Səudiyyə Ərəbistanında yeni doğulmuş körpələrə qarşı zorakılıq tətbiq edən tibb işçisi 5 il müddətinə azadlıqdan məhrum edilib.
Elchi.az xəbər verir ki, dövlət televiziyası Baş Prokurorluğun səlahiyyətlərinə əsaslanaraq, ölkədəki sağlamlıq mərkəzinin neonatal şöbəsində çalışan qadın işçi haqqında körpələrə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə tədbir görüb.
Yeni doğulan bölmədə kamera qeydlərinin araşdırılması nəticəsində 11 körpəyə fiziki zorakılıq tətbiq etdiyi aşkarlanan qadın nəzarətə götürülərək aidiyyəti üzrə məhkəməyə sövq edilib.
Körpələrə dəfələrlə etdiyi zorakılığa səbəb kimi iş stresini göstərən tibb işçisi 5 il həbs və 100 min rial (təxminən 26 min 600 dollar) cərimə olunub.
Sözügedən tibb işçisinin kimliyi və işlədiyi rayon barədə məlumat verilməyib.
Şayəstə