"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Sərkisyana iki bəd xəbər…

31 Yanvar 2018 - 10:45
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Düşmən ölkə blokadanı yumşaltmaq hayında ikən Kremlin forpostu olmağın daha ağır bədəlini ödəmək zorunda qala bilər

Bunu da oxuyun

Putindən Yaponiyaya sərt irad

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

“Gürcüstan Rusiya qazının alışından birdəfəlik imtina edib”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə dünən ölkənin iqtisadiyyat nazirinin müavini Georgi Çikovani bildirib. O, yanacağın bu növünə Gürcüstanın tələbatını bütünlüklə Azərbaycanın ödədiyini söyləyib. “Sadəcə, Rusiya qazı bizə daha lazım deyil, Azərbaycan qazı tamamilə kifayətdir”, – deyə o bildirib.

Ekspertlər Gürcüstanın tamamilə Azərbaycan qazına keçməsini Cənub Qaz Dəhlizi boru kəməri sistemi layihəsi ilə əlaqələndirirlər. Həmin layihə çərçivəsində “Şahdəniz -2″ qazı Azərbaycandan Türkiyəyə, oradan isə Avropa Birliyi ölkələrinə nəql ediləcək. Kəmərin bir hissəsi kimi TANAP bu il işə düşməlidir.

Ancaq sözsüz ki, məsələnin siyasi tərəfləri də var. İş ondadır ki, bu imtina ilə qərb qonşumuzun illərdir Abxaziya və Cənubi Osetiyanın işğalına görə gərgin münasibətlərdə olduğu Rusiyadan enerji asılılığı sıfra düşəcək. Paralel şəkildə Azərbaycanın Gürcüstan üçün dəyəri artacaq, iki ölkə arasında bağlara növbəti birisi əlavə olunacaq.

“Şahdəniz -2" qazı ile ilgili görsel sonucu

Bu, həmçinin o deməkdir ki, Ermənistanın Abxaziyadan xilas dəhlizinin açılmasına bəslədiyi və son vaxtlar xeyli artmış ümidlər boşa çıxacaq. İşğalçı ölkənin öz müttəfiqi Rusiya ilə quru (dəmiryolu) əlaqəsi əlçatmaz olaraq qalacaq.

*****

Hər necə olmasa, Gürcüstan öz enerji təhlükəsizliyinə görə, ümumiyyətlə, təhlükəsizliyinə görə Azərbaycana minnətdar olmalıdır. Ancaq bu, sözdə deyil, quru minnətdarlıqla yox, “maddiləşmiş”, yəni Azərbaycanın maraqlarına cavab verən bir şəkildə və yaxşılığa adekvat olmalıdır.

Söhbət əlbəttə ki, öncəliklə Ermənistanın izolyasiya rejimini yumşaltmasına hər hansı formada imkan verməməkdən gedir. Bu yöndə təcavüzkara istənilən yaxşılıq, güzəşt Azərbaycana böyük pislik deməkdir təbii ki. Çünki işğalçıya istənilən növ dəstək – işğala dəstək, eyni zamanda Ermənistanın işğalçı müttəfiqi Rusiyaya dəstək deməkdir; İrəvana “İşində ol!” mesajıdır; işğalçının özünü bundan sonra da komfortda hiss eləməsinə yardımçı olmaqdır. Belə pisliyi Azərbaycan xüsusən də öz dost-müttəfiqlərindən gözləmir, bunu haqq eləməyib.

Konkret olaraq İrəvanın Abxaziya dəmir yolunun işə düşməsinə bəslədiyi ümidlərə gəlincə, “Yeni Müsavat” bir daha xatırladır ki, rəsmi Tiflis ən əvvəl siyasi amilə görə buna razılıq vermir. Çünki Rusiya anlaşma sənədinə Abxaziya və Cənubi Osetiya “hökumətləri”nin də müstəqil tərəf qismində imza atmasında təkid edir ki, bu şərtin qəbul edilməsi də avtomatik şəkildə Tiflisin separatçı qurumları müstəqil dövlət kimi tanıması anlamına gəlir. Gürcüstan təbii ki, bunun əleyhinədir.

*****

Osetiya silahlı qüvvələri ile ilgili görsel sonucu

Bu arada məlum olub ki, Rusiya işğal altındakı Cənubi Osetiya hərbi birləşmələrinin Rusiya ordusu tərkibinə daxil olmasına icazə verib. Musavat.com-un məlumatına görə, dünən Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik komitəsi Rusiya ilə Cənubi Osetiya arasında imzalanmış və “Cənubi Osetiya silahlı qüvvələrinin Rusiya silahlı qüvvələrinin tərkibinə keçməsi qaydası” haqda sazişi dəstəkləyib və Federasiya Şurasına (Rusiya parlamentinin yuxarı palatası – red.) onu ratifikasiya eləməklə bağlı tövsiyə verib. Federasiya Şurası bu gün – yanvarın 31-də məsələyə baxacaq.

Bu da o anlama gəlir ki, onsuz da diplomatik əlaqələri 2008-ci ildə “5 günlük müharibə” səbəbindən kəsilmiş Tiflislə Moskva arasında siyasi-diplomatik uçurum bir az da dərinləşəcək. Demək ki, ermənilərə separatçı bölgələrdən quru dəhliz açmaq planı bir az da qəlizə düşəcək.

*****

Rusiya ilə Abxaziya dəmir yolu ilə dəhlizə nail olmayan Ermənistan üçün başqa daha “nəfəs kəsici” xəbər ABŞ-dan gəlib. Belə ki, Amerikanın Rusiya hərbi sənayesinə tətbiq etdiyi sanksiyalar qüvvəyə minib. “Yeni Müsavat” bildirir ki, ABŞ dünəndən etibarən Rusiyanın hərbi sənayesinə daxil olan şirkətlərlə müqavilə imzalayacaq şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edilməyə başlayıb.

Ağ ev ile ilgili görsel sonucu

Məlumatlara görə, Moskva ilə imzalanacaq müqavilənin əhəmiyyəti və onun nə dərəcədə ziyanlı olmasını ABŞ tərəfi müəyyən edəcək. Sanksiyalar 2017-ci ilin yayında qəbul edilən “Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında” Qanun əsasında tətbiq ediləcək.

Qeyd edək ki, bu qanun təkcə xarici yox, həm də Rusiya şirkətlərinə də ölkə hərbi sənayesi ilə əlaqəni qadağan edir. ABŞ oktyabrda Rusiyanın 25-dən çox hərbi şirkətini özünün qara siyahısına daxil etmişdi. Rusiya 2017-ci ildə Azərbaycan da daxil, bir sıra ölkələrə 14 milyard dollar silah satıb.

*****

Doğrudur, Azərbaycan da sanksiyalardan dolayı müəyyən problemlə üzləşə bilər. Hərçənd, məsələn, rusiyalı hərbi analitik Anatoli Tsıqanyuk hesab edir ki, ABŞ Rusiya silahlarının Azərbaycana tədarükünə göz yumacaq, çünki Vaşinqton Bakıya regionda özünün strateji tərəfdaşı kimi baxır. “Amerika Azərbaycanın hərbi potensialının zəifləməsində maraqlı deyil. Ermənistana münasibətdə isə əksinə, Rusiyanın müttəfiqi kimi, sanksiyaların tətbiqi tamamilə mümkündür”, – deyə o xəbərdarlıq edib.

Bundan əlavə, Ermənistandan fərqli olaraq Azərbaycanın alternativ yolları var, silahı başqa ölkələrdən – İsrail, Türkiyə, Pakistan, Belarusdan da ala bilər və alır. Üstəlik, Bakının buna maliyyə resursları yetərlidir. Ermənistan isə hər mənada Kremlin girovluğundadır. Deməli, Rusiyaya qarşı getdikcə daha da sərtləşən sanksiyaların altını onun sadiq satelliti Ermənistan da çəkməli olacaq.

Söhbət həm də iqtisadi xarakterli məhdudiyyətlərdən gedir. Kəsəsi, blokada şəraitində olan, əsas qonşuları ilə sərhədləri bağlı, dünya okeanına çıxışdan məhrum və xarici sərmayədarlar üçün heç bir cazibədarlığı olmayan  Ermənistan Rusiyaya görə babat “bədəl” ödəməli olacaq.

Previous Post

Sərkisyana iki bəd xəbər…

Next Post

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Bənzər yazılar

Putindən Yaponiyaya sərt irad

Putindən Yaponiyaya sərt irad

12 Avqust 2026 - 14:00

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, İkinci Dünya Müharibəsindən sonrakı reallığı əks etdirən beynəlxalq sənədlərdə Kuril adalarının Rusiya ərazisi kimi...

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

12 Avqust 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp danışıqlar məsələsində İrana etibar etmədiyini bildirərək dedi: "Mən İrana etibar edən sonuncu şəxsəm. Onlar mənə daim...

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

11 Avqust 2026 - 15:00

Rusiya prezidenti Vladimir Putin Novosibirskdə işgüzar səfəri zamanı heç vaxt heç nədən qorxmadığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə...

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

10 Avqust 2026 - 16:44

Əgər Ukrayna İrana dəyən ziyanı ödəməsə, Tehran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran ticarət gəmisinə hücumuna görə Kiyevdən qisas alacaq....

Next Post
Sabah Milli Məclisin yaz sessiyası başlayır

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.