"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 88 nəfər barəsində Baş Prokurorluğa müraciət edib

03 İyul 2026 - 10:22
in HADİSƏ
FacebookVatsap

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti korrupsiya ilə mübarizəyə dair 2026-cı ilin II rübünü əks etdirən statistik məlumatları açıqlayıb.

Bunu da oxuyun

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

“Are Group” 20 min, direktoru 3 min manat cərimələndi

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib

Səfərbərlik Xidmətindən Elchi.az-a verilən xəbərə görə, əvvəlki dövrdə olduğu kimi cari ilin 6 ayı ərzində də qurum tərəfindən xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilib.

 

Belə ki, qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin müvafiq dövründə 75 əməkdaş (onlardan 42-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Bildirilib ki, tibbi şəhadətləndirilmə sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının müvafiq Fərmanının icrasının təmini məqsədilə, 01 iyul 2024-cü il tarixindən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir. Tibbi şəhadətləndirmə prosesində iştirak edən aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin elektronlaşdırılması, habelə bu sahədə həyata keçirilən institusional və təşkilati optimallaşdırma tədbirləri proseslərin daha səmərəli təşkili üçün əlverişli şərait yaratmışdır. Görülmüş bu tədbirlər korrupsiya risklərinin azaldılmasına, fəaliyyətin şəffaflığının və hesabatlılığının artırılmasına mühüm töhfə verməkdədir.

Nazirlər Kabinetinin 2 mart 2026-cı il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq dövlət qurumları ilə rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, bu çərçivədə müvafiq məlumatların real vaxt rejimində fasiləsiz əldə olunması qərar qəbuletmə prosesində operativliyin və obyektivliyin təmin edilməsinə xidmət edir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli Qanununa əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulub.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar, eləcə də tibbi şəhadətləndirilmənin nəticələri, müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edildikləri qoşun növləri barədə məlumatlar “MyGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara təqdim olunur. Həmçinin, fərdi elektron səhifəsi (“MyGov” kabineti) üzərindən müvafiq müraciətlərin göndərilməsi və cavabların qəbulu təmin edilib.

15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da həmin şəxslərlə, eləcə də onların valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

Bundan əlavə, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada təqdim olunması “MyGov” platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir.

Həmçinin hərbi vəzifələrinin icrasından yayınan şəxslərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar və Miqrasiya məcəllələrinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa və digər sahəvi normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi, habelə 23 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 1 noyabr 2001-ci il tarixli 1 nömrəli Qərarının yenilənmiş qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması nəticəsində həmin kateqoriyalı şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilmiş, hüquq-mühafizə orqanları ilə birgə onların yerlərinin müəyyənləşdirilib çağırışa cəlb olunması, barələrində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Previous Post

Xorvatiya MN-in nümayəndə heyəti Azərbaycanda səfərdədir

Next Post

Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlanılacaq

Bənzər yazılar

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

25 Avqust 2026 - 17:42

Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları...

“Are Group” 20 min, direktoru 3 min manat cərimələndi

“Are Group” 20 min, direktoru 3 min manat cərimələndi

25 Avqust 2026 - 17:17

“Are Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub. Elchi.az-ın məlumata görə, bununla bağlı Xocalı Rayon Prokurorluğunda...

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib

25 Avqust 2026 - 16:58

Məhkəmə zalından azadlığa buraxılan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Rasim Həsənov barəsində olan hökmdən apellyasiya protesti verilib....

Ögey anası azyaşlıya zorakılıq edib? – DİN araşdırır

Ögey anası azyaşlıya zorakılıq edib? – DİN araşdırır

25 Avqust 2026 - 14:14

Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb. Elchi.az bildirir...

Next Post
Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlanılacaq

Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlanılacaq

Uzun müddət oturmaq xərçəngdən ölüm riskini artırır

Uzun müddət oturmaq xərçəngdən ölüm riskini artırır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 22:42
Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 22:41
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

25 Avqust 2026 - 22:40
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

25 Avqust 2026 - 22:36
“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

25 Avqust 2026 - 20:24
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

25 Avqust 2026 - 20:22
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

25 Avqust 2026 - 20:21
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bu şəhərdə qaz olmayacaq

25 Avqust 2026 - 19:25
Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

25 Avqust 2026 - 19:18
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

25 Avqust 2026 - 19:16
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

25 Avqust 2026 - 19:08
Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

25 Avqust 2026 - 18:56
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.