"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Sərkisyanın məkrli planı – Qarabağ üzərindən baş nazirliyə…

31 Oktyabr 2016 - 09:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Sərkisyanın məkrli planı – Qarabağ üzərindən baş nazirliyə...Cəbhə xəttində artan düşmən təxribatlarında “seçki izi”; Rəsmi İrəvanın müharibə ritorikası arxasındakı daha bir hədəf – həm qorxur, həm də öz cəmiyyətini qorxudur; erməni analitik: “Hakimiyyəti mənimsəmiş klan xalqı müharibə panikası ilə idarə edir…”

Təmas xəttində son günlər artan gərginliyin, düşmən təxribatlarının bəzi səbəbləri barədə yazmışıq. Eyni zamanda, məsələdə Ermənistandaxili situasiyanın və amillərin, xüsusən də hakim qüvvənin ictimai diqqəti müharibə təhdidi ilə ölkədəki ağır sosial-iqtisadi durumdan yayındırmaq istəyinin rol oynadığını da vurğulamışıq. 
Məsələ ondadır ki, bir neçə aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra isə ölkədə parlament üsul-idarəsi bərqərar olacaq, əsas səlahiyyətli, 1-ci şəxs prezident deyil, baş nazir olacaq. Siyasi analitiklərə görə, hazırkı prezident Serj Sərkisyan məhz o üzdən seçkilərdə nəyin bahasına olur-olsun, öz partiyasının qələbəsini təmin edib yeni baş nazir postuna yiyələnməyi hədəf götürüb.
Yəni indiki hökumət başçısı Karen Karapetyan əslində müvəqqəti fiqur kimi tarixə düşə bilər. İstisna deyil ki, Sərkisyan iqtidarı cəbhədə gərginliyi artırmaqla, işğalçı erməni ordusu haqda aprelə qədərki mifi bərpa etməyə çalışmaqla hakim qüvvəni seçkilərə daha əlverişli göstəricilərlə aparmağı hədəfləyib. Bu xüsusda qarşıdakı aylarda təmas xəttində daha miqyaslı, lakin lokal hərbi toqquşmalar da yaşana bilər – nə barədə ki, azərbaycanlı hərbi ekspertlər artıq xəbərdarlıq etməyə başlayıblar.
Image result for erevan
Paralel surətdə İrəvanın Dağlıq Qarabağla bağlı radikal mövqe tutmaqda və davakar ritorika sərgiləməkdə davam edəcəyi də kifayət qədər real görünür – ki, Qarabağla bağlı qeyri-məqbul, vaxtı çatmış güzəştlərdən, əraziləri boşaltmaqla bağlı mümkün təzyiqlərdən sığortalana bilsin.
*****
İşğalçı tərəfi son vaxtlar rahatsız və daha aqressiv edən bir faktor da var. Bu da odur ki, Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağla bağlı ən optimal təklifi (“muxtar respublika” variantı) irəli sürməklə erməni tərəfinin təbliğat müharibəsində manevr imkanlarını daraldıb.
Image result for aprel döyüşləri
Çünki beynəlxalq birlik, ələlxüsus da vasitəçi-həmsədrlər gördü ki, rəsmi Bakı sırf sülh ritorikasından çıxış edir və beynəlxalq hüquqa söykənən ən real, ən mümkün həll modeli göstərir. Erməni tərəfi isə həmin beynəlxalq hüquqa tamamilə zidd mövqe sərgiləyərək, ilhaq elədiyi Azərbaycan ərazilərinin işğalını qanuniləşdirməyə səy edir, həll formulunu məhz “hərbi qələbə” kontekstində görür.
 
Yəni Azərbaycan prezidentinin ədalətli təklifi, faktiki, konfliktin həlli ilə bağlı yeganə doğru “Yol xəritəsi” ortaya qoyması fonunda işğalçı ölkənin maksimalist tələbi indi daha absurd və destruktiv təsiri bağışlayır. Üstəlik, bu variant Azərbaycanın ərazi bütövlüyü prinsipindən kənar istənilən həll modelini mənasız edir. 
 
Image result for İlham əliyev
Yeri gəlmişkən, prezident İlham Əliyevin təklifinə amerikalı həmsədr Ceyms Uorlik səviyyəsində verilən müsbət reaksiya da Azərbaycanın nəfinə yazıla bilər. Düşmən ölkə rəhbərliyinin Bakının yox, məhz öz radikal mövqeyinin gündəmdə qalması üçün təxribat yolunu seçməsi bu kontekstdə də məntiqli görünür.
*****
Maraqlıdır ki, Ermənistandakı hakim klanın savaş ritorikası fonunda seçki planları ölkə daxildə də birmənalı qarşılanmır. Misal üçün, müxalifyönlü 1 in.am portalının analitiki Aram Amatiniyə görə, “Ermənistanda hakimiyyəti mənimsəmiş klan və ya qrup müharibə panikası vasitəsi ilə təkbaşına manevr eləmək və cəmiyyəti idarə eləmək imkanı əldə edib”.
Image result for aprel döyüşləri
Onun fikrincə, hakim rejim müharibə mövzusunu öz inhisarında saxlamaqla, əslində ictimai müqaviməti bütünlüklə məhv edib. Bu yerdə əlavə edək: həmçinin, müharibə ritorikası ilə özünün daxili siyasi hədəflərini reallaşdırmaq, hakimiyyət dayaqlarını möhkəmlətmək  kursu götürüb. Hakim rejim, bir növ həm qorxur, həm də erməni cəmiyyətini qorxutmaq istəyir…
 
“Müharibə itə bənzəyir, ondan qorxduqca üstünə daha çox gəlir. Bizə müharibədən qorxan cəmiyyət deyil, müharibəyə hazır cəmiyyət lazımdır”, deyə – erməni təhlilçi sonda qeyd edib və faktiki, bununla öz toplumunda yaşanan müharibə xofunu ortaya qoyub.
*****
Image result for aprel döyüşləri
Əfsus ki, bu xofdan hakim rejim – “Qarabağ klanı” illərdir məharətlə istifadə edərək, öz siyasi ömrünü uzadır. Bu dəfə də uzada biləcəkmi? Hələlik suala birmənalı cavab vermək çətindir. Ona görə ki, düşmən ölkədə “4 günlük aprel savaşı”nın doğurduğu yeni reallıqlardan dolayı daxili ictimai-siyasi durum mürəkkəb olaraq qalır.
Ancaq bir çox yerli və xarici ekspertlərə görə, nə qədər ki, Ermənistanda “Qarabağ klanı” hakimiyyətdədir, Qarabağ məsələsinin həllinə ciddi irəliləyişə nazil olmaq mümkün olmayacaq. Çünki “müharibə partiyası”nı təcəssüm etdirən bu klanın proqramında kompromisə yer ayrılmayıb.
Əslində işğalçı ölkədəki həmin klanı hakimiyyətdə saxlayan yeganə amil də budur – Dağlıq Qarabağ məsələsində güzəştsizlik, maksimalist mövqe, populizm. Onlar “Dağlıq Qarabağın ya müstəqilliyi, ya da Ermənistana birləşdirilməsi!” şüarı ilə hakimiyyətə gəlibsə, ondan azacıq geri çəkilmək hakimiyyəti itirməyə gətirər, siyasi intihar anlamı verərdi.
Image result for aprel döyüşləri Sərkisyan
Heç təsadüfi deyil ki, Xocalı hərbi canisi Serj Sərkisyan aprel döyüşlərindən bir qədər sonra panik ovqatda “Qarabağa görə ölməyə də hazıram” sözlərini dilə gətirməli olmuşdu. Bu həm də cəmiyyətə “hakimiyyəti xoşluqla verməyəcəyik”, –  mesajı idi.
Populist siyasətin nəticəsi isə ortadadır: 25 ildə nə Dağlıq Qarabağın beynəlxalq tanınması baş verib, nə də yuridik cəhətdən Ermənistana birləşmə. Demək, Sərkisyanın kriminal rejimi iqtidarda qaldıqca Qarabağ problemi də “Domokl qılıncı” kimi erməni xalqının başı üzərindən əskik olmayacaq və ölkəni inkişaf etməyə, rifaha qovuşmağa qoymayacaq. 
Erməni xalqı nə qədər tez bu acı gerçəyi anlayıb ayılsa və indiki rejimdən, “Qarabağ klanı”ndan canını qurtarsa, Sərkisyanın baş nazirliyini əngəlləsə, yəqin ki, bir o qədər tez öz tərəqqisinə və təhlükəsizliyinə qovuşa biləcək.  
Previous Post

Sərkisyanın məkrli planı – Qarabağ üzərindən baş nazirliyə…

Next Post

`Razılığa gəldik ki, neftin qiyməti 60 dollar ola bilər`

Bənzər yazılar

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22

İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur. Elchi.az -ın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza...

Next Post

`Razılığa gəldik ki, neftin qiyməti 60 dollar ola bilər`

`Razılığa gəldik ki, neftin qiyməti 60 dollar ola bilər`

Son xəbərlər

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32
ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək

19 Oktyabr 2026 - 21:26
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22
Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

Pərvanə Vəliyeva: TƏBİB daha təkmil idarəetmə modelinə keçib

19 Oktyabr 2026 - 20:11
Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 - 20:08
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib

19 Oktyabr 2026 - 20:07
ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

ARDNF texnologiya şirkətlərinə investisiyalarını 19 %-ə yaxın artırıb

19 Oktyabr 2026 - 20:05
Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25
Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09
Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

Dövlət əleyhinə çağırışlar edən və dini nifrət yayan daha 7 nəfər beynəlxalq axtarışa verildi

19 Oktyabr 2026 - 18:56
Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

Parisdə etirazlar səbəbindən ehtiyat polis qüvvələri xidmətə çağırılır

19 Oktyabr 2026 - 18:51
Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

Neft Fondu ötən ili 26 milyard 913,177 milyon manat mənfəətlə başa vurub

19 Oktyabr 2026 - 18:47
Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı müzakirə olundu – FOTO

19 Oktyabr 2026 - 18:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.