Amerikalı jurnalist və teleaparıcı Bill OReilli bildirib ki, ABŞ prezidenti Co Baydenin fəaliyyətində qarışıqlıq dövrünə qədəm qoyulub. Elchi.az xəbər verir ki, o, bu fikri həmkarı Taker Karlsonla “Tacker on X” layihəsində danışarkən bildirib. Video “X” sosial şəbəkəsində yayımlanıb.
O Reyli Amerika liderini ölkə tarixində ikinci ən pis prezident adlandıraraq, vətəndaş müharibəsinə yol verən Ceyms Byukananı ən pis dövlət başçısı hesab etdiyinə aydınlıq gətirib.
“Amerika hazırda qarışıqlıq dövründədir və bunun səbəbi mütərəqqi hərəkatdır. Prezident Baydenin əqli cəhətdən qüsurlu olduğuna inanıram. O, gündəlik olaraq nə etdiyini başa düşmür və bu, onun ictimai yerlərdə davranışında özünü göstərir”, – deyə teleaparıcı bildirib. Onun fikrincə, Ağ Evdəki proqressivistlər Amerika liderin xəstəliyindən istifadə edərək onu idarə edirlər.
Havar Şəfiyeva