Fransanın “Liberation” qəzeti dərc etdiyi qalmaqallı karikatura ilə İsrailin Qəzza zolağındakı blokadası nəticəsində aclıqla mübarizə aparan və həyatını itirən qəzzalıları ələ salıb.
Elchi.az xəbər verir ki, İsrailin kifayət qədər qida və tibbi ləvazimata icazə vermədiyi Qəzza zolağında indiyədək 27 nəfər aclıq və susuzluqdan həyatını itirərkən, Fransanın “Liberation” qəzeti onun dərc etdiyi arsız bir karikatura ilə aclıqla mübarizə aparan və ölən Qəzzalıları ələ salıb.
Qəzet Ramazan ayının başlanması münasibəti ilə dərc etdiyi çirkin karikaturada fələstinli kişinin siçan və tarakanları tutmağa çalışdığını və iftar vaxtı hələ çatmadığı üçün fələstinli qadının əlini vuraraq dayandırmasını təsvir edib. Karikaturada İsrail ordusunun bombaladığı binanın dağıntıları altında qalan şəxsin əli də əks olunub.
Nuranə Məmmədova