"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Sabah faşizm hər kəsin həyatı üçün real təhlükəyə çevrilə bilər!”

06 Oktyabr 2022 - 15:00
in MÖVQE
FacebookVatsap

“Tarixə qısa bir nəzər salsaq görərik ki, 20-ci yüzillikdə dünyanın hərbi-siyasi və ideoloji səhnəsində bir neçə faşizm cərəyanları və yaxud növləri təzahür edib. Buna misal olaraq alman faşizmini, italyan faşizmini, yunan faşizmini, serb faşizmini və s. göstərmək olar. Qeyd etdiyimiz bu faşist hərəkatlar yüzminlərlə, milyonlarla insanın öz həyatını itirməsi ilə yadda qalıb. Ancaq birmənalı surətdə deyə bilərik ki, tarixdə ən qəddar faşizm növü kimi ilk növbədə məhz erməni faşizmi qeyd olunmalıdır. Bu acı həqiqəti isbatlamaq üçün sadəcə Xocalı soyqırımını göstərmək zənnimizcə kifayət edər”.

Bunu da oxuyun

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Elchi.az xəbər verir ki, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında bildirib:

“Lakin təəssüflər olsun ki, ermənilərin xalqımıza qarşı milli ədavət və etnik nifrət zəminində törətdiyi vəhşiliklər, qətliamlar yalnız Xocalı qırğını ilə bitmir. Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərin sayı bir deyil, iki deyil. 1988-ci ilin fevral ayından etibarən Ermənistan SSR-nin Azərbaycan SSR-yə, 1991-ci ildə müstəqilliyin bərpasından sonra isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi müdaxiləsi nəticəsində son 34 il ərzində Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı çoxsaylı sülh və insanlıq əleyhinə hərəkətlər, müharibə cinayətləri törədilib.
Kərkicahan soyqırımı, Bağanis-Ayrım soyqırımı, Meşəli soyqırımı, keçmiş Ağdərə rayonunun Başgüneypəyə kəndində törədilmiş soyqırımı, Qaradağlı soyqırımı, Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş soyqırımı, Tunel qətliamı ermənilərin dinc insanlarımıza qarşı xüsusi amansızlığını dünyaya göstərmək üçün təkzibolunmaz faktlardır. Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıq isə erməni faşizminin başqa bir təzahür formasıdır. Məzarlıqlarda tapılan cəsədlərin düzülüş vəziyyətləri onların qabaqcadan planlaşdırılmış qaydada, xüsusi qəddarlıqla öldürüldüklərini göstərir. Bundan əvvəl də bir neçə kütləvi məzarlıq aşkar edilib. Həmin məzarlıqlarda aşkar edilən cəsədlərin, sümük qalıqlarının hamısının üzərində zorakılıq əlamətləri diqqəti cəlb edir.
Bütün bunlar Ermənistan silahlı qüvvələri və terror dəstələri tərəfindən həm mülki şəxslərimizə, həm də hərbi əsir və girovlarımıza qarşı törədilmiş işgəncələri təsdiqləyir. Ermənilərin törətdiyi bu vəhşiliklər beynəlxalq konvensiyalara əsasən silahlı münaqişələr zamanı tətbiq olunan humanitar hüquq normalarının kobud şəkildə pozulmasıdır. Qeyd etdiyimiz bu müharibə cinayətlərini vaxtilə Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan, Arkadi Qukasyan, Vitali Balasanyan, Samvel Babayan kimi səhra komandirləri, hərbi canilər törədiblər. Lakin keçmiş Yuqoslaviyada Slobodan Miloşeviç, Radovan Karaciç kimi qatillərin boşnaklara, xorvatlara qarşı qəddar davranışlarını cəzasız qoymayan dünya birliyi, azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərinə isə həmişə seyrçi qalıb, müəmmalı şəkildə göz yumub, görməzdən gəlib. Erməni faşizminin tüğyan etməsi nə BMT-ni, nədəki ATƏT-i zərrə qədər də narahat etməyib. Onlar sadəcə bəyanatlar və qətnamələr qəbul etməklə öz missiyalarını bitmiş hesab ediblər.
Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkmələri öz-özlüyündə təqdirəlayiq haldır. Lakin o attaşelər bu gün sözügedən kütləvi məzarlıqda gördükləri dəhşətli mənzərəni lazımi səviyyədə işıqlandırıb öz ölkələrinin və dünya birliyinin diqqətini bu vəhşiliyə cəlb edə biləcəkmi? Ümid edək ki, onlar dünyanın yatmış vicdanına təsir göstərməyi, onu oyatmağı bacaracaqlar. Edilli kəndində azərbaycanlılara məxsus kütləvi məzarlığın tapılmasını dəhşətli hadisə kimi qiymətləndirən Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti, deputat Jerom Lamberkimi obyektiv, ədalətli şəxslərin üzərinə də bu aralar erməni faşizmini ifşa etmək üçün böyük yük, böyük məsuliyyət düşür. Ona görə məsuliyyət deyirik ki, çünki irqçi-terrorçu siyasət yürüdən Ermənistan rəhbərliyini dəstəkləyən ölkələrin başında dayananlardan biri də Fransadır. Jerom Lamber kimi siyasətçilər təkcə erməni faşizmini deyil, həm də Fransanın ermənipərəst siyasətini ifşa etməlidirlər.
Biz Milli Həmrəylik Partiyası olaraq dünyanın bütün ədalətli, vicdanlı, sülhsevər şəxslərini Ermənistan dövlətinin təcavüzkar siyasətinə “dur” deməyə, erməni faşizminin nəinki Cənubi Qafqaz, bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə almağa, xarici KİV-i erməni müharibə canilərinin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarının əyani təsdiqi olan kütləvi məzarlıqları dünyanın gündəminə daşımağa çağırır, bu qətliamları törədənlərin isə cəzalandırılmasını tələb edirik. Faşizmə qarşı mübarizə aparmaq hər bir insanın borcudur. Bu gün faşizmə qarşı birgə mübarizə aparılmasa, sabah faşizm hər kəsin həyatı üçün real təhlükəyə çevrilə bilər!”.

Şayəstə

Previous Post

“Sabah faşizm hər kəsin həyatı üçün real təhlükəyə çevrilə bilər!”

Next Post

ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

Bənzər yazılar

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi kampaniyadan imtina etmək niyyətində olduğunu göstərən heç bir əlamət nümayiş etdirmir. Döyüş meydanındakı ağır...

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır

30 Sentyabr 2026 - 10:17

Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

Trampın İran müharibəsi ilə bağlı mesajı: “Çox tezliklə qalib gələcəyik”

29 Sentyabr 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirilən tədbir zamanı İranla gərginlik barədə açıqlama verib. Jurnalistlərin ABŞ rəsmilərinin İranla münaqişəyə son...

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

Pezeşkian: ABŞ ilə “razılaşmağa hazırıq”

25 Sentyabr 2026 - 10:32

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, İran ABŞ ilə müharibə istəmir və danışıqlar yolu ilə razılığa gəlməyə hazırdır. Elchi.az...

Next Post
ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

ABŞ ali məktəbində Azərbaycan dili tədris ediləcək

Son xəbərlər

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

01 Oktyabr 2026 - 11:46
Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

01 Oktyabr 2026 - 11:38
Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

01 Oktyabr 2026 - 11:30
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23
Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

01 Oktyabr 2026 - 11:12
89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

01 Oktyabr 2026 - 11:12
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

01 Oktyabr 2026 - 11:04
“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

01 Oktyabr 2026 - 10:52
Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

01 Oktyabr 2026 - 10:41
Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

01 Oktyabr 2026 - 10:25
Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

01 Oktyabr 2026 - 10:19
Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10
Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

01 Oktyabr 2026 - 10:02
FHN elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

FHN elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

01 Oktyabr 2026 - 09:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.