"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Şəhid ailələrinə hazır binalardan ev veriləcək

28 Avqust 2017 - 13:24
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

    

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Samux rayonunda bu rayonun, Daşkəsən, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az-a verilən məlumata görə, müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya xidmətləri ilə təmin edilməsi, ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, sosial sığorta, əmək hüquqlarının müdafiəsi və s. məsələləri əhatə edib. Hər bir müraciətə diqqətlə yanaşılıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. Müraciətlərdə əksini tapan ayrı-ayrı məsələlərin araşdırılması və nəticəsi əsasında tədbirlər görülməsi tapşırılıb. Sorğu xarakteri daşıyan müraciətlərlə əlaqədar vətəndaşlara qanunvericiliyin müvafiq maddələri ilə bağlı izahatlar verilib.

S.Müslümov ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən regional inkişaf proqramlarının ölkənin bütün bölgələrində, o cümlədən Samux və ətraf rayonlarda mühüm sosial infrastruktur layihələrinin icrasına imkan verdiyini vurğulayıb: “Bu bölgədə aqrar sahənin inkişafına yönələn kompleks tədbirlər, həmçinin su təminatının yaxşılaşdırılması, xüsusən də bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi bölgədə kənd təsərrüfatının inkişafına böyük təkan verir. Aqrar sahədə həyata keçirilən inkişaf prosesləri isə eyni zamanda əmək resurslarının məşğulluğunun artırılmasında, nəticədə sosial rifah halının yüksəldilməsində mühüm önəm kəsb edir”.

Azərbaycan Prezidentinin tapşırığına əsasən aktiv məşğulluq tədbirlərinin uğurla davam etdirildiyini bildirən S.Müslümov diqqətə çatdırıb ki, nazirliyin məşğulluq orqanlarının xətti ilə cari ilin 7 ayında Samux, Daşkəsən, Göygöl, Kəlbəcər rayonları və Gəncə şəhəri üzrə 2450 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. 62 nəfər peşə hazırlığına, 76 nəfər isə ödənişli ictimai işlərə cəlb olunub: “Cənab Prezidentin müvafiq sərəncamının icrası çərçivəsində bu beş rayon və şəhər üzrə 90 nəfərə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlardan 80 nəfərinə artıq biznes-planlarına uyğun olaraq mal və materiallar verilib və öz ailə təsərrüfatlarını qurublar, digərləri isə yaxın günlərdə mal və materiallar veriləcək. Gələn il isə işsizlikdən sığorta sisteminin tətbiqinin verdiyi imkanlar nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, bu bölgədə də bundan dəfələrlə çox insanın belə ailə təsərrüfatlarını, onların və ailə üzvlərinin özünüməşğulluğunu təmin edəcəyik”.

Qəbul zamanı müraciətlərinə əsasən, bir sıra vətəndaşların iş yerləri ilə təmin olunmaları üçün yerindəcə tədbirlər görülüb. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun gələn, müvafiq ərazidə yerləşən müəssisələrdəki iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər isə istəkləri nəzərə alınmaqla, yeni peşələrə yiyələnmək üçün peşə hazırlığına cəlb olunmaları məqsədilə qeydiyyata alınıblar.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən görülən işlərin davamı kimi, son iki ildə Samux, Daşkəsən, Göygöl rayonlarında və Gəncə şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 15-dək fərdi evin tikintisi işləri aparılıb: “Onlardan əksər qismi artıq istifadəyə verilib, qalanları da inşa işləri yaxın günlərdə yekunlaşdıqdan sonra təqdim olunacaq. Gəncə şəhərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 6 mənzil də bu təbəqələrdən olanların istifadəsinə verilib. Bu istiqamətdə işlər qarşıdakı dövrdə də davam etdiriləcək”.

Qəbul zamanı ayrı-ayrı vətəndaşlar nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri, ehtiyaclarına uyğun olaraq müxtəlif protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunmaları üçün qeydiyyata alınıblar.

S.Müslümov bildirib ki, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətləri ilə təmin edilməsi üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə şəhərində filialı fəaliyyət göstərir: “Bu ilin 7 ayında həmin filial tərəfindən 759 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidməti göstərilib, onlara 2 154 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 46 əlil arabası verilib”.

Vətəndaşlar respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin bölgələrində sosial infrastrukturun yaxşılaşdırılması, kənd rayonları əhalisinin məşğulluğunun artırılması sahələrində görülən mühüm tədbirlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Previous Post

Şəhid ailələrinə hazır binalardan ev veriləcək

Next Post

Son iki günün “yol kabusu”: 8 ölü, 10 yaralı

Bənzər yazılar

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Next Post

Son iki günün "yol kabusu": 8 ölü, 10 yaralı

Meteohəssas insanlara xəbərdarlıq

Son xəbərlər

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26
Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

02 Noyabr 2026 - 17:18
Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

02 Noyabr 2026 - 17:10
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

02 Noyabr 2026 - 17:00
Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

02 Noyabr 2026 - 16:51
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

02 Noyabr 2026 - 16:44
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

02 Noyabr 2026 - 16:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.