Ukrayna lideri Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda bütün hərbi resurslardan istifadə etsə də, uğur qazana bilməyib. Elchi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti yazır.
Müəllif vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı məqsədlərinə çatmayıb, buna görə də təkcə Kiyev deyil, onun Qərb müttəfiqləri də əməliyyatdan məyusdur.
Daha əvvəl Le Monde-un köşə yazarı Filip Rikar bildirib ki, Ukrayna qoşunlarının əks-hücumunun uğursuzluğu səbəbindən Vladimir Zelenskinin siyasi arenadakı mövqeyi pisləşir. Onun sözlərinə görə, Ukrayna tərəfinin hücumu hədsiz dərəcədə yavaşdır və sürətli uğur əldə olunmayıb.
Havar Şəfiyeva