Səudiyyə Ərəbistanı, Regional Yüksək Hündürlük Hava Hücumundan Müdafiə (THAAD) sisteminin hissələrinin istehsalını lokallaşdırmaq üçün Amerika nəhəngi Lockheed Martin şirkəti ilə 11 müqavilə imzalandığını bildirdi.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanının İnvestisiya və Hərbi Sənaye Nazirliyi Baş Assambleyası, Amerikanın nəhəng müdafiə sənayesi şirkəti Lockheed Martin və Airbus ilə müqavilə imzalandığını açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada, Ər-Riyadda keçirilən Müdafiə Sərgisi tədbirləri çərçivəsində nazirlik və Hərbi Sənaye Şurası arasında Şahzadə Salmanın təsdiqi ilə Lockheed Martin və Airbus şirkətləri arasında ikitərəfli 11 müqavilə imzalandığı bildirilib.
Bildirilib ki, yeni sazişlərin məqsədi ölkənin iri müdafiə sənayesinin mərkəzinə çevrilməsi üçün müdafiə sektorunda və hərbi sənayedə investisiyaların, texnologiya transferinin və inkişafın gücləndirilməsidir.
Nuranə Məmmədova