"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

05 Mart 2018 - 09:18
in XƏBƏR LENTİ
FacebookVatsap

Ermənistan: Rusiyanın “kağız üzərində” müttəfiqi, yoxsa…; Putinin Qərbə son mesajı işğalçını ruhlandırıb – səbəb; Kremlin açıqladığı yeni təhlükəsizlik konsepsiyasında əsas hədəf və Moskva-İrəvan müttəfiqliyinə Azərbaycan və Türkiyə əbədi əngəl kimi…

Ötən həftənin yadda qalan olaylarından biri də Rusiya prezidenti Vladimir Putinin Federasiya Şurasında etdiyi çıxış zamanı Qərbə ünvanlandığı açıq təhdid mesajı oldu. Yeni Milli Təhlükəsizlik Konsepsiyasından danışan Kreml başçısı Rusiyanın faktiki surətdə istənilən ölkəyə zərbə endirə biləcəyi ilə hədələdi.

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Putin bildirdi ki, Rusiyaya və ya onun müttəfiqinə qarşı kiçik, orta və ya istənilən gücdə nüvə hücumunu Rusiyaya qarşı hücum hesab edəcək və dərhal, adekvat cavab verəcək. Müttəfiq deyərkən isə ilk növbədə KTMT-yə üzv ölkələrin nəzərdə tutulduğu deyilir. Bundan əlavə, Rusiya lideri ən yeni və analoqu olmayan silahları, o sırada nüvə yanacağı ilə işləyən, səmada uzun müddət qala bilən və radarlarla tutulub məhv edilməsi mümkün olmayan yeni nəsil raketləri qrafika ilə təqdim etdi.

Müşahidəçilərə görə, Rusiyanın təqdim etdiyi “fantastik silahlar” kifayət qədər böyük dağıdıcı gücə malikdir. O üzdən Qərbdə Kreml başçısının son mesajını ciddiyə almaqla yanaşı, müəyyən mənada yeni hərbi ritorikanın təzahürü kimi qiymətləndirdilər.

*****

Putin silahlar haqda ile ilgili görsel sonucu

Putinin haqqında danışdığı silah növləri hələ ki, dünyada ikinci bir ölkədə yoxdur. Görünür, o üzdən açıqlama ən çox KTMT üzvü olan Ermənistanda ruh yüksəkliyi yaradıb. Moskvanın həmin silahları işğalçı ölkəyə Azərbaycana qarşı istifadə eləmək üçün verə biləcəyi ilə bağlı ümid peyda olub.   

“Yeni Müsavat”ın məlumatına  görə, Lragir.am saytının Putinin çıxışına həsr elədiyi şərh yazısı bu xüsusda diqqət çəkir. Sayt yazır: “Böyük dövlət öz müttəfiqi ilə bağlı necə davranmalıdır? Məsələn, ABŞ prezidenti bəyan edib ki, kim İsrailə ”toxunsa”, ABŞ-a “toxunmuş” olacaq. Rusiya nümunəsində isə sual yaranır: onun müttəfiqləri kimdir və onlara qarşı Moskva öz öhdəliklərini yerinə yetirirmi? Sual Ermənistan timsalında xüsusilə aktualdır – hərgah, aprel müharibəsindən sonra belə görünür ki, Moskva bu sahə üzrə müəyyən düzəlişlər edib. Putinin sözləri ideyaca, əslində birbaşa Ermənistana aiddir. Birdən Türkiyə bizə zərbə endirdi? Rusiya o zaman “kağız anlaşması”na əsasən cavab zərbəsi endirəcəkmi? Bu planda Ermənistana “İsgəndər” raket komplekslərinin verilməsi ilə bağlı məqamı nəzərə almaq lazım gəlir. Yəni ən yaxşısı, elə silahları birbaşa müttəfiqə verməkdir – xüsusən də ciddiyə alsaq ki, Azərbaycan Rusiyanın cavab zərbəsi endirməyəcəyinə əmindirsə. Bu nöqteyi-nəzərdən qəliz regional situasiya nəzərə alınmaqla, Rusiyadan “fantastik silahlar” almağı gözləyə bilərikmi?”

kreml ile ilgili görsel sonucu

Bu, əslində ermənilərin Moskvaya qarşı növbəti şantajıdır. Yəni belə çıxır ki, Qarabağ savaşında Rusiya ermənilərə birbaşa dəstək verə bilmirsə, qoy onda heç olmasa, onlara yeni silahlardan versin ki, Azərbaycanı “ram edə” bilsinlər…

*****

Lakin vəziyyət göründüyündən xeyli qəlizdir. Şübhə yox ki, sərt sanksiya rejimi altında olan Rusiya Putinin dili ilə bir növ Qərbə, ABŞ-a “əzələ nümayiş” etdirmək, sanki sanksiyaların təsirsiz olduğunu göstərmək istəyir, eyni zamanda, daxili ictimai rəyə “gümrahlaşdırıcı” bir mesaj göndərilir. Əksər ekspertlər isə hesab edir ki, iqtisadi göstəriciləri zəifləməkdə olan Rusiyanın sürətlənmə silahlanma yarışından qalib çıxması qeyri-mümkündür və sonucda o, SSRİ-ni aqibətini yaşamalı olacaq. Yəni süqut edəcək.

Politoloq Qabil Hüseynli də hesab edir ki, Putin dünyanı sürətlə silahlanmaya təhrik edir. Onun qənaətincə, Rusiyadan fərqli olaraq, Qərb, ABŞ müharibə arzulamır. “Rusiyanın əsas hədəfi postsovet ölkələrini və keçmiş Varşava Müqaviləsi Təşkilatına üzv olmuş dövlətləri öz təsir dairəsinə qaytarmaq, Avropa İttifaqının birliyini pozmaqdır. Buna qarşı ABŞ-ın atdığı istənilən addımı Kreml ekspansiya kimi qəbul edir. Təəssüf ki, son vaxtlar Çin də dünya düzənini pozmaqda Rusiya ilə həmrəylik nümayiş etdirir”, – deyə politoloq qeyd edib.

Trump Putin ile ilgili görsel sonucu

Şübhəsiz ki, Putinin son mesajı xüsusən də ABŞ-ı Rusiyanı cilovlamaq yönündə səyləri artırmağa, o sırada Rusiya ilə həmsərhəd müttəfiq və tərəfdaş ölkələrin təhlükəsizliyini gücləndirmək yönündə yeni planlar cızmağa vadar edəcək. Təsadüfi deyil ki, Putinin bəyanatıtdan cəmi bir gün sonra ABŞ Krıma və Donbasa görə Rusiya əleyhinə tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb. ABŞ Konqresi isə nəhayət, Ukraynaya ölümcül silahlardan olan “Cevelin” müasir sistemlərini vermək barədə qərar çıxarıb. Az öncə eyni qərar Gürcüstanla bağlı verilmişdi.

*****

Bizi isə, təbii ki, Ermənistanın yeni situasiyada özünü necə aparması daha çox ilgiləndirir. İşğalçı ölkənin Rusiyadan yeni silahlar almaq istəyi ətrafında situasiyanı sözsüz ki, daha çox Azərbaycan izləməlidir və yəqin ki, izləyir də. Məsələ ondadır ki, Ermənistanın Rusiya xaric, digər ölkələrdən keyfiyyətli və ucuz silahlar almaq imkanı yoxdur. Buna Moskva heç izn də verməz.

Azərbaycandan ötrü isə belə problem, maliyyə əngəli mövcud deyil. Bakı silahlanma siyasətini şaxələndirib və hətta Rusiyanın yeni “fantastik silahları”ndan da əldə etmək iqtidarındadır. Ruslara ən əvvəl pul lazımdır. Odur ki, Putinin mesajını Bakı üçün işğalçı önündə müəyyən mənada əlavə avantaj hesab eləmək də mümkündür.  

Ən azı, ildən-ilə öz hərbi sənaye kompleksini gücləndirən və getdikcə böyük silah tədarükçüsünə çevrilməkdə olan qardaş Türkiyə kimi müttəfiqimiz var. Yeri gəlmişkən, Türkiyə təkcə son illərdə müdafiə sənayesi sahəsinə 35 milyard dollar investisiya yatırıb. Bunu baş nazir Binali Yıldırım deyib. Baş nazir onu da bildirib ki, son illərdə Türkiyənin müdafiə sənayesi məhsullarının ixrac həcmi 2,5 milyard dollara çatıb. Əlavə edib ki, Türkiyə regionda hərbi baxımdan aparıcı ölkə olmaq niyyətindədir.

Bu, əlbəttə ki, tam realdır və Azərbaycanın da izlədiyi hədəfidir. Çünki Türkiyənin güclənməsi Azərbaycanın güclənməsi, Qarabağ məsələsinə Azərbaycanın artan təsiri deməkdir. Aydındır ki, supergüc Türkiyə regionda tərəfdaşlıq elədiyi Rusiya ilə bir çox məsələlərdə, o cümlədən Qarabağ məsələsində daha tez anlaşmaq imkanındadır. Türkiyə və Azərbaycanın Rusiya üçün strateji əhəmiyyətini nəzərə alınarsa, ümumiyyətlə, hesab etmək olar ki, Türkiyə ilə Azərbaycan Moskva-İrəvan müttəfiqliyinə əbədi əngəl olaraq qalacaq. Erməniləri hər şeydən öncə təlaşda saxlayan budur…

Previous Post

Rusun “fantastik silahları”, erməninin şantajı, Bakının avantajı

Next Post

Atəşkəs 87 dəfə pozulub

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post
Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Atəşkəs 87 dəfə pozulub

Cəbhədən xəbər var: Tərtər, Ağdam, Füzuli, Goranboy atəşə tutuldu

Atəşkəs 87 dəfə pozulub

Son xəbərlər

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49
Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

31 İyul 2026 - 21:46
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 - 21:04
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 21:02
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

31 İyul 2026 - 20:58
CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53
Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.