"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ÖNƏMLİ

Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

22 May 2023 - 21:01
in ÖNƏMLİ
FacebookVatsap

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşüb.

Bunu da oxuyun

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Milli Məclisdən Elchi.az-a bildirilib ki, qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova Bakıda Milli Məclisin ATƏT-in Parlament Assambleyası ilə birgə təşkil etdiyi “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransın ölkələrimiz və bütövlükdə ATƏT bölgəsi üçün vacib əhəmiyyətə malik məsələləri müzakirə etmək üçün mühüm bir tədbir olduğunu diqqətə çatdırıb. Sahibə Qafarova konfransın çox aktual mövzuya həsr olunduğunu qeyd edərək, deyib ki, təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın 2030-cu ilədək yeni inkişaf strategiyasının beş prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Görüşdə spiker Sahibə Qafarova qonağa regionda mövcud olan vəziyyət barədə geniş məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayıb. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar işğalçılar tərəfindən dağıdılıb. Ermənistan Azərbaycanın bütün tarixi, mədəni və dini obyektlərini vandallığa məruz qoyub. Azərbaycan 30 il ərzində dünyada mövcud olan ikili standartlardan əziyyət çəkib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulması, torpaqlarımızın qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı beynəlxalq qətnamələr icra olunmayıb. 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini həyata keçirib, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan işğalın qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səy göstərir və beynəlxalq hüququn 5 prinsipi əsasında Ermənistana sülh sazişi imzalamağı təklif edib. Spiker qeyd edib ki, bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq. O, deyib ki, Ermənistan münasibətlərin normallaşması prosesini pozan hərəkətlərdən çəkinməli, siyasi iradə nümayiş etdirərək, iki ölkə arasında sülh sazişinin imzalanmasında əməli addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Bununla belə, spiker xatırladıb ki, Ermənistan müxtəlif yalan məlumatlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Sahibə Qafarova, o cümlədən, Ermənistanın guya Laçın yolunun bağlanması haqqında iddialarının tamamilə həqiqətdən uzaq olduğunu, Laçın yolunun humanitar məqsədlər üçün açıq olduğunu bildirib.

Sahibə Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz dogma torpaqlarına qayıtmasını nəzərdə tutan Böyük qayıdış proqramına start verilib. Spiker görüşdə diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma yenidənqurma işlərinə ən böyük əngəldir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 300-ə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb.

Spiker Sahibə Qafarova xatırladıb ki, sabah konfrans iştirakçıları Zəngilana səfər edəcək. Onlar həm Ermənistanın işğalının nəticələrini, törətdiyi dağıntıları öz gözləri ilə görəcək, həm də işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər və kəndlər”, “yaşıl enerji” konsepsiyalarına uyğun aparılan yenidənqurma işləri ilə yerində tanış olacaqlar.

ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt, göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını bildirərək, Bakıda tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. O, “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizliyin və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransın çox vacib məsələlərə həsr olunduğunu qeyd edib. Bildirib ki, hazırda dünyanı narahat edən əsas çağırışların həllində parlament diplomatiyası vacib rola malikdir.

Marqareta Sederfelt, ATƏT PA ilə Milli Məclis arasında uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan parlamenti Assambleyada uğurla təmsil olunur. Parlament Assambleyasının prezidenti xatırladıb ki, tərəflərin birgə təşkilatçılığı ilə mühüm tədbirlər təşkil olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələr ətrafında da fikir mübadiləsi aparılıb.

Previous Post

Sahibə Qafarova ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşüb

Next Post

Stoltenberq Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirak edəcək

Bənzər yazılar

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub

04 Fevral 2026 - 21:58

Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemi hazırlanacaq

27 Yanvar 2026 - 20:45

Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması təmin olunacaq. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi...

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

Zelenski: Rusiyanın hər bir intensiv hücumu dağıdıcı ola bilər

26 Yanvar 2026 - 10:39

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun ölkəsindəki kritik və mülki infrastruktura hücumlarının davam etdiyini bildirərək, "Rusiyanın hər bir intensiv hücumu...

Ötən gün itkin düşən 5 nəfər tapılıb

Ötən gün itkin düşən 5 nəfər tapılıb

25 Yanvar 2026 - 10:27

Ötən gün itkin düşən 5 nəfər tapılıb. Bu barədə Elchi.az - a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, yanvarın...

Next Post
Stoltenberq Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirak edəcək

Stoltenberq Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirak edəcək

Stoltenberq Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirak edəcək

Stoltenberq Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirak edəcək

Son xəbərlər

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi

30 Oktyabr 2026 - 12:20
Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12
Vergi Məcəlləsinə dəyişiklik olunur

Vergi Məcəlləsinə dəyişiklik olunur

30 Oktyabr 2026 - 12:05
Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

Azərbaycan Kubokunda 34 illik rekord qeydə alındı

30 Oktyabr 2026 - 11:59
Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

Özəl məhkəmə ekspertləri vergiyə cəlb olunacaq

30 Oktyabr 2026 - 11:53
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47
Filippində Mayon vulkanı püskürüb

Filippində Mayon vulkanı püskürüb

30 Oktyabr 2026 - 11:37
Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Banka yeni səlahiyyət verilir

30 Oktyabr 2026 - 11:25
Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

Narkotik istifadə edən avtobus sürücüsü həbs olunub

30 Oktyabr 2026 - 11:17
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

30 Oktyabr 2026 - 11:09
Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

Suraxanı–Hövsan dəmiryol xəttinin bərpası üçün layihələndirmə işlərinə başlanılıb

30 Oktyabr 2026 - 10:57
Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

Kallas: Avropalılara Ukraynaya yardımı izah etmək getdikcə çətinləşir

30 Oktyabr 2026 - 10:45
Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

Azərbaycan Premyer Liqası: Son çempion Tovuz səfərində

30 Oktyabr 2026 - 10:38
Qızıl və gümüş ucuzlaşıb

Qızıl və gümüş ucuzlaşıb

30 Oktyabr 2026 - 10:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.