"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Rəşad Sadıqov: “Mənə iki gün öncədən deyildi ki, yığmadan gedirsən”

10 Dekabr 2018 - 11:28
in İDMAN
FacebookVatsap

Bunu da oxuyun

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

“Qarabağ”ın kapitanı Rəşad SadıqovAzərbaycan Premyer Liqasının XIV turunda “Zirə”ni 6:0 hesabı ilə məğlub etdikləri matçdan sonra brifinq keçirib.

36 yaşlı müdafiəçi “Report”un əməkdaşının da suallarını cavablandırıb…

Çempionatda ardıcıl ikinci dəfə böyükhesablı qələbə qazandınız…

– Premyer Liqanın son iki matçını “Keşlə” və “Zirə” komandalarına qarşı keçirdik. Bilirdik ki, hər iki komanda son vaxtlar oyunlarını yaxşı keçirirlər. İkisinin də yaxşı baş məşqçisi var. Bu matçlar bizim üçün çox təhlükəli idi. Ciddi hazırlaşırdıq. Son iki qarşılaşmada xal itirməmək çox önəmli idi. Bu gün də yaxşı oyun alındı. Ən əsası odur ki, qol imkanlarından yararlana bildik. Böyükhesablı qələbələr rəqiblərin zəif olması ilə əlaqədar deyil. Sadəcə olaraq biz əlimizə düşən fürsətlərdən yaxşı istifadə edirik. Bu isə son vaxtlar komandamızın problemi idi.

İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu komandada alınırdı? Sizin üçün rahat idi?

– Komanda olaraq bu sistemdən çox istifadə eləmirik. Qurban müəllim ikinci hissədə elə oynamağımızı tapşırdı. Biz də elə oynadıq. Hardasa alınırdı, hardasa yox. Bu çox oynamadığımız bir sistemdir.

İki oyuna 11 qol vurmusunuz. Millinin oyunları bitib, Avropa Liqasında növbəti mərhələ şansları yoxdur. Komanda təzyiqdən azad olub və rahatdırmı?

– Biz “Qəbələ” ilə səfər matçında vacib 3 xal qazanmışdıq. Ondan sonra da əhvalımız yaxşı idi. Sadəcə olaraq milli komandalara görə yaranmış fasilədən sonra “Sabah”la matça istədiyimiz kimi hazırlaşa bilmədik. “Qarabağ”da əcnəbi və yerli futbolçular milli komanda üzvləridir. “Sabah”la oyunda vacib iki xal itirdik. Yenidən toparlana bildik. Bu iki matçda 6 xal qazandıq. Çalışdıq ki, “Neftçi” ilə xal fərqi 7-8 olmasın.

Qurban Qurbanovun milli komanda ilə vidalaşacağını hiss edirdiniz?

– Mənim üçün gözlənilməz oldu. Belə bir şey gözləmirdim.

Siz də U-21-in baş məşqçisi idiniz. Komandanızla yolları ayırmağınız İcraiyyə Komitəsində müzakirə olunub? Qurban Qurbanova görə postunuzu tərk elədiniz?

– Qurban Qurbanovun gedəcəyini bilmirdim. Mənə iki gün öncədən deyildi ki, gedirsən. Amma Qurban Qurbanovla bağlı xəbər yox idi. Biz İK-nin iclasından sonra bildik ki, o milli ilə vidalaşır.

Siz iki gün öncədən bilirdiniz? Soruşdunuzmu bu nə ilə bağlı idi? Qurban Qurbanovu bəlkə də başa düşmək olar ki, iki yerdə işləyir…

– Bəli. Mənə iki gün əvvəl deyilmişdi. Yəqin ki, nəsə bir səbəb olub. Hazırda bu barədə danışmaq istəmirəm. Çox işlər gördük. Azərbaycan futbolunun halal xoşu olsun. Təki, millimiz növbəti seçmə mərhələdə yaxşı nəticə qazansın. Hər matçda 5-6 gənc oynayırdı. Komanda artıq formalaşmışdı. Əslində bir ay bundan öncə mənimlə görüşmüşdülər. Bu növbəti seçmə mərhələ ilə bağlı idi. Gələcək planları müzakirə etdik. Mənim qarşıma ikinci və ya üçüncü yeri tutmaq hədəfi qoyulmuşdu. Bildirdim ki, mən də qarşıma böyük hədəflər qoymuşam. Hədəflərə çatmaq üçün mübarizə aparacaqdıq. Amma qərar verildi. Mən əlavə bir söz demək istəmirəm. Qərara hörmətlə yanaşıram.

U-21-in nəticəsi olmadığına görə bu addım atılıb?

– Xeyr. Bu seçmə mərhələnin nəticəsi barədə söhbət olmayıb. Bilirsiniz ki, iki matçda güclü rəqiblərlə heç-heçə etdik. Qələbələr də qazana bilərdik. Yararlana bilmədiyimiz penaltilər oldu. Norveçə kobud səhvlərə görə uduzduq. Əslində oyun yaxşı gedirdi. Qarşıma ona görə məqsəd qoyuldu ki, komandanı hazırlamısan və bu yığma ilə güclü rəqiblərə qarşı mübarizə aparırsansa, məqsəd 2 və ya 3-cü yer olmalıdır. Mən özüm də qarşıma belə məqsədlər qoymuşdum. Qərar verdilər ki, mənimlə yollar ayrılsın. Buna hörmətlə yanaşıram.

Previous Post

Rəşad Sadıqov: “Mənə iki gün öncədən deyildi ki, yığmadan gedirsən”

Next Post

Azərbaycanlı iş adamı həbs edildi – Rusiyada

Bənzər yazılar

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37

Futbol üzrə İspaniya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Ferran Torres milli komandanın düşərgəsini tərk edib. Elchi.az xəbər verir ki,...

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16

Portuqaliya Futbol Federasiyası (FPF) hücumçu Kristiano Ronaldo ilə Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus arasındakı münasibətləri düzəltmək üçün strategiya...

“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38

“Fənərbaxça” klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq görüşü üçün Bakıya gəlib. Elchi.az xəbər verir ki, İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq...

Next Post
Azərbaycanlı iş adamı həbs edildi – Rusiyada

Azərbaycanlı iş adamı həbs edildi - Rusiyada

Azərbaycanlı iş adamı həbs edildi – Rusiyada

Azərbaycanlı iş adamı həbs edildi - Rusiyada

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.