Rusiya nümayəndə heyətinə qarşı Avropa Şurasında tətbiq edilən bütün siyasi sanksiyalar ləğv edilməlidir.
Bunu jurnalistlərə açıqlamasında AŞPA sədri Pedro Aqramunt söyləyib.
“Rusiyanın mövqeyi dəyişməyib. Ruslar bütün haqları təmin olunacağı təqdirdə buraya dönməyə hazırdırlar. Hesab edirəm ki, Rusiya Assambleyada tamhüquqlu üzv kimi qalmalıdır. Bu qərarı mən yox, Assambleya qəbul etməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, Ukraynaya qarşı hərbi aqressiyası və Krımı ilhaq etməsinə görə Rusiya AŞPA-da səsvermə hüququndan məhrum edilib.