Saakaşvili istintaqa zorla gətirilə bilər

🗓 27.07.2014 22:31 ✍️ "Elçi" qəzeti
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili istintaqa zorla gətirilə bilər. Musavat.com-un gürcü KİV-əimg1605493 istinadən verdiyi məlumata görə, bu barədə ona göndərilən bildirişdə deyilir.
“Qanunla müəyyən edilmiş qaydada cinayət işləri ilə bağlı müstəntiq və ya prokuror tərəfindən çağırılan şəxslər dəqiq qeyd edilmiş vaxtda gəlməlidirlər. Əks halda, hüquqi xarakterli məcbur etmə mexanizmi tətbiq olunacaq. Şahid ifadə verərkən vəkil olacaq. Lakin vəkilin gəlməməsi istintaq hərəkətinin aparılmasına mane olmur”, - deyə Saakaşvilinin adına göndərilən bildirişdə qeyd edilir.
Həmin bildirişdə sabiq prezidentin 7425103802 saylı işlə əlaqədar ifadə verməli olduğu əksinin tapıb. Prokurorluq əməkdaşları bildirişi eks-prezidentin anası Qiuli Alasaniyaya təqdim ediblər.
Saakaşvili bazar ertəsi saat 11:00-da baş prokurorluqda olmalıdır. Onun özü isə hazırda Gürcüstanda deyil və məlum deyil ki, ifadə verməyə gedəcək, ya yox.
Musavat.com
 

Bənzər yazılar