böyük heyva ağacının altındakı stol hələ ki, dururdu, amma vay o durmağa. Nə üstündə örtüyü vardı, nə də yanında stullar. Stolun ətrafında isə Sədaqət xalanın iki oğlu ayaq üstəcə durub, qabaqlarındakı nəlbəkisiz stəkandan çay içirdilər. Elə bu görüntü bilməyə bəs edirdi ki, qonşumun sıxıntısı oğlanları ilə bağlıdır.

 

– Gəl , ay məllim, gəl, bunları başa sal. Gəl, gör nə danışır yenə bunlar? Məni də dədələrinin yanına göndərməsələr əl çəkmiyəcəklər, (itin balaları).

 

Bəli, qonşum söyüşü ürəyində elədi, amma mən yaxşı bilirdim ki, bu cümlələrin o söyüşsüz heç bir dadı duzu qalmır. Di gəl, Məhi kişi rəhmətə gedəndən sonra Sədaqət xala heç gizlində də uşaqların dədələrini söymürdü.

 

– Nə olub, ay arvad, niyə yenə aləmi qatmısan bir-birinə? Neyləyiblər?

– Ta neyləyəcəklər? İkisinin da başına hava gəlib. Sən hələ bu ağıllımıza bax (əliylə qardaşların böyüyü Bağırı göstərir). Deyir, deputat olacam! Bu birisi də ondan betər. Neçə gündü yenə başlayıb: “Get mənə söz al…”

 

Hə, məsələnin motivləri aydın idi. Bağır çoxdanın “siyasətçisi” idi. Neçə dəfə seçkilərdə müşahidəçi-filan kimi iştirak etmişdi. Guya müxalifətçi idi. Di gəl, hər seçkidən sonra başlayan hay-küy dönəmində, üzv olduğu partiyadan çıxır, ara sakitləşən kimi də ya elə o partiyaya qayıdır, ya da başqasına üzv olurdu. Hətta bir neçə dəfə Bakıda çıxan qəzetlərdə adı, şəkli də çıxmışdı – “Rayon fəalları bizim partiyaya keçdi” – tipli başlıqlarla.

 

Tağıya gəldikdə isə qara sevdaydı onunku. Özdə lap uşaqlıqdan. Bir dəfə soruşmuşdum ki, ən böyük arzusu nədir? Gözlərini qıyıb, məlum səmtə tərəf uzun uzadı baxıb demişdi: “Yekə bir sintezator almaq, dinamiklərini də qızgilin evinə tərəf qoymaq”.

 

Musiqiçi istedadı vardı, indi də elə toylarda oxumaqla dolanırdı.  Di gəl, məsələ bu idi ki, qonşum çətin yerə ilişmişdi. Qızın atası o vaxt kəndin icra nümayəndəsi idi, indi biraz da böyüyüb rayona başçı olmuşdu.

 

– Mənim dərdimə bax, a kişi! Günümə, dirliyimə bax! İki uşağın ikisinin də başı xarab olub. Biri deputatlıq eşqinə düşüb, o biri də “iraykom” qızı istiyir!

 

Sədaqət xala bir dəqiqənin içində stola örtük də sərmişdi, stulları da gətirmişdi. İndi də əlində mənə çay gətirə-gətirə deyirdi bu sözləri. Yazıq arvadın ümidi mənə idi, gərək ümidini qırmayam. Ta neyləmək olar, başlayaq, görək nə çıxır…

 

– Ayə, nə deputatlıq sevgisidi bu, ay kişi?

– Niyə olmasın, ay məllim? Rayonda məni tanıyan nə qədər adam var gör?! Məndən yaxşını seçəcəklər?

– Yaxşı, hər şey bir yana, axı sən yaxşı bilirsən bizim deputatımız kimdi. Heç olarmı ki, Hacı Tapar seçilməyə?

– Maraqlanmışam məllim, onu “vurmaq” istiyirlər bu dəfə. Mənim namizədliyimi verməyim, elə hökumətə də sərf edəcək. Baxma da, mən səs toplaya bilərəm axı. Qaldı da ki, olsun da, qoy desinlər, “Bağırın rəqibi filankəsdir!”. Gör necə yaxşı səslənir e: “Kəndçi oğlu Bağır, Hacı Tapara qarşı”

– Yaxşı, bəs pul-paranı hardan tapacaqsan? – Gördüm alınmır, qonşumu zəif nöqtəsindən vurmağa çalışdım.

– O da asandı, məllim. Qərb ənənələrindən istifadə edəcəm. İanə toplayacam. Kimin qəlbindən nə qopur versin.

 

İstədim deyəm, “sən o yanındakı gözəl qızın canı…” sözlərini unutma pul istəyəndə, bu üsul üçün bu sözlər açar sözdür. Demədim, dedim, başa düşər, xətrinə dəyər.

 

– Yaxşı, şüar nə fikriləşmisən?

– Hələ tam fikirləşməmişəm. Amma yaxşı bir cavanlıq şəklim var, onu verəcəm, yanında da adımın baş hərflərindən düzəldilmiş sözlər. İndi ən modda olan odu.

 

Daha saxlaya bilmədim özümü. Necə qəhqəhə çəkdimsə, Sədaqət arvad da, Tağı da səbəbini bilmədən mənə qoşuldu.

 

– Ay sənin oyunun olsun, qonşu. Sənin adın cəmi cümlətanı beşcə hərfdir, onun da ikisi ilə bizim dildə söz başlamır eee…

 

Bağır necə qaşqabağını sallayıb susdusa, dedim, ta bitdi bunun işi, döndüm Tağıya.

 

– Sən danış görüm, yenə xeyir ola? Uşaqlıqdan düşübsən dalınca, görürsən ki, sənə yaxınlıq vermir. Niyə bu yazıq arvadı boş yerə xalqın qapısına göndərmək istəyirsən? O da ya evə buraxalar, ya yox. Onlar bizə tay adam deyil axı, rayonun yiyəsidi, imkanlıdı…

 

– Yox e, qonşu. Qızın rayı var.

– Nə rayı? Nədən bildin? Necə hiss elədin?

– Odey, o gün toyda girdi oynamağa. Mən də bilərəkdən, “Sandığa girsəm neylərsən?”i oxumağa başladım. Bir sındırdı ki, gəl görəsən! Bax, razı olmasa, o mahnını niyə oynasın ki? Özü də gülürdü!

 

Söz bu yerə çatanda, Bağır birdən ayağa durdu. Əlini-əlinə vurub dedi:

 

– Tapdım, məllim, tapdım! Şüarım “Sandıqdan çıxsam, neylərsən?” olacaq. Bilirsən axı, Türkiyədə seçilməyə “sandıqdan çıxmaq” deyirlər. Beləcə, həm rəqiblərimə gizli mesaj verəcəm, həm də yeni şüarla, xalqın sevgisini qazanacam.

 

Əl çəkmədim, bir xeyli izah elədim ki, sən camaata deməlisən ki, sandıqdan çıxsan neyləyəcəksən. Sən də ki, ay bəxtəvər, nə eləyə bilərsən axı? Pulun yox, paran yox, vəzifən yox…

 

Söhbətimiz  lap ATƏT-in həmsədrlərinin iclasına dönmüşdü. Heç bir razılıq əldə olunmadı. Axırda heç olmasa bunlardan birini dayandırmaq üçün “priyom” işlətdim. Dedim, indi onsuz da seçki qabağıdır. Belə vaxtlar vəzifəli adamlar üçün məhərrəmlik kimi bir şeydir, heç bir işə başlamazlar. Ağlına batdı. Danışdıq ki, seçkidən sonra elə bu tərkibdə, burda görüşək. (Bax bu, əsl həmsədr toplantısı oldu ha!)

 

Seçkinin səhərisi günü xəbər çıxdı ki, Sədaqət xala demiş, “iraykomun qızını” prokurorun oğluna nişanlayıblar. Divardan atılıb keçdim qonşuya. Heyva ağacının dibindəki stol yox idi, əvəzində Tağı həyətin o başından bir kötük gətirib qoymuşdu, üstündə oturub siqaret çəkirdi. Bağırsa həyətin o başında, mobil telefonla xısın-xısın danışırdı. Danışığını bitirib, mənə tərəf gəldi. “Mən demişdim” sözündən zəhləm gedir. Di gəl, başqa necə başlayasan axı, söhbətə? Sağolsun Tağı, başa düşən oğlan imiş, qoymadı heç ağzımı açım.

 

– Cəhənnəmə getsin, gora getsin. Heç vecimə də deyil. Özü də indiyəcən demirdim e, məllim. Mən o qıza neçə dəfə göz vurmuşam. Hələ bir dəfə də toydan gedəndə qaranlığa salıb…

 

– Dayan görək, a kişi. Ta yaxşı, nə olub-olub, xalqın qızıdı, hətta xalqın nişanlısıdı, yaraşmaz axı.

Yaxşı, Bağır sən nə deyəcəksən? Mən sənə dedim axı…

Sözümü hirs hikkəynən elə kəsdi ki, elə bil, mənim yaratdığım qrup vermişdi bunun namizədliyini.

– Bilirsən necədi, məllim? Elə mən də …

 

Sədaqət xalanın əsəbi tonda müdaxiləsi Bağırın sözünü ağzında qoydu.

– Kəsin ayə, barı ta indi dinmiyin, it balaları! (Bu dəfə ucadan, həm də xüsusi şövqlə söydü).

 

Amma düzünü deyim, hələ də mənə qaranlıqdı. Bağır o cümləni necə bitirəcəkdi?

Previous Post

Sandıqdan çıxsam neylərsən?

Next Post

“Ay səni dovşan yesin!” – HEKAYƏ

Bənzər yazılar

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

24 Sentyabr 2026 - 15:42

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsi Milli Məclisə daxil olub. Elchi.az xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin Hüquq siyasəti...

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:30

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı Qazaxıstana başsağlığı verib. Elchi.az xəbər verir...

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24 Sentyabr 2026 - 15:16

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib. Elchi.az xəbər verir ki, bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan hökumətin iclasından sonra...

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:08

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb. Başsağlığında deyilir: "Xəzər dənizində...

Next Post

“Ay səni dovşan yesin!” - HEKAYƏ

“Ay səni dovşan yesin!” - HEKAYƏ

Son xəbərlər

UEFA Almaniya yığmasına qadağa qoydu

UEFA Almaniya yığmasına qadağa qoydu

24 Sentyabr 2026 - 17:35
Almaniyada kansler Merzin partiya ofisinə hücum olunub

Almaniyada kansler Merzin partiya ofisinə hücum olunub

24 Sentyabr 2026 - 17:30
FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

24 Sentyabr 2026 - 17:23
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

24 Sentyabr 2026 - 17:12
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

24 Sentyabr 2026 - 17:06
Kongo Demokratik Respublikasında gəmi qəzasında 39 nəfər həlak olub

Kongo Demokratik Respublikasında gəmi qəzasında 39 nəfər həlak olub

24 Sentyabr 2026 - 16:59
Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

24 Sentyabr 2026 - 16:46
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

24 Sentyabr 2026 - 16:38
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

24 Sentyabr 2026 - 16:26
Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanmaq üçün əlavə şansı yaranıb

Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanmaq üçün əlavə şansı yaranıb

24 Sentyabr 2026 - 16:25
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

24 Sentyabr 2026 - 16:17
Formula 1: İkinci sərbəst yürüş start götürüb

Formula 1: İkinci sərbəst yürüş start götürüb

24 Sentyabr 2026 - 16:05
Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

Ukraynaya milyardlarla avro dəstək: Aİ-dən yeni qərar

24 Sentyabr 2026 - 16:00
Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

24 Sentyabr 2026 - 15:51
Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

24 Sentyabr 2026 - 15:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.