Avstraliyadan Yeni Zelandiyaya uçan sərnişin təyyarəsinin qəfil hündürlüyünü itirməsi nəticəsində azı 50 nəfər xəsarət alıb.
Elchi.az bu barədə İHA-ya istinadən xəbər verir.
Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə uçan LATAM Hava Yollarına məxsus Boeing 787 tipli sərnişin təyyarəsi qəfil hündürlüyünü itirib.
Hündürlüyün itirilməsi nəticəsində ən azı 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır, digərlərinin isə yüngül və orta ağır olduğu bildirilib.
Nuranə Məmmədova